“Prokter Gembl Azərbaycan” barəsində protokol tərtib edildi
Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.
“Prokter & Gembl Azərbaycan Servisləri” MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın icraatındadır.
Qeyd: 2006-cı ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi İrakli Gabriadzedir.
Xəyal Quliyev

“Prokter Gembl Azərbaycan” barəsində protokol tərtib edildi
26 Noyabr 2024 13:37
“Prokter and Gembl Azərbaycan Servisləri” hakim qarşısında
17 Dekabr 2024 11:30
Azərşəkər barəsində protokol tərtib edildi
07 Noyabr 2024 17:07
Azneft barəsində protokol tərtib edildi
16 Noyabr 2024 08:06
