Icma.az
close
up
RU
Prokurorların yaşıl missiyası: Bakıda başlayan iqlim ədaləti hərəkatı Belemdə davam edir

Prokurorların yaşıl missiyası: Bakıda başlayan iqlim ədaləti hərəkatı Belemdə davam edir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyaya səfərə gedib. Oktyabrın 22-də Belem şəhərində COP30 çərçivəsində “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu” adlı beynəlxalq plenar iclas öz işinə başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimində çıxış edən Braziliya Federativ Respublikasının Baş prokuroru Paulo Qonet iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə, xüsusilə prokurorluq orqanlarının artan rolunu vurğulayıb, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Paulo Qonet, həmçinin Azərbaycana COP29-a uğurla ev sahibliyi etdiyinə görə və bu beynəlxalq konfrans çərçivəsində Mavi zonada Azərbaycan Prokurorluğu tərəfindən təşkil olunan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli beynəlxalq tədbirə görə xüsusi təşəkkürünü bildirib.

Plenar iclasda çıxış edən Baş prokuror Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər, ətraf mühitin mühafizəsi sahəsində görülən çoxşaxəli işlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi və bu prosesdə prokurorluq orqanlarının fəal rolu barədə ətraflı məlumat verib.

Çıxış zamanı dövlətimizin başçısının cari il sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı fikirlərə toxunularaq, Xəzər dənizində ətraf mühitə zərər vuran cinayətlərə qarşı mübarizədə regional səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.

Baş prokuror, həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Beynəlxalq Prokurorlar Assosiasiyası və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarla sıx əməkdaşlığın həyata keçirildiyini bildirib. Qeyd edib ki, 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksək səviyyəli beynəlxalq tədbir keçirilib və tədbirdə 200-dən çox xarici və yerli nümayəndə iştirak edib.

Tədbir çərçivəsində “Belem Bəyannaməsi” qəbul edilib. Bəyannamədə prokurorluq orqanlarının ətraf mühitin qorunması, iqlim ədalətinin təmin olunması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı vəzifələri əksini tapıb.

Plenar iclasdan sonra Baş prokuror Braziliyanın aparıcı televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı Azərbaycan Prokurorluğunun iqlim cinayətləri ilə mübarizə sahəsində topladığı təcrübə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin vacibliyi, həm ölkələr, həm də prokurorluq orqanları arasında sıx əlaqələrin və etimad mühitinin mövcud olması, eləcə də ölkə rəhbərlikləri səviyyəsində əməkdaşlığın yüksək səviyyədə qurulması vurğulanıb. Bundan başqa, Baş prokuror COP29 çərçivəsində Azərbaycan Prokurorluğu tərəfindən təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirin sonunda qəbul olunan “Baku Call to Action” sənədini xatırladaraq, həm bu təşəbbüsün, həm də “Belem Bəyannaməsi”nin qlobal miqyasda iqlim ədalətinin təmininə və ekoloji cinayətlərə qarşı birgə səylərin artırılmasına mühüm töhfə verdiyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri