Icma.az
close
up
RU
Professor: İranı beş yerə bölmək istəyirlər

Professor: İranı beş yerə bölmək istəyirlər

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


“1997-ci ildə ABŞ İranı çökdürmək qərarı verib. Corc Fridmanın 2010-cu ildə yazdığı “Növbəti 100 il” əsərində bu məsələdən bəhs olunur. Eyni zamanda amerikalı strateq Zbiqnev Brzejinski Amerikanın dünyaya hökmranlıq etmək üçün Yaxın və Orta Şərqi nəzarətə götürməyin vacibliyini qeyd edirdi. Bu, Misirdən tutmuş Suriyaya qədər baş verdi, indi növbə İrana çatıb. Baş verələrin görünməyən tərəfi budur və ssenarini Amerika yazıb”.

Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev İsrail və İran arasında baş verənlərdən danışarkən deyib.
Professor əlavə edib ki, ABŞ-nın planında İranın beş yerə bölünməsi məsələsi də var, amma bu, daha çox gedişatdan asılıdır: “Bu plan reallaşarsa, Fars körfəzinin resursları ABŞ-nın olacaq. Nəzərə almaq lazımdır ki, bütün bu proseslər ABŞ prezidenti Donald Trampın Körfəz ölkələrinə səfərindən sonra başladı”.
C. Nuriyevin fikrincə, İranın Kürdüstan, Farsistan, Azərbaycan və daha bir neçə yerə parçalanması mümkündür: “Amma şahın oğlunu hakimiyyətə gətirmək istəsələr, bu halda İranın bütövlüyü qoruna da bilər”.
Professor qeyd edib ki, İsrail savaşın ilk günlərində böyük uğur əldə etsə də, zaman İranın xeyrinə işləyə bilər: “İndi İran hipersəsli raketlərini ortaya çıxarıb. Bu da, İsraildə tədricən çaşqınlıq yaradır. Bu cür davam etsə və ABŞ-nın dəstəyi olmasa, İsrail üçün problemlər yarana bilər. Ancaq aydındır ki, ssenarini ABŞ yazıb, son anda müharibəyə daxil olacaq və bu zaman İranın durumu daha da pisləşəcək”.
Müsahibimiz düşünür ki, müharibənin indiki templə davam etməsinə İran rejimi maksimum iki həftə dözə bilər: “Sonra daxildən narazılıq baş verəcək. Artıq bunun ilk işartıları görünür. Məncə, iki həftəlik imkanları var. Onu da təəssüflə deyim ki, bütün hərbi obyektləri azərbaycanlıların yaşadıqları ərazilərə salıblar və indi daha çox bu ərazilər vurulur, soydaşlarımız arasında itkilər olur. Bu da fars hiyləgərliyinin bir nümunəsidir”.
C. Nuriyev əmindir ki, bu prosesin bir üzü də Çinlə bağlıdır: “Çini çökdürmək istəyirlər. Məncə, Rusiya da bu oyunda var və güclü İran Rusiyaya lazım deyil”.

Y. QACAR
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 İyun 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri