Icma.az
close
up
RU
Prokurorluğun yaradılmasının 107 ci ildönümü münasibətilə tədbir keçirildi FOTOLAR

Prokurorluğun yaradılmasının 107 ci ildönümü münasibətilə tədbir keçirildi FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də Fəxri xiyabana gələrək, Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. 

"Unikal" xəbər verir ki, həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər. 

Daha sonra Baş Prokurorluğun inzibati binasında 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib. 

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib. 

Çıxış zamanı Baş prokuror Kamran Əliyev ölkəmizin ictimai-siyasi həyatında son dövrdə baş verən mühüm hadisələrdən bəhs edib. Qeyd olunub ki, dövlət başçısı cənab İlham Əliyevin ABŞ-yə tarixi səfəri çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin 2025-ci il avqustun 8-də Ağ Evdə paraflanması Azərbaycan Prezidentinin hərbi uğurlarından sonra növbəti siyasi nailiyyəti və qələbəsidir. Həmçinin 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində sərəncam imzalanması dövlətimizin başçısının diplomatik sahədə əsas uğurlarından biridir

Bundan başqa, vurğulandı ki, Prezident İlham Əliyevin cari il sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında açılan yeni mərhələni və bu mərhələnin regionda yaratdığı siyasi, iqtisadi və təhlükəsizlik reallıqlarını dünya ictimaiyyətinə çatdırdığı tarixi çıxışı, eləcə də ölkə başçısının regional və qlobal əhəmiyyətli təşəbbüsləri Azərbaycanın beynəlxalq nüfuzunun, suverenlik və ərazi bütövlüyünün tam bərqərar edilməsinin bariz göstəricisidir.

Baş prokuror bildirib ki, prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü Vətən müharibəsində möhtəşəm Zəfərimizin 5 illiyi ilə eyni dövrə təsadüf edir. Məhz Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, xalq-ordu birliyi nəticəsində dövlətimizin ərazi bütövlüyü bərpa edilib, işğaldan azad olunmuş torpaqlarda geniş bərpa-quruculuq işləri aparılır.

Kamran Əliyev 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi hadisə olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın dövlətimizin müstəqilliyinin, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməli olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, məhz bu hüquqi əsaslar üzərində prokurorluğun müasir statusu və səlahiyyətləri müəyyən edilib.

Çıxış zamanı ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təkcə Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə deyil, eyni zamanda regionların sosial-iqtisadi inkişafına verdiyi mühüm töhfələr xüsusi vurğulanıb.

Baş prokuror dövlətimizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslərin, təhsil, mədəniyyət və sosial sahələrdə gördüyü genişmiqyaslı işlərin ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynadığını xüsusi qeyd edərək bu sahədə əldə olunmuş nailiyyətlərdən danışıb, prokurorluq orqanlarının da dünya miqyasında nüfuzlu tərəfdaşlıqlarını daha da möhkəmləndirəcəyini diqqətə çatdırıb.

Baş prokuror prokurorluq orqanlarında son illərdə həyata keçirilmiş struktur dəyişiklikləri, şəffaf kadr siyasəti, maddi-texniki bazanın gücləndirilməsi, “Elektron Prokurorluq” İnformasiya Sisteminin tam şəkildə bütün prokurorluq orqanlarında tətbiqi, işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin bərpası istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, prokurorluq işçilərinin 93 faizdən çoxu məhz müsabiqə yolu ilə seçilmiş gənc, peşəkar kadrlardan ibarətdir.

Çıxışın sonunda əminliklə qeyd olunub ki, hər bir prokurorluq əməkdaşı bundan sonra da fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, ictimai-siyasi sabitliyin təmin edilməsinə və qanunçuluğun möhkəmləndirilməsinə həsr edəcək, dövlət başçısı tərəfindən göstərilən yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığını səfərbər edəcəkdir.

Daha sonra xidməti fəaliyyətlərində fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının təltif olunması, prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbə və kursantları arasında təşkil olunmuş interaktiv istintaq kvestinin, “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” mövzusunda keçirilmiş hüquq viktorinasının qaliblərinin, eləcə də prokurorluq əməkdaşları və veteranları arasında keçirilmiş şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir zamanı çıxış edən prokurorluğun veteranları Ələmdar Məmmədov və Mircavan Kazımov prokurorluq orqanlarının şərəfli inkişaf yolundan bəhs edərək, dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatların prokurorluq orqanlarının fəaliyyətinə də müsbət təsir göstərdiyini vurğulayıblar. Veteranlar, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, bu münasibəti prokurorluq ailəsinə verilən dəyərin bariz nümunəsi kimi qeyd edib, əməkdaşları peşə bayramı münasibətilə təbrik ediblər.

İştirakçılar Azərbaycanda prokurorluq orqanlarının yaranma tarixindən müasir dövrədək keçdiyi inkişaf mərhələlərini, ölkəmizdə qanunun aliliyinin təmin olunması və ədalətin bərqərar edilməsində oynadığı mühüm rolu əhatəli şəkildə əks etdirən, Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illiyinə həsr olunmuş videoçarxa baxıblar.

Tədbirin yekununda Baş Prokuror bir daha əməkdaşları təbrik edərək onlara peşəkar fəaliyyətlərində uğurlar arzu edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see239

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see237

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see225

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see183

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see172

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see159

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see155

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see148

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see142

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see139

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see139

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see134

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see124

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri