Icma.az
close
up
RU
Professor Mahirə Hüseynova BZT Turan Akademiyasının Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib

Professor Mahirə Hüseynova BZT Turan Akademiyasının Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 5 may, AZƏRTAC

Türk Millətçiliyi Günü münasibətilə Bakı şəhərində BZT Turan Akademiyasının təşkilatçılığı ilə Türk dünyasının elmi, mədəni və pedaqoji əməkdaşlığını daha da gücləndirməyi hədəfləyən toplantı keçirilib. Toplantı zamanı Özbəkistanın Məmun Universiteti və Ürgənc Dövlət Pedaqoji Universitetinin təklifi ilə irəli sürülən namizədlər arasından Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, Türk dünyasının önəmli tədqiqatçılarından biri olan professor Mahirə Hüseynova Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

BZT Turan Akademiyasının Türkiyə üzrə rəhbəri Baha Əhməd Yılmaz və Azərbaycan üzrə rəhbəri Niyaməddin Şükürov professor Mahirə Hüseynovaya Türk dünyası ziyalılarının inkişafına, əməkdaşlığına verdiyi töhfə üçün minnətdarlıqlarını çatdırıblar.

Qeyd edək ki, 2019-cu ildən etibarən bir qrup gənc və təşəbbüskar alim tərəfindən təsis edilmiş BZT Turan Akademiyası 27 ölkədən 68-dən çox elmi qurumla tərəfdaşlıq edərək, beynəlxalq konqreslər, simpoziumlar, təlimlər və elmi layihələr vasitəsilə bütün dünyadakı tədqiqatçıları bir araya gətirməyi qarşısına məqsəd qoyub.

Toplantıya Özbəkistanın 15-dək nüfuzlu universitetindən nümayəndə heyətləri qatılıb. Həmçinin Türkiyədən elm adamları iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri