Icma.az
close
up
RU
“Dünya tarixində Azərbaycan dövlətçiliyi” kitabı çapdan çıxdı

“Dünya tarixində Azərbaycan dövlətçiliyi” kitabı çapdan çıxdı

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Elmi Şurasının 2025-ci il 26 dekabr tarixli qərarı ilə “Dünya tarixində Azərbaycan dövlətçiliyi” adlı kitab nəşr olunub.

Modern.az xəbər verir ki, əsərin müəllifi AMEA-nın müşaviri, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudovdur.

Oxuculara təqdim olunan bu kitabda Azərbaycanın qədim və zəngin dövlətçilik tarixinə ümumdünya tarixi fonunda nəzər salınır və ilk dəfə olaraq dövlətçilik tariximiz aşağıdakı kimi dövrləşdirilir:


1) Ən qədim zamanlardan İslama qədərki dövrdə Azərbaycan dövlətçiliyi;

2) İslam dininin qəbulundan sonrakı dövrdə Azərbaycan dövlətçiliyi (VII-XVIII əsrin II yarısı);

3) Rusiya işğalları və Azərbaycan dövlətçiliyinin aradan qaldırılması;

4) Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdə Azərbaycan dövlətçiliyinin dirçəlişi: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) və Cənubi Azərbaycan Milli Hökuməti (1920);

5) Şimali Azərbaycanda kommunist rejimi;

6) Azərbaycan dövlətçiliyinin Heydər Əliyev dövrü;

7) Dövlətçilik tariximizin İlham Əliyev dövrü.

Əsərdə Azərbaycanın ən qədim dövlət qurumlarından, Manna dövlətindən, İskit və Massaget şahlıqlarından, Atropatenadan, Albaniyadan, Azərbaycan-türk sülalələrinin idarə etdiyi geniş ərazili dövlətlərdən (Sacilər dövləti, Azərbaycan Atabəylər dövləti, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları) və Azərbaycan Xalq Cümhuriyyətindən ayrı-ayrılıqda bəhs olunur. Əsərin “Şimali Azərbaycanda dövlətçiliyin dirçəlişi: Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il may - 1920-ci il aprel)” yarımbölməsində Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etməsi xüsusi qeyd edilir, bu məsələ kitabdakı illüstrativ materiallarda da öz əksini tapıb.


Kitabda Ulu öndər Heydər Əliyevin ağır kommunist rejimi şəraitində Azərbaycanın dövlətçilik ənənələrini uğurla davam etdirməsi xüsusi vurğulanır. Kitabın “Dövlətçilik tariximizin İlham Əliyev dövrü” bölməsində Azərbaycan Respublikasının tarixi uğurlarından, xüsusilə Qarabağ Zəfəri və suverenliyimizin tam təmin olunmasından ayrıca bəhs edilir. “Əlavələr” bölməsində verilən materiallar (xəritələr, bayraqlar və sikkələr) əsərin ümumi məzmununu tamamlayır. Əsərə, həmçinin tarixi şəxsiyyətlərimizin şəkilləri də daxil edilib.

Akademik Yaqub Mahmudovun yeni əsərində qeyd olunur ki, Azərbaycanın dövlətçilik tarixi 5 min ildən artıq bir tarixi dövrü əhatə edir. Şərqdə ən qədim sivilizasiyaların ayaq açıb yeriməyə başladığı ərazilərdən birində – Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və İran körfəzi arasındakı regionda geniş və münbit torpaqları əhatə edən Azərbaycan ərazisi Babilistan, Misir, Hindistan və Çinlə yanaşı qədim Şərqin ən qədim dövlətlərinin yarandığı tarixi məkanlardan biridir. Bu diyarda – tarixi Azərbaycan ərazisində ilk tayfa birliyindən başlamış ən müasir demokratik, hüquqi və dünyəvi respublikaya qədər dövlət idarəçiliyi mədəniyyətinin bütün mərhələləri tarixi ardıcıllıqla bir-birini əvəz edib. Bu baxımdan Azərbaycan xalqının dövlətçilik mədəniyyəti Yer kürəsində dövlətçilik tarixinin nadir faktlarından biridir.

Akademik Yaqub Mahmudov bildirir ki, hələ VI-VII əsrlərdə Azərbaycan formalaşmaqda olan ilk Oğuz dövlətinin tərkibinə daxil idi. Elmə “Albaniya” adı ilə daxil edilən Şimali Azərbaycanın bütün geniş əraziləri, xristianlığın yayılmış olduğu bəzi dağlıq qərb bölgələri istisna olmaqla, Oğuz türkləri tərəfindən idarə olunurdu. Oğuz qəhrəmanları Azərbaycanda İslam dininin yayılmasında fəal iştirak edirdilər.


Yeni nəşrdə, həmçinin yazılır ki, bu diyarı Əhəməni və Sasani İran imperiyaları, Ərəb Xilafəti, Osmanlı dövləti, çar Rusiyası kimi böyük dövlətlər, II Kir, Makedoniyalı İskəndər, Əmir Teymur və I Pyotr kimi cahangirlər ələ keçirməyə çalışsalar da, onların bu niyyəti baş tutmadı. Əhəmənilərin, Sasanilərin, Xilafətin, İran-fars şovinistlərinin yeritdikləri assimilyasiya siyasəti, çar Rusiyası və Sovet-bolşevik rejiminin həyata keçirdiyi repressiyalar, soyqırımları və sürgünlər də Azərbaycan xalqını sarsıda bilmədi və onun qədim dövlətçilik ənənələrini məhv etməyi bacarmadı. Azərbaycan xalqının dövlətçilik mədəniyyəti bu baxımdan da dünya dövlətçilik tarixinin ən nadir nümunələrindən biridir.

Qeyd edək ki, “Dünya tarixində Azərbaycan dövlətçiliyi” kitabının baş elmi məsləhətçisi AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, elmi məsləhətçiləri BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov və AMEA-nın Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, dosent Güntəkin Nəcəfli, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Mehman Abdullayev və Sayad Mehdizadə, elmi redaktorları tarix üzrə fəlsəfə doktoru Sevinc Məlikzadə, tədqiqatçı Nazim Xəlilov və tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev, dizayner və texniki redaktoru riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva, korrektoru isə Alidə Quliyevadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Aprel 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see359

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see357

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see287

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see248

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see234

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see219

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see213

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see197

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see196

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see195

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see189

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see188

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see185

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see181

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see175

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see175

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see173

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see164

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see145

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri