Icma.az
close
up
RU
Professor: Türk epik sistemi xaosdan kosmosa keçid modelinə əsaslanır və “yenidən dirilmə” ideyasını daşıyır

Professor: Türk epik sistemi xaosdan kosmosa keçid modelinə əsaslanır və “yenidən dirilmə” ideyasını daşıyır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 noyabr, AZƏRTAC

AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı Uluslararası Balkan Universiteti (IBU) və Balkanlarda Türk Dili və Ədəbiyyatı Araştırmaları (BALTED) tərəfindən Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan II Beynəlxalq Balkanlarda Türk Dili və Ədəbiyyatı Araşdırmaları Simpoziumunda (BALTES 2025) iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Türk dastanlarının semiotik arxetipləri və sinergetik inkişaf dinamikası: Balkan dastanları ilə müqayisəli təhlil” mövzusunda məruzə ilə çıxış edən professor Ramazan Qafarlı türk epik sisteminin dərin struktur kodları, arxaik yaddaş qatları, kollektiv şüur modeli və sinergetik inkişaf mexanizmini araşdıraraq bu modeli Balkan epik ənənəsi ilə müqayisəli müstəvidə təqdim edib.

Bəlli olduğu kimi, qloballaşma dövründə mədəni kimlik, tarixi yaddaş və milli-mənəvi özünüdərk məsələləri mərkəzi elmi mövzulardan biridir. Türk dünyasının epik irsi yalnız folklor nümunəsi kimi deyil, həm də tarixi yaddaş sistemi, özünütəşkil modeli və mənəvi təhlükəsizlik mexanizmi kimi dəyərləndirilir. Məruzə bu kontekstdə türk dastanlarının mədəni kod sistemini açır və onların Balkan epik irsi ilə qarşılıqlı əlaqələrini yeni nəzəri prizma ilə təqdim edir.

Məruzədə qoyulan problemə semiotika, sinergetika, arxetip nəzəriyyəsi, komparativ folklor və diskurs analizi daxil olmaqla müasir multidissiplinar metodologiyaya əsasında yanaşılıb. Tədqiqatda Y.Lotman, K. Yunq, Mirça Eliade, H.Haken kimi müəlliflərin nəzəri yanaşmaları türk və Balkan dastanlarının semantik və struktur təhlili ilə birləşdirilib. Bu yanaşma epik mətni yalnız ədəbi fakt kimi deyil, həm də kollektiv idrak forması, kosmoqonik model, sosial psixoloji bərpa mexanizmi, mədəni enerji sistemi kimi izah edir.

Professor Ramazan Qafarlı məruzəsində bir sıra elmi nəticələr irəli sürüb. Alimə görə, türk epik sistemi xaosdan kosmosa keçid modelinə əsaslanır və “yenidən dirilmə” ideyasını daşıyır. “Dədə Qorqud”, “Koroğlu” və digər dastanlar kollektiv kimliyin dinamik yaddaş kodunu formalaşdırır. Balkan epik ənənəsində qəhrəman obrazı daha çox mənəvi müqavimət və sublimasiya funksiyası daşıyır. Türk epikasında qəhrəman sosial nizamı bərpa edən, xalqı birləşdirən qüvvə kimi çıxış edir; Balkan epikasında isə tarixi travma fonunda mənəvi qalibiyyət arxetipi önə çıxır.

Qeyd edək ki, Balkan–Türk mədəni əlaqələrinin tarixi və aktual müstəvidə qiymətləndirilməsi üçün mühüm platforma olan BALTES 2025 türkoloji araşdırmaların regional və beynəlxalq miqyasda dərinləşdirilməsi məqsədilə keçirilir. Simpozium materiallarının elmi ictimaiyyətə təqdim olunması gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri