Icma.az
close
up
RU
Mərkəzi Elmi Kitabxananın tərtibatında professor Məqsəd Səttarovun biblioqrafik göstəricisi nəşr edilib

Mərkəzi Elmi Kitabxananın tərtibatında professor Məqsəd Səttarovun biblioqrafik göstəricisi nəşr edilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Məqsəd Səttarovun biblioqrafik göstəricisi çapdan çıxıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, görkəmli filosof alimin elmi fəaliyyəti əsasən din və ateizm tarixi, ictimai şüurun qanunauyğunluqları, İslamın Azərbaycanın mənəvi-mədəni həyatındakı rolu və ictimai şüurun strukturu kimi mövzuları əhatə edir. Professor Məqsəd Səttarov 10 monoqrafiya, 4 kitab, 21 kitabça və 60-a yaxın məqalənin müəllifidir.

“Azərbaycan Respublikasının elm xadimləri” seriyası altında yeni tərtibatda nəşr olunan biblioqrafik göstəriciyə alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk, həmçinin elmi əsərləri, dövri və seriyalı nəşrlərdə Azərbaycan və rus dillərində dərc olunmuş məqalələri barədə məlumat daxil edilib.

Vəsaitdə professor Məqsəd Səttarovun redaktə etdiyi kitablar, görkəmli elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiya işləri barədə də məlumat öz əksini tapıb.

Görkəmli alimin 100 illik yubileyi münasibətilə tərtib olunan vəsaitin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi şöbənin əməkdaşı Natəvan Rəhimovadır.

Biblioqrafik göstərici fəlsəfə, din, ontologiya, qnoseologiya və etika sahəsində çalışan alim və mütəxəssislər, doktorantlar, ali məktəb tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri