Icma.az
close
up
RU
Professordan xəbərdarlıq: Dəniz suyunun insan sağlamlığı üçün müəyyən riskləri mövcuddur

Professordan xəbərdarlıq: Dəniz suyunun insan sağlamlığı üçün müəyyən riskləri mövcuddur

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Uşağın açıq su hövzələrində çimməsi bir çox infeksiyaya yoluxma və hipotermiya ilə nəticələnə bilər".

Oxu.Az xəbər verir ki, bunu Lenta.ru-ya Rusiya Dövlət Maarif Universitetinin Tibb fakültəsinin Uşaq Xəstəlikləri kafedrasının dosenti Aleksandr Batrakov deyib.

Həkim südəmər və ya məktəbəqədər yaşda olan uşağın su hövzəsində çimməsinin körpələrin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib:

"Bu yaşda immunitet sistemi hələ də inkişaf edir və tam qorunma təmin etmir, buna görə də açıq su hövzəsində üzməyi 2-3 yaşa qədər təxirə salmaq daha yaxşıdır".

Batrakov vurğulayıb ki, südəmər uşaq rotavirus infeksiyası ilə yoluxa bilər:

"Ona görə də çimərliyə getməzdən əvvəl bir yaşa qədər uşaqları rotavirus infeksiyasına qarşı peyvənd etmək daha yaxşı olardı".

Mütəxəssis əlavə edib ki, körpələr qumun dadına tez-tez baxdıqları üçün çimərlikdə onlara ciddi nəzarət edilməlidir. Həkim qeyd edib ki, qum tənəffüs yollarına daxil olduqda aspirasiya riski yaradır və boğulma ilə nəticələnə bilər.


Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, dəniz suyu şirin sudan fərqli olaraq duzlu olur:


“Duzlu mühitdə bir sıra infeksion agentlər, eləcə də uzun müddət dənizdə qalmış heyvan qalıqları yaşama qabiliyyətini itirir. Bununla belə, dəniz suyunun insan sağlamlığı üçün müəyyən riskləri mövcuddur. Əsas təhlükələrdən biri dəniz suyunun müxtəlif bakteriyalara davamlı olması, həmçinin neft məhsullarının qalıqları və sənaye axıntıları ilə çirklənməsidir ki, bu da insan orqanizminə zərərli təsir göstərə bilir. Eyni zamanda, dənizdə baş verən ştormlar və güclü dalğalanmalar da təhlükə yarada bilər. Son dövrlərdə dənizdə boğulma hallarında artım müşahidə olunur. Bunun mümkün səbəblərindən biri də dənizdə yaranmış yarğanlar və çatların mövcudluğudur. Bundan əlavə, dəniz mühitində insanlar üçün potensial təhlükə yarada biləcək canlılar dəniz ilanları, meduzalar və dəniz kirpiləri ola bilər. Xəzər dənizi üzrə meduza və zəhərli dəniz ilanlarının mövcudluğu barədə məlumat yoxdur, lakin burada suitilərin yaşadığı məlumdur. Bu səbəbdən çimərlik zonaları müəyyən edilməli və onlara sanitar-gigiyenik nəzarət gücləndirilməlidir. Təəssüf edirəm ki,  hazırda bir çox çimərlik əraziləri zəbt olunub. Bu əraziləri zəbt edən şəxslər müvafiq dövlət qurumları ilə bağlanmış müqavilələrə əsasən həmin sahələri vaxtaşırı təmizləməli, dəniz suyunun və dibinin tərkibini yoxlamalıdırlar ki, çimənlər üçün sağlamlıq baxımından hər hansı təhlükə yaranmasın. Digər mühüm məsələ uşaqların təhlükəsizliyidir. 14 yaşına qədər uşaqların mütləq müşayiət altında dənizə girməsi təmin olunmalı, onların tək çimməsinə yol verilməməlidir, çünki boğulma riski bu yaş qrupunda daha yüksəkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 İyul 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri