Icma.az
close
up
RU
Ötən il Bakıda, bu il Belemdə...

Ötən il Bakıda, bu il Belemdə...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

COP 29 və COP30 bir-birindən nə ilə fərqləndi?

Ötən ilin noyabr ayında BMT-nin ən böyük tədbirlərindən biri sayılan qlobal iqlim konfransı - COP29 Bakının ev sahibliyi ilə baş tutdu. Bu il isə qlobal iqlim konfransı COP30 Braziliyanın Belem şəhərində keçirilib.  İstər-istəməz müqayisə aparmaq lazım gəlir: Azərbaycanın və Braziliyanın ev sahibliyi ilə keçirilən COP29 və COP30 ayrı-ayrılıqda nə ilə yadda qalıb?

Azərbaycanın nümunəvi təşkilatçılığı

COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna çatıb. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüblər. Nəticədə isə ölkəmizin namizədliyi təsdiqlənib.

COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizə və onun Liderinə beynəlxalq səviyyədə bəslənilən böyük etimadın göstəricisidir. Respublikamız Prezident İlham Əliyevin qətiyyətli siyasi iadəsinə uyğun olaraq qlobal həmrəyliyin güclənməsini hədələyən ardıcıl siyasət həyata keçirir ki, bu da dünyada təqdirlə qarşılanır.

Respublikamızın COP29-a hazırlaşmaq üçün cəmi bir il vaxtı var idi. Məsuliyyətli dövlət olan Azərbaycan tədbirə yüksək səviyyədə hazırlıqlar gördü və uğurla keçən tədbir ölkəmizin liderlik keyfiyyətlərini bir daha dünyanın diqqətinə çatdırdı.  Tədbirdə iştirak etmək üçün 76 mindən çox iştirakçı qeydiyyatdan keçib, həmçinin 80 dövlət və hökumət başçısı Bakıya təşrif gətirib.  İştirakçıların böyük hissəsi, yəni 57 min 160 nəfər əcnəbilər olublar. COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti təşkil olunub.

Bakıda baş tutan iqlim konfransında bir sıra uğurlu nəticələr əldə olunub. Bu sırada aşağıdakıları xüsusi olaraq qeyd etmək mümkündür:

- Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Xatırladaq ki, bu göstərici əvvəllər 100 milyard dollar olub.

- 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq emissiyaların azaldılmasını tənzimləyə biləcək.

- 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.

- Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.

- COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddət idi ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.

Beləliklə, deyə bilərik ki, Azərbaycan COP29-un təcrübəsi və mirası ilə gələcək iqlim konfransları üçün nümunəvi presedent yaradıb. COP29-un  “Bakı sıçrayışı” adlandırılması burada bir çox hədəflərə çatılması ilə bağlıdır.

COP30-da yaşanan ciddi problemlər

Gözləmək olardı ki, Bakının ev sahibliyi etdiyi COP29-un təcrübəsi öyrəniləcək və Braziliyada daha yüksək səviyyəli tədbir keçiriləcək. Ancaq bu baş vermədi. COP30-un davam etdiyi müddətdə bir sıra problemlər yaşandı. Fərq ilk növbədə tədbirə daha az sayda yüksəksəviyyəli iştirakçıların qatılmasında idi. Bir sıra ölkələr COP30-u baykot etmişdi. Təşkilatçılıqla da bağlı hər şey yüksək səviyyədə deyildi. Xüsusilə də pərakəndəlik, kordinasiyanın zəif olması diqqət çəkməyə bilməzdi. Təşkilat komitələrin tez-tez dəyişməsi, Amazon siyasəti ilə bağlı daxili ziddiyyətlər, gündəliyin qeyri-müəyyənliyi, məruzələrin gecikməsi və bu kimi digər amillər tədbirin səmərəliliyinə ciddi kölgə salıb. İqlim maliyyələşməsi ilə bağlı konkret nəticəyə gəlinməməsi isə heç şübhəsiz ki, COP30-un ən pis irisi sayıla bilər.

COP30-un son günü də, yumşaq desək, başağrısı ilə yadda qalıb. Belə ki, baş verən yanğın ciddi narahatlıq yaradıb. Milli medianın məlumatına görə, yanğın sammitdə iştirak edən ölkələrin və beynəlxalq təşkilatların tribunalarının yerləşdiyi “Mavi Zona”da başlayıb və təcili qaydada təxliyyə tədbirləri görülüb.

MÜBARİZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri