Icma.az
close
up
RU
Prosedur və bahalı kosmetika olmadan dərini necə yaxşılaşdırmaq olar? Kosmetoloqdan məsləhətlər

Prosedur və bahalı kosmetika olmadan dərini necə yaxşılaşdırmaq olar? Kosmetoloqdan məsləhətlər

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Müasir qadınlar bahalı salon prosedurlarına pul xərcləmədən dərilərinə qulluq etmək imkanına malikdirlər.

Oxu.Az-ın gazeta.ru-uya istinadla məlumatına görə, rusiyalı kimyaçı-kosmetoloq Natalya Tkaçenko bahalı salon kosmetikası olmadan dəriyə qulluğun bir neçə üsulu barədə danışıb.

O bildirib ki, dəriyə qulluğa maskalardan başlamaq olar.

"Əvvəllər belə bir fikir var idi ki, maskanı həftədə bir dəfə etmək olar, lakin müəyyən maskaları tərkibindən və təyinatından asılı olaraq hər gün istifadə etmək olar. Onların yalnız qısamüddətli effekt verdiyini söyləmək olar, lakin hər səhər, səhər qəhvəsi içərkən onları etsəniz, effekt qabarıq olacaq. Üzümüzə maska qoyanda artıq özümüzə gözəl, təravətli və hamar dəri təmin edirik. Buna görə də onları hər gün istifadə etmək olar, lakin hansı effekti əldə etmək istədiyimizdən asılı olaraq növbələşdirmək lazımdır", - deyə o izah edib.

Mütəxəssisin sözlərinə görə, kremli və parçalı olmaqla bir neçə maska növü var.

"Krem maskanın funksiyaları tərkibindəki komponentlərdən asılı olaraq müxtəlif ola bilər. Onun üstünlükləri ondan ibarətdir ki, o, piqmentasiya ilə mübarizə apara, qidalandıra, nəmləndirə və dərinin rəngini bərabərləşdirə bilər. Krem maska daimi istifadə zamanı tədricən baş verən daha uzunmüddətli effekt verir. Amma krem maskanı götürüb daha qalın təbəqə ilə qoysaq, o zaman effekt daha tez başlayacaq. Maska daha zəngin tekstur əldə edərək əla effekt verəcək".

Ekspert parça maskanın parça əsasının xüsusi losyon və ya serumla zənginləşdirilməsi hesabına daha intensiv təsirə malik olduğunu qeyd edib.

"İstənilən maskanın effektivliyi məhz onun tərkibi ilə müəyyən edilir. Parça və ya kremvari olmasından asılı olmayaraq, əsas olan tərkibindəki aktiv komponentlərdir. Əgər söhbət nəmləndirici maskadan gedirsə, onun tərkibinə hialuron turşusu, aminturşular, xitozan cövhəri, təbii nəmləndirici faktor, kollagen və elastin daxildir. Onlar həm kremli, həm də parça maskada ola bilər.

Bütün dəri tipləri üçün uyğun olan universal maska nəmləndirici maskadır. Təmizləyici maskanı qarışıq, yağlı və qara nöqtəli dəri üçün tövsiyə etmək olar. Yaşlanmaya qarşı effektli və liftinq maskalar var ki, onlar dərinizin daha cavan və dartılmış görünməsinə kömək edəcək", - deyə o qeyd edib.

Natalya Tkaçenko, həmçinin yüngül səthi pilinqlərdən istifadə barədə məlumat verib.

"Onların salon pilinqlərindən üstünlüyü ondadır ki, adaptasiya dövrü yoxdur, salon pilinqlərindən sonra tez-tez olduğu kimi dərinin soyulmasını gözləmək lazım deyil. Ev prosedurlarından dərhal sonra dəri hamar, nəmlənmiş, qulluq edilmiş görünəcək və işığı yaxşı əks etdirəcək. Nəticədə, üzünüz dincəlmiş və təravətli görünəcək. Onları ev şəraitində həftədə bir dəfə istifadə etmək olar".

Kosmetoloq ev qulluğu üçün üz masajlarını da tövsiyə edib.

"Yaxşı effekt əldə etmək üçün aktiv tərkibli keyfiyyətli kosmetik vasitə seçmək lazımdır. O zaman o, dəriyə qulluq edəcək və onu qidalandıracaq. Arzuolunandır ki, kosmetik vasitənin tərkibində skvalan, efir yağları və vitaminlər olsun, o zaman kosmetik məhsul sizin üçün təbii və effektiv olacaq", - deyə ekspert bildirib.

O, yekunda bildirib ki, tələblərə və ehtiyaclara cavab verəcək masajı seçmək çox vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Fevral 2025 06:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri