Icma.az
close
up
RU
Professor İlham Rəhimovun yeni kitabı çapdan çıxdı FOTO

Professor İlham Rəhimovun yeni kitabı çapdan çıxdı FOTO

Icma.az, News24 portalına istinadən məlumat verir.

 Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvanın “Elm” (“Наука”) nəşriyyatı tərəfindən “Cəza haqqında təlim” (“Учение о наказании”) adlı yeni kitabı çapdan çıxıb.

News24.az xəbər verir ki, cinayət hüququ və kriminologiya sahəsində mühüm mənbə olan bu tədqiqat cəzalar nəzəriyyəsinin nəzəri və praktiki aspektlərini əhatə edir. Kitaba professor İlham Rəhimovun son on beş ildə yazdığı “Cinayət və cəzanın fəlsəfəsi”, “Dünya dinlərində cinayət və cəza: tarixi, dini, hüquqi və fəlsəfi aspektləri” və “Ölümsüz ölüm cəzası” adlı monoqrafiyası daxil edilib.

“Cinayət və cəzanın fəlsəfəsi” əsərində cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif burada cinayətin mənbəyinə və səbəblərinə, eləcə də, cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. 

“Dünya dinlərində cinayət və cəza: tarixi, dini, hüquqi və fəlsəfi aspektləri” əsərində müəllif əvvəlki əsərdəki fikirlərini davam etdirərək cinayət hüququnun mühüm əhəmiyyətli əsası kimi cinayət və cəza institutu ideyasının təkamülündə dinin rolu və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

 Kitabda cinayət anlayışının təkcə hüquqi deyil, həm də tarixi, dini və fəlsəfi aspektləri, onun səbəbləri, dünya dinlərində cəzanın mahiyyəti və sosial rolu nəzərdən keçirilir.

“Ölümsüz ölüm cəzası” əsərində isə cinayət və cəzanın mahiyyəti, o cümlədən ölüm cəzası haqqında müəllifin “Cinayət və cəzanın fəlsəfəsi”, “Cəzanın əxlaqiliyi haqqında” adlı kitablarında əksini tapmış düşüncələrinin davamıdır.

Rusiya Elmlər Akademiyasının akademiki A.N Savenkov kitaba yazdığı ön sözdə qeyd edib ki, müəllifin təqdim etdiyi əsərlər nəinki onun vətəni Azərbaycanda, eləcə də, Rusiya və digər xarici ölkələrin hüquqşünas alimləri tərəfindən böyük maraqla qarşılanıb. Kitabda cəzanın məqsədləri, funksiyaları və növləri də daxil olmaqla, cəza haqqında təlimin tarixi inkişafı və müasir konsepsiyalarının dərin təhlili aparılır. Müəllif müasir cəmiyyət şəraitində cəzanın tətbiqi ilə bağlı aktual problemləri müzakirə edir və onların həlli yollarını təklif edir. 

Kitab təkcə universitetlərin hüquq fakültələrinin elmi əməkdaşları, professor-müəllim heyəti, aspirant və tələbələri üçün deyil, həm də cinayət hüququ məsələlərinə maraq göstərən kütləvi oxucular üçün nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri