Icma.az
close
up
RU
Milli Qəhrəmanların büstü 8 aya hazırlanıb: “Bura memorial kompleksdir” AÇIQLAMA

Milli Qəhrəmanların büstü 8 aya hazırlanıb: “Bura memorial kompleksdir” AÇIQLAMA

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən ilin dekabr ayında Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan ekipaj üzvləri - Milli Qəhrəmanlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevanın II Fəxri Xiyabandakı məzarları üzərində büstləri qoyulub.

Modern.az abidəni ərsəyə gətirən Xalq rəssamı, heykəltəraş Natiq Əliyevlə əlaqə saxlayıb.
Natiq Əliyev qeyd edib ki, ötən ilin dekabrında - hadisə baş verəndən sonra rəhbərlik abidələrin hazırlanması yönündə işlərə başladı:
"Reaksiya tez verildi, işə vaxtında başlandı. Amma proses xeyli vaxt aldı. Büstlərin hazırlanması çox vaxt apardı, çünki hər bir ailə ilə ayrılıqda görüşmək, foto - video materialları toplamaq lazım idi. Birinin anası-atası, birinin bacısı, qardaşı, digərinin yoldaşı, uşaqları gəlirdi. İş əvvəlcə gildə işlənir ki, əzizləri öz fikirlərini dedikdə düzəlişlər etmək mümkün olsun. Ailələr gildə baxıb bəyəndikdən sonra biz onu digər daş materiala - qranitə köçürürük".

Heykəltaraş bildirir ki, ümumilikdə abidə üzərində 8 aya qədər işləyib: “Onların üzərində 8 ay işlədim. Bütün yay emalatxanada bu işlə məşğul olmuşam. İş bir həftə əvvəl başa çatdı. Çünki hazırladığım sadəcə bir büst deyildi, onun ətrafı, döşəməsi, qraniti də olmalı idi. Həmçinin beton işləri, onun posdamentləri, yazıları, materialın seçilməsi, quraşdırılması məsələləri də xeyli vaxt alır”. 

O bildirib ki, büstlərə qəbirüstü abidə demək düzgün deyil, bu memorial abidədir. "Onların hamısı da bir döşəmənin üzərindədir və ona kompleks kimi baxılmalıdır”- deyə Natiq Əliyev bildirib.
N. Əliyev vurğulayıb ki, abidələrin hazırlanması zamanı ekipaj üzvlərinin İkinci Fəxri xiyabanda dəfn olunmasını da nəzərə almaq lazım idi:
“Oranın şəraitini də nəzərə almaq lazım idi. Abidələri çox böyük, çox kiçik də etmək olmaz. Müəyyən standartlar da var. Fəxri Xiyabanda hər kəs bizə əzizdir, amma əsas fərq ondan ibarət idi ki, ekipaj üzvlərinin abidəsi bir yerdə idi. Onları birləşdirən qəhrəmanlıqları abidədə bu cür izah olunmalı idi”. 


Ailələrlə görüşlərindən də danışan heykəltaraş bildirib ki, hər ailə bir neçə dəfə gildən hazırlanan ilkin versiyaya baxıb. Onlarla danışmaq isə Natiq Əliyev üçün çox çətin olub:

“Gəlirdilər, hadisələr yenə yadlarına düşürdü, göz yaşlarını saxlaya bilmirdilər. Birinin oğlu gəlirdi, birinin həyat yoldaşı, birinin ata-anası. Bir ailə də deyildi, üç ailə idi. Hamısı dərdli gəlirdi. Sən də gərək onların dediklərini nəzərə alasan, üstəlik professional heykəlin də öz dili var axı. Bu rəngkarlıq deyil ki, qara qaş, qara göz edəsən. Burada hər şey bir materialda olur, amma eyni effekti verməlidir. Heykəlin dili çətindir, ağırdır, amma buna baxmayaraq, şükür Allaha ki, onlara layiqli kompleks alındı”.

Təyyarədə qəhrəmancasına həlak olmuş, insanlarımızın qoruyan ekipaj üzvlərinin qəhrəman obrazlarını saxlamaq lazım idi:

“Onların qəhrəmanlıqları nəzərə alınmalıdır. Bütün qəhrəmanlıqların göstərilməsi üçün büstün imkanları daha məhduddur. Əlbəttə ki, onların obrazlarında həm qəhrəman, həm də yaxşı insanlar olduğunu göstərməliydik. Mən videolara baxanda görürdüm ki, həmin adamlar şən, deyib-gülən adamlar olublar, amma həmin situasiyada bir növ cəngavərə də çevrildilər. Onların qəhrəmanlıqları elə simalarında var idi”. 
“Mənim üçün ən əsası hər üçü qəhrəmanımızın abidəsinin eyni vaxtda hazırlanması idi, buna da nail olduq” – deyə sonda Natiq Əliyev bildirib. 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri