Prorektor: ICPC müsabiqəsin ölkəmizdə İT sənayesinin inkişafına ciddi töhfə verəcək
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycanın ali təhsil müəssisələri və İT sənayesi üçün mühüm hadisə olan ICPC - beynəlxalq müsabiqəsinin ölkəmizdə keçirilməsi bizim üçün böyük şərəfdir. Bu tədbir ölkəmiz üçün, xüsusilə İT sənayesinin və təhsilin inkişafına ciddi töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bunu millət vəkili, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “ICPC Dünya Finalı 2025”ə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
“Azərbaycanlı tələbələr müsabiqədə iştirak edir, yerli şirkətlər sponsorlarla və təşkilatçılarla əməkdaşlıq qururlar. Bu, gələcəkdə ölkəmizin İT sənayesinin sürətli inkişafına əlavə stimul verəcək. Bununla yanaşı, ABŞ, Avropa və Asiyanın aparıcı universitetlərinin tələbələri də Azərbaycana gələrək, ölkəmizlə tanış olur, mədəniyyətimizi və tariximizi öyrənirlər”, - deyə F.İsmayılzadə vurğulayıb.
Baxış sayı:89
Bu xəbər 04 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















