Icma.az
close
up
RU
Həkim gəmidə müəmmalı şəkildə itkin düşdü KONKRET

Həkim gəmidə müəmmalı şəkildə itkin düşdü KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Artıq 31 gündür ki, gəmidə həkim kimi çalışan 33 yaşlı Tural Sultanovdan xəbər yoxdur. Ailəsinin verdiyi məlumata görə, gənc həkim sentyabrın 27-də işlədiyi gəmidə müəmmalı şəkildə dənizə düşüb və itib. Hadisənin başvermə səbəbləri hələ də dəqiqləşdirilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış jurnalist, itkin düşən Tural Sultanovun əmisi qızı Ağanisə Sultan məlumat verir. Tural Sultanovun əmisi və yaxınları bildirir ki, ailə çox ağır günlər yaşayır. “Turalın atası, anası dərindən sarsılıb. Bu çətin günlərdə kədərimizi bölüşən hər kəsə təşəkkür edirik,” – deyə ailə nümayəndəsi qeyd edib.

Hadisə ilə bağlı ən çox sual doğuran məqam isə kamera görüntülərinin natamam təqdim olunmasıdır. Ailənin sözlərinə görə, onlara yalnız uzaqdan çəkilmiş kadrlər göstərilib:

“Arxadan, uzaq məsafədən görüntülər var. Öndən çəkilən, yaxın planlı görüntüləri istədikdə isə “əlimizdə olan budur” dedilər. Görüntülərdə Tural göyərtəyə çıxır, dənizə düşür, üç dəqiqə sonra xilasedici qayıqlar suya buraxılır. Biz soruşuruq: nədən öndən görüntü yoxdur? Mənim oğlum niyə özünü dənizə atsın?”

Ailə bildirir ki, Tural Sultanov peşəkar üzgüçü olub, hər cür hava şəraitində üzməyi bacarıb, dənizi “ikinci evi” sayıb. O, həmçinin Leyla Şıxlinskaya klinikasında həkim kimi fəaliyyət göstərirdi.

Hadisədən bir gün əvvəl Turalın anası Aygün xanımla sonuncu telefon danışığı olub. Ana oğlu ilə son danışığını belə xatırlayır:

“Hər dəfə olduğu kimi danışdıq, yaxşı olduğunu dedi. Fikirləşdim ki, səhər zəng edəndə isti geyimlərini göndərim, havalar soyuyurdu. Turalım məni heç vaxt bu qədər intizarda qoymazdı.”

Ailənin sözlərinə görə, Tural həmçinin hadisədən bir gün əvvəl işlədiyi klinika ilə telefon əlaqəsi saxlayıb, lakin bu danışığın mövzusu barədə heç bir məlumat verilmir.

“Əgər intihar edib desələr, biz bunu birmənalı şəkildə rədd edirik. Niyə ayaqqabılarını çıxarıb, telefonunu da yanına qoyub? Bu hadisə ilə bağlı çoxlu suallar var,” – ailə bildirir.

Tural Sultanovun atası tanınmış həkimdir. O, oğlunun Almaniyada təhsilini davam etdirməsini arzulayırdı. Lakin Tural dənizdə işləməyi özü seçmişdi.

“Turalın arzuları çox idi, bizim arzumuz isə Tural idi,” – deyə anası söyləyir.

Hazırda ailə hadisənin şəffaf araşdırılmasını və bütün kamera görüntülərinin təqdim olunmasını tələb edir.

Natiq Səlim

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri