Icma.az
close
up
RU
Professor Yaşar Hacısalihoğlu: Qarabağ Zəfəri bölgədəki işğalçılıq siyasətinə son qoydu AZƏRTAC

Professor Yaşar Hacısalihoğlu: Qarabağ Zəfəri bölgədəki işğalçılıq siyasətinə son qoydu AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

İstanbul, 21 noyabr, Günel Karatepe, AZƏRTAC

Bu gün İstanbulda Azərbaycanın Qarabağ ərazisinin işğaldan azad edilməsinin Zəfərini qeyd edirik. Biz 44 günlük müharibə nəticəsində Azərbaycanın Qarabağ torpağının azadlığına qovuşmasının sevincini qardaşlıq hisslərimizlə bir daha bölüşürük. Zəfərimiz mübarək olsun.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qarabağ Zəfərinin ildönümü münasibətilə İstanbulda keçirilən konsert proqramını izləyən İstanbulun Yeni Yüzyıl Universitetinin rektoru professor Yaşar Hacısalihoğlu ifadə edib.

Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan professor deyib: “Artıq hər kəsə aydındır ki, hər zaman rəhmətlə andığımız Heydər Əliyevin də kəlamında vurğuladığı kimi, biz öz sərhədləri olan iki fərqli dövlət olsaq da bir millətik, Azərbaycan və Türkiyə türkləri qardaşdırlar. 44 gün davam edən Vətən müharibəsindən sonra Türkiyə və Azərbaycan liderləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi isə bu münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdi. Həmin sənəddə qeyd edildiyi kimi, Azərbaycan və Türkiyə daim birdir və onlardan birinə qarşı olan hansısa təhdid digərinə edilmiş hesab olunur. Qarabağ Zəfəri separatçı dəstələrin əli ilə idarə olunan imperialist işğala son qoydu. Bütün bunlara baxmayaraq Azərbaycan və buna bağlı olaraq Türkiyə bu gün Ermənistana sülh içində yaşamağı, bölgəmizin firavanlığına töhfə verməyi təklif edir. Bu, ilk növbədə, Ermənistan iqtisadiyyatı və erməni xalqının gələcəyi adına atıla biləcək ən uğurlu addım olar. Bütün bunları nəzərə aldıqda, sadəcə, Ermənistanın artıq üçüncü qüvvələrin oyununa gəlməməsini arzu edə bilərik”.

Türk Dövlətləri Təşkilatı ətrafında toplanan Türk dünyasının hər ötən gün daha da gücləndiyini qeyd edən rektor deyib: “Türklər olaraq bizim bütün dünyaya sülh, ədalət, hüquq normaları çərçivəsində, işğalsız, müstəmləməkəsiz bir dünyanın mümkünlüyünü, bu nizamın qurulması üçün üzərimizə düşən məsuliyyəti göstərəcəyimizə əminəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri