Icma.az
close
up
RU
İslahatçı, ilahiyyatçı, yoxsa yazıçı? Rotterdamlı Erazm Martin Lüterə niyə qoşulmamışdı?

İslahatçı, ilahiyyatçı, yoxsa yazıçı? Rotterdamlı Erazm Martin Lüterə niyə qoşulmamışdı?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

28 oktyabr holland yazıçı Rotterdamlı Erazmın doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

İntibah dövründə yaranan humanizm axınının qurucularından və ən tanınmış nümayəndələrindən biri sayılan Rotterdamlı Erazm 1465-ci ildə Hollandiyanın Rotterdam şəhərində anadan olub.

Orta təhsilə uyğun bir təhsil aldıqdan sonra Avqustin təriqətinə qoşularaq rahib olub. Lakin o, heç vaxt ənənəvi mənada rahib kimi fəaliyyət göstərməyib; elmlə məşğul olmaq istədiyi üçün dini rəhbərlikdən “cübbə geyməmək” icazəsi alıb.

Daha sonra Paris Universitetində təhsilini davam etdirib.

Həm ilahiyyatçı, həm də yazıçı olan Erazm daha çox dövrün dini hərəkatlarına qarşı apardığı mübarizələri və "Axmaqlığın tərifi" əsəri ilə yadda qalıb.

Onun təhsil sahəsində yazdığı əsərlər köhnə sxolastik tədris proqramının yerini klassiklərə əsaslanan yeni humanist yanaşmaya verməsinə böyük təsir göstərib. Kilsədəki sui-istifadə hallarını tənqidlə uzaq keçmişdəki “daha saf bir dövrə” işarə edərək, Erazm həm Protestant, həm də Katolik islahat hərəkatı üçün zəmin hazırlayan meylləri gücləndirib.

Papa hakimiyyətinin düşüncələr üzərində qurduğu hökmranlığa qarşı çıxaraq həqiqi xristianlıq ruhunu qədim dövrün sadəliyində axtarıb

Gözəl sənətlərin və elmin yayılmasını, Avropanın ortaq bir sənət və elm anlayışı altında birləşməsini humanizmin əsas şərti hesab edib. Öz əsərləri və tərcümələri ilə antik dövr düşüncələrinin Avropada yayılmasına böyük töhfə verib.

Martin Lüterin islahat hərəkatı başladıqda, o, kilsənin yenilənməsi fikrini dəstəkləsə də, xristian dünyasının qarışıqlığa və parçalanmaya sürüklənməsinə qəti şəkildə qarşı çıxıb.

Nəhayət, o, dini qarşıdurmaların kəskin olduğu bir dövrdə müstəqil mövqeyini qoruyaraq - nə təqdir anlayışını, nə də papalığa aid edilən səlahiyyətləri qəbul etməklə hər iki tərəfin tərəfdarlarının şübhəsinə səbəb olub, amma azadlığı dini əsarətdən üstün tutanlar üçün bir ilham mənbəyinə çevrilib.

Erazm keşiş Rocer Gerardın və həkim qızı Marqaritanın nikahdankənar doğulmuş ikinci oğlu olub.

Hər iki valideyni vəfat etdikdən sonra uşaqların qəyyumları onları "Common life brothers" (Ortaq həyat qardaşları) adlı dini hərəkatın idarə etdiyi "’s-Hertogenbosch" məktəbinə göndəriblər.

Bu hərəkat monastır həyatına marağı təşviq edib. Erazm sonralar bu məktəbi yalnız sərt intizamı ilə xatırlayıb - onun sözlərinə görə, bu intizam “gənc bir oğlanın ruhunu sındıraraq təvazökarlıq öyrətmək” məqsədi daşıyıb.

Erazmın monastır rəhbərləri onun klassik təhsilinə qarşı çıxaraq onun gözündə “barbara” çevriliblər. Buna görə də, 1492-ci ilin aprelində kahin kimi təyin olunduqdan sonra o, Kambre yepiskopu, yüksək nüfuza malik olan Henri van Bergenin latın katibi vəzifəsini qəbul edərək monastırdan ayrılmaq fürsətindən istifadə edib.

O, saray həyatını sevməyib və Kambre yepiskopu onu Paris Universitetində ilahiyyat təhsili almağa göndərdikdə (1495) vəziyyət çox da yaxşılaşmayıb.

Yazıçı əvvəlcə yerləşdiyi "Collège de Montaigunun" yarı-dini rejimini bəyənməyib və bir dostuna özünü skotist mühazirələri dinləyərkən “qırışmış qaş və donuq baxışla oturmuş” kimi təsvir edib.

Klassik təhsilini davam etdirmək üçün o, tələbələr yetişdirməyə başlayıb; məhz bu dövrdə (1497–1500) onun "Kolloqiya" və "Adagiya" kimi latın dilini öyrətməyə yönəlmiş ilk əsərləri meydana gəlib.

Bu əsərlər qısa zamanda Avropadakı humanist məktəblərdə geniş istifadə olunmağa başlayıb.

1499-cu ildə tələbəsi Uilyam Blunt Erazmı İngiltərəyə dəvət edib. Orada o, ömürlük dost olacağı Tomas Mor və Con Koletlə tanış olub.

Bütün həyatı boyu latın dilində danışan və yazan Erazm ölümündən əvvəlki son sözlərini ana dilində deyib: “Lieve God” (Əziz Tanrım).

“Axmaqlığın tərifi” (orijinal adı ilə: Morias enkomion seu laus stultitiae), Erazmın bu günə qədər canlılığını, aktuallığını və cəlbediciliyini qoruyub saxlayan yeganə əsəridir.

Erasmus bu kiçik kitabın ilkin planını 1509-cu ilin yayında İtaliyadan İngiltərəyə səyahəti zamanı hazırlayıb, yazını isə dostu Tomas Morun evinə çatdıqdan qısa müddət sonra tamamlayıb.

O, əsəri Tomas Mora həsr edib. Erasmus kitabı cəmi bir neçə gün ərzində yazıb və bu müddətdə heç bir mənbədən istifadə etməyib.

Ədəbi baxımdan “Axmaqlığın tərifi” latın şairi Horatsinin “həqiqəti gülərək söyləmək” prinsipinin, bəlkə də, ən mükəmməl nümunəsidir. Formaca Erasmus əsərini yazarkən daha əvvəl tərcümə etdiyi antik yunan şairləri Lukian və Libandan da ilham alıb.

Məhz bu, ona böyük şöhrət gətirib və bu gün də yazıçı həmin əsərlə xatırlanır.

Onun haqqında yazılan ən mükkəmməl əsər Ştefan Svayqın "Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi" kitabıdır.

Qısaca, Rotterdamlı Erazm 1536-cı ildə Baseldə öldüyü zaman Avropanın düşüncə həyatında papaların belə ziyarətinə gəldikləri bir adam olacaq qədər nüfuza malik olub.

Üzeyir Hacıbəyli festivalının təntənəli bağlanış mərasimi keçirilib Maykl Cekson zorakılıqda ittiham edildi Əməkdar mədəniyyət işçisi komaya düşdü
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri