Icma.az
close
up
RU
Professor: İnnovasiyanın yeni fəlsəfəsi “yenidən kəşf” modelinə əsaslanır

Professor: İnnovasiyanın yeni fəlsəfəsi “yenidən kəşf” modelinə əsaslanır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 iyul, AZƏRTAC

XXI əsrdə innovasiya anlayışı əhəmiyyətli transformasiya mərhələsinə qədəm qoyub. Əgər əvvəlki dövrlərdə innovasiya əsasən yeni məhsulun yaradılması, yeni texnologiyanın ixtirası və ya elmi kəşflərin istehsalata tətbiqi ilə əlaqələndirilirdisə, bu gün onun mahiyyəti daha geniş məzmun kəsb edir. Müasir dövrdə innovasiya mövcud biliklərin, texnologiyaların, məlumatların və resursların yeni baxış bucağı ilə qiymətləndirilməsi, fərqli şəkildə əlaqələndirilməsi və iqtisadi dəyərə çevrilməsi kimi xarakterizə olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Zahid Məmmədov qeyd edib ki, süni intellekt, böyük verilənlər (“Big Data”), rəqəmsal platformalar və açıq innovasiya ekosistemlərinin sürətli inkişafı innovasiya fəlsəfəsini dəyişir.

“Uzun illər innovasiya anlayışı yeni məhsulun yaradılması, yeni texnologiyanın ixtirası və ya elmi kəşflərin istehsalata tətbiqi ilə eyniləşdirilib. Lakin XXI əsrdə innovasiya artıq yalnız əvvəllər mövcud olmayan məhsul və ya texnologiyanın yaradılması demək deyil. Əsl innovasiya çox vaxt mövcud biliklərin, texnologiyaların, məlumatların və resursların yeni baxış bucağı ilə yenidən qiymətləndirilməsi, fərqli şəkildə əlaqələndirilməsi və yeni iqtisadi dəyərə çevrilməsidir. Başqa sözlə, innovasiya getdikcə “yeni ixtira”dan daha çox “yenidən kəşf” fəlsəfəsinə söykənir”, – deyə professor vurğulayıb.

Ekspert bildirib ki, bu dəyişiklik yalnız texnologiya şirkətləri üçün deyil, universitetlər, elmi-tədqiqat institutları, dövlət qurumları və bütövlükdə milli iqtisadiyyatlar üçün də yeni inkişaf modelini formalaşdırır.

“Rəqabət üstünlüyü artıq yalnız daha çox patentə sahib olmaqla deyil, mövcud potensialı daha səmərəli idarə etmək, müxtəlif sahələr arasında bilik transferini təmin etmək və mövcud imkanlardan yeni dəyər yaratmaq bacarığı ilə müəyyən edilir”, - deyə o qeyd edib.

Z.Məmmədovun sözlərinə görə, bu yanaşma Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır.

“Son illərdə ölkədə innovasiya, rəqəmsal transformasiya, süni intellekt və bilik iqtisadiyyatının inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın uzunmüddətli inkişafı yalnız təbii sərvətlərə deyil, insan kapitalına, elmə, müasir texnologiyalara və innovativ iqtisadiyyata əsaslanmalıdır. Bu strateji yanaşma göstərir ki, ölkənin gələcək rəqabət qabiliyyəti yeni ideyaların yaradılması ilə yanaşı, mövcud elmi və texnoloji potensialın daha səmərəli istifadəsindən, yəni innovasiyanın yeni fəlsəfəsinin – “yenidən kəşf’ modelinin tətbiqindən də asılı olacaq”, – deyə iqtisadçı bildirib.

Professor hesab edir ki, Azərbaycanın elmi potensialının, insan kapitalının, rəqəmsal infrastrukturunun və sənaye təcrübəsinin vahid innovasiya ekosistemində birləşdirilməsi yeni iqtisadi artım mənbələrinin formalaşmasına imkan verə bilər.

“İnnovasiya siyasəti çox vaxt yalnız patentlərin sayına və ya yeni texnologiyaların yaradılmasına fokuslanır. Halbuki ölkənin mövcud elmi potensialının, universitetlərinin, sənaye müəssisələrinin, milli məlumat bazalarının və insan kapitalının yeni əməkdaşlıq modelləri ilə bir araya gətirilməsi daha böyük iqtisadi nəticələr verə bilər. İnnovasiya təkcə laboratoriyada yaranmır; o, mövcud imkanların yeni dəyər zəncirinə çevrilməsi ilə də formalaşır”, – deyə o vurğulayıb.

Ekspert qeyd edib ki, bu yanaşma universitetlərin fəaliyyət modelinə də yeni tələblər formalaşdırır.

“Ali təhsil müəssisələri sadəcə elmi məqalə istehsal edən qurumlar deyil, mövcud bilikləri iqtisadi və sosial dəyərə çevirən innovasiya mərkəzləri olmalıdır. Bir çox hallarda problem yeni biliklərin çatışmazlığında deyil, mövcud biliklərin iqtisadiyyata transfer mexanizmlərinin zəifliyindədir”, – deyə Z.Məmmədov bildirib.

Ekspertin fikrincə, süni intellekt dövründə rəqabət üstünlüyü məlumatlardan istifadə bacarığı ilə müəyyən ediləcək.

“Artıq rəqabət üstünlüyü yalnız daha çox məlumat toplamaqda deyil, həmin məlumatları fərqli şəkildə əlaqələndirmək, yeni biznes modelləri yaratmaq və yeni bazarlar formalaşdırmaq bacarığında olacaq. Bu isə “yenidən kəşf” anlayışının strateji əhəmiyyətini artırır”, – deyə professor qeyd edib.

Z.Məmmədov hesab edir ki, Azərbaycanın innovasiya strategiyası da məhz bu məntiq üzərində qurula bilər.

“Neft-qaz sektoru, kənd təsərrüfatı, logistika, maliyyə texnologiyaları (“FinTech”), yaşıl enerji və rəqəmsal dövlət xidmətləri kimi sahələrdə mövcud təcrübənin yeni texnologiyalarla inteqrasiyası tamamilə yeni iqtisadi imkanlar yarada bilər. Burada əsas məsələ sıfırdan hər şeyi icad etmək deyil, mövcud resurslardan daha yüksək əlavə dəyər yaratmaqdır”, – deyə o bildirib.

Professorun sözlərinə görə, innovasiyanın yeni yanaşması ölkələrin gələcək inkişaf modelini də müəyyənləşdirir.

“Nəticə etibarilə, innovasiyanın yeni tərifi ölkələr üçün mühüm bir mesaj verir: gələcəyin qalibləri yalnız ən çox ixtira edənlər deyil, mövcud bilik və imkanları ən yaradıcı şəkildə yenidən kəşf edənlər olacaq. Azərbaycan üçün də dayanıqlı iqtisadi inkişafın yolu təkcə yeni texnologiyalar yaratmaqdan deyil, elmi, təhsili, biznesi və dövlət institutlarını vahid innovasiya ekosistemində birləşdirməkdən keçir”, – deyə professor Zahid Məmmədov vurğulayıb.

Müxbir – Pərvanə Qafarova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri