Icma.az
close
up
RU
Professor Hacalı Nəcəfoğlunun yeni kitabları nəşr edilib

Professor Hacalı Nəcəfoğlunun yeni kitabları nəşr edilib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış alim, professor Hacalı Nəcəfoğlunun iki yeni kitabı - “Makalat-ı Gayri Kimya” (“Qeyri-kimya məqalələri”) və “Rehgüzar-ı matbuatta 50 yılım” (“Mətbuatda keçən 50 ilim”) nəşr olunub.

AMEA-dan bildirilib ki, hər iki kitaba “Ön söz”ü Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov yazıb. “Saymaqla bitməyəcək qədər çox” sərlövhəli giriş məqaləsində Hacalı Nəcəfoğlunun “Ön söz”ə sığmayacaq həyat və fəaliyyətindən söz açan akademik Rafael Hüseynov onun nə müxbir, nə də naşir olmamağına baxmayaraq, 150 illiyini qeyd edən Azərbaycan milli mətbuatında 50 illik imzası ilə əhəmiyyətli yer tutduğunu xüsusi vurğulayıb.

“Makalat-ı Gayri Kimya” kitabı tarix, filologiya, beynəlxalq münasibətlər, incəsənət və mədəniyyət, terminologiya və elmmetriya mövzularını əhatə edir. “Rehgüzar-ı matbuatta 50 yılım” kitabında isə müəllifin müxtəlif illərdə Azərbaycan və Türkiyə mətbuatında dərc olunmuş məqalələri “Azərbaycan mətbuatında”, “Türkiyədən Azərbaycana” və “Türkiyə mətbuatında” adlı bölmələrdə toplanıb.

Hacalı Nəcəfoğlu 1955-ci ildə Hacıqabul (o zaman Qazıməmməd adlanırdı) şəhərində anadan olub. Azǝrbaycan Dövlǝt Universitetinin (indi Bakı Dövlǝt Universiteti) Kimya fakültǝsini fǝrqlǝnmǝ diplomu ilǝ bitirdikdən sonra elmi fəaliyyətini Azǝrbaycan Milli Elmlǝr Akademiyası Qeyri-üzvi vǝ Fiziki Kimya İnstitutunun (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) Quruluş kimyası laboratoriyasında davam etdirib. Görkəmli alim Xudu Məmmədovun rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edib və Bakı Dövlət Universitetinin Kimya fakültəsində dərs deməyə başlayıb.

O, elmi fəaliyyətini yalnız Azərbaycanda deyil, Türkiyədə də uğurla davam etdirib. 1992-1995-ci illərdə Türkiyədəki Ərzurum Atatürk Universitetinin Fən-Ədəbiyyat fakültəsi Kimya bölümündə müqavilə ilə müəllim vəzifəsində çalışıb. 1995-1998-ci illərdə Qars şǝhǝrindǝki Qafqaz Universiteti Fǝn-Ədǝbiyyat fakültǝsi Kimya bölümündǝ yardımçı dosent, 1998-2003-cü illərdə dosent və 2003-cü ildən hǝmin bölümdǝ professor olaraq çalışıb.

Professor universitetin Fǝn-Ədǝbiyyat fakültǝsi Kimya bölümünün rəhbəri olmaqla yanaşı, hǝmin fakültǝdǝ Qǝrb Dillǝri vǝ Ədǝbiyyatları, Slavyan Dillǝri vǝ Ədǝbiyyatları, Çağdaş Türk Lǝhcǝlǝri vǝ Ədǝbiyyatları bölümlǝrinin qurucu bölüm rəhbərliyini də icra edib. 2003-cü ildǝn etibarǝn Qafqaz Universiteti Qafqaz vǝ Orta Asiya Araşdırma Mǝrkǝzində müdür vǝzifǝsini icra edib. Eyni zamanda, Qars Qafqaz Universiteti rektorunun Qafqaz vǝ Orta Asiya ölkǝlǝri ilǝ ǝlaqǝlǝri üzrǝ müşaviri ikǝn universitetdǝ Heydǝr Əliyev Tǝdris Mǝrkǝzinin yaradılmasına nail olub. Hazırda bu universitetin xarici əlaqǝlǝr şöbǝsinǝ rəhbərlik edir. 2012-ci ildǝ isə YÖK tǝrǝfindǝn Hauptman-Woodward Tibbi Araşdırma İnstitutuna (ABŞ) ikiaylıq elmi ezamiyyǝtǝ göndǝrilib.

Türkiyənin elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilən alim elmi nüfuzun rəsmi təsdiqi olaraq, 2015-ci ildǝ Atatürk Kültür Mǝrkǝzinin müxbir üzvü seçilib. Türkiyə akademik ictimaiyyətində yüksək nüfuza malik şəxs olan Hacalı Nəcəfoğlu kimya elminin qardaş Türkiyədə inkişafı və beynəlxalq elmi əlaqələrin qurulması baxımından aparıcı simalarından biri kimi tanınıb. O, 230-dan çox elmi məqalənin, bir neçə kitabın müəllifi, redaktoru və tǝrcümǝçisidir.

Professor Hacalı Nəcəfoğlunun “Rehgüzar-ı matbuatta 50 yılım” kitabının giriş hissəsində yer alan bir ifadə onun bütövlükdə elmi və mənəvi baxışını əks etdirib: “İndi bir esse yazmış olsaydım, “Vətən haradır?” sualına “həm Təbriz, həm Bakı, həm Kərkük, həm Qarsdır” cavabını verərdim”. Bu sözlər təkcə bir alimin deyil, bütün Türk dünyasını Vətən bilən, həm də dövrünün aynasına çevrilmiş bir ziyalının ömür yolunun salnaməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyul 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri