Icma.az
close
up
RU
Azərbaycan ədaləti bərpa edir

Azərbaycan ədaləti bərpa edir

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Fevralın 5-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, həmçinin müharibə cinayətləri törətmiş Ermənistan vətəndaşlarının məhkəməsi keçiriləcək. Azərbaycan həm ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi, həm də insanlıq əleyhinə və müharibə cinayətlərini törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsi qarşısına çıxardı.

Reyting.az-ın məlumatına görə, hərbi ekspert Heydər Mirzə Publika.az-a deyib ki, Azərbaycanın insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsinə çıxarması böyük nailiyyətdir.

Onun sözlərinə görə, bu məsələnin daha yüksək, beynəlxalq hüququ təmsil edən institutlar səviyyəsinə çıxarılması müsbət nəticədir:

"Məsələnin bu müstəviyə çıxarılması böyük uğurdur. Bu, ilk növbədə mütəxəssislər üçün maraqlı olacaq və gələcəkdə aparılacaq tədqiqatlar, araşdırmalar üçün presedent rolunu oynayacaq. Bir tərəfdən cinayətlər Azərbaycanın suveren hüquqları çərçivəsində, ölkəmizin Cinayət-Prosessual Məcəlləsinə və milli qanunvericiliyinə uyğun olaraq qiymətləndirilir. Digər tərəfdən isə bu cinayətlər beynəlxalq ictimaiyyət səviyyəsində tanınır, beynəlxalq institutlar tərəfindən araşdırılır və məsul şəxslər beynəlxalq hüquq müstəvisində cavab verməli olurlar. Məsələn, Haaqa məhkəməsi və digər beynəlxalq mexanizmlər mövcuddur ki, bu tip hərbi cinayətlər üzrə artıq presedentlər formalaşıb".

Ekspert qeyd edib ki, burada ikinci mühüm məsələ haqq-ədalətin tam təmin olunmasıdır:

"Müasir dünyada beynəlxalq hüququn mövcudluğuna baxmayaraq, haqq-ədalət ilk növbədə güc və qüdrət hesabına təmin olunur. Bu prosesin arxasında Azərbaycan dövlətinin gücü, əsgərinin və zabitinin qəhrəmanlığı dayanır. Məhz onların torpaqları işğaldan azad etməsi nəticəsində dövlətimizin qüdrəti təmin olundu və cinayətkarlar məsuliyyətə cəlb edildi. Onların bir qismi artıq Bakıda məhkəmə qarşısına çıxarılıb və qanun qarşısında cavab verib.

Məsələnin beynəlxalq ictimaiyyət səviyyəsində müzakirə olunması haqq-ədalətin yekun və tam şəkildə təmin olunmasına xidmət edir. Eyni zamanda. bu, Azərbaycan xalqının yaddaşında ədalətin təmin olunması, cinayətkarların dünya ictimaiyyəti qarşısında ifşa edilməsi deməkdir. Çünki bu, təkcə bir millətə qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Ona görə də bütün dünya bu cinayəti bilməli və ona hüquqi-siyasi qiymət verməlidir".

Heydər Mirzə əlavə edib ki, Azərbaycan bundan sonra da, xüsusilə Xocalı soyqırımı və digər ağır cinayətlərin Avropa və dünya səviyyəli beynəlxalq hüquq institutları tərəfindən tanınması istiqamətində diplomatik səylərini davam etdirəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Fevral 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see355

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see306

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see292

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see284

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see276

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see275

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see270

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see265

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see240

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see234

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see225

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see220

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see220

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see218

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see214

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see213

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see207

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see207

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see206

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri