Icma.az
close
up
RU
Ayağına prosedur etdirdi, aylardır irin axır Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏT

Ayağına prosedur etdirdi, aylardır irin axır Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏT

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bakı şəhər sakini Zarina Minkovskaya "VMR Estetik" klinikasının kosmetoloqu Gülsüm Əliyevadan şikayətçidir.

BAKU.WS BakuPost.az-a istinadən xəbər verir ki, pasiyent kosmetoloqun həyata keçirdiyi prosedurdan sonra sağlamlığında ciddi problemlər yarandığını bildirib.

Z.Minkovskayanın sözlərinə görə, 5-6 il əvvəl o, "Instagram"da Gülsüm Əliyevanın və onun çalışdığı klinikanın reklamını görüb:

"Mənə burada 1000 manat məbləğində prosedur olundu. 2024-cü ildə yenidən Gülsüm Əliyevaya ayaqlarıma prosedur etdirdim. Bu dəfə 1300 manat xərcim çıxdı.

İkinci prosedur zamanı dedi ki, biz artıq gellə işləmirik, piylə işləyirik, qarın nahiyəsindən götürüb köçürürük. Mən soruşdum ki, bu reaksiya verməz? Axı siz, əvvəl geldən istifadə etmisiniz? Dedi ki, heç bir problem olmayacaq, çünki artıq ayaqlarında gel qalmayıb. Mən də ona inandım. Gəldim və proseduru icra etdi. Qeyd edim ki, onlar pulu kassa vasitəsilə deyil, kartdan-karta aldılar. Bu təqribən 2024-cü il martın sonlarında, təkrar korreksiya isə səhv etmirəmsə, mayda oldu".

Şikayətçi deyir ki, təkrar korreksiyadan sonra ağrıları başlayıb:

"Mən bu barədə Gülsüm Əliyevaya dedim. O bildirdi ki, bu normal haldır, keçib gedəcək. Ancaq mənim vəziyyətim pisləşdi, ağrılarım daha da artdı. Prosedur olunan və iltihab prosesi başlayan nahiyədə temperatur artdı. Yenə onunla görüşdük. Dedi ki, mən xaricə gedirəm. O, vaxtaşırı Türkiyəyə işləməyə gedirdi. Mənə 5 günlük sistem və antibiotiklər təyin etdi.

Müalicənin birinci günü antibiotiki qəbul edəndən sonra ayağım şişdi. Hətta ayağa qalxa bilmirdim. Gülsüm Əliyeva artıq Türkiyədə idi, mən ona zəng etdim ki, yerimdən qalxa bilmirəm, ayağım tamam şişib. O dedi ki, qorxma, antibiotikləri qəbul et, sistemi köçür, keçəcək. Yenə antibiotik qəbul etdim və səhəri bir az yüngülləşdim. Gəzirdim, amma axsayırdım. 5 gün həmin müalicəni etdim. İyunun 27-də mən onun yanına getdim, skalpellə ayağımı deşdi. Yaradan xeyli irin axdı. Kosmetoloq yaranı yudu və dedi ki, söz verirəm, 10 günə keçəcək. Amma üstündən 3-4 ay keçdi, xeyri olmadı. Hər dəfə söz verirdi ki, keçəcək, olmurdu".

Z.Minkovskaya deyir ki, nəyinsə yolunda getmədiyini başa düşüb:

"Ona görə də, başqa klinikaya gedib USM etdirdim. Orada həkimlər öz aralarında danışanda, eşitdim ki, maye böyük venaya keçib və yuxarı qalxıb. Dedilər ki, hər iki ayağımdan geli təcili təmizləmək lazımdır. Çünki artıq sağ ayağımda da, sol ayağımda olduğu kimi, iltihab başlayacaq. Elə də oldu, 8 aydan sonra - yanvarda sağ ayağımda da iltihab başladı. Mən zəng edib Gülsüm Əliyevaya ikinci ayağımda da iltihab yarandığını dedim. Bildirdim ki, həkimlər deyir, oradan geli çıxarmaq lazımdır. Dedi ki, yox, lazım deyil, keçəcək. Ona ayağımda yaranan qırmızı ləkənin fotosunu göndərdim. Dedi ki, bu, yəqin allergiyadır, 3-4 günlük antibiotik yazıram, tezliklə keçəcək.

Şikayətçinin sözlərinə görə, onun ayağındakı yara nəinki sağalmayıb, əksinə əvvəlki yara da açılmağa başlayıb:

"Ona görə də, digər klinikada mənə 9 dəfə drenaj qoydular və oradan gel axdı. Peşəkar həkimin yanında 1 aylıq müalicədən sonra sağ ayağım bərpa olundu. Bütün bunlara görə mən iki ay yataq rejimində oldum, işimi itirdim, mənə xeyli maddi və mənəvi ziyan dəydi. Aylarla davam edən müalicə xərclərini özüm ödəmişəm və ödəməyə davam edirəm.

Bütün bunlar azmış kimi, bu barədə sosial şəbəkədə yazandan sonra Gülsüm Əliyevanın direktoru olduğu "VMR Estetik" klinikası məndən polisə şikayət edib. Vəkilimlə birlikdə bu gün polisə gedəcəyəm. O, bir dəfə mənim yaramı yuyanda dəhşətli dərəcədə ağrıdırdı, ağlayır, qışqırırdım. Dedi ki, sən mənim pasiyentlərimi qorxudursan, belə etsən, daha sənə baxmayacağam. Pasiyentlərlə düzgün davranmır. Onun prosedurlarından zərər çəkən digər pasiyentlər də var. Mən dəyən maddi və mənəvi ziyanın qarşılanmasını tələb edirəm".

Z.Minkovskaya onu da bildirib ki, məsələ ilə bağlı yanvar ayında Nərimanov Rayon Prokurorluğuna şikayət edib:

"Ancaq onlar günahlarını etiraf etmirlər. Ona görə də, iş davam edir, hələlik yekun cavab yoxdur".

Məsələ ilə bağlı suallara Gülsüm Əliyevanın əvəzinə özünü klinikanın hüquqşünası kimi təqdim edən Seyid Həsənov cavab verdi.

O bildirdi ki, Zarina Minkovskayanın açıqlamalarının çoxu həqiqətə uyğun deyil:

"Gülsüm Əliyeva kosmetoloqdur, o, pasiyent üzərində heç bir cərrahi əməliyyat aparmayıb, prosedur edib. Biz bütün açıqlama, videogörüntülərlə bağlı aidiyyəti orqanlara müraciət etmişik. O xanımı öyrədiblər, məsələləri təhrif edir. Səhiyyədə istənilən xidmətdə əks təsirlər ola bilər. Bu məsələdən ajiotaj yaratmaq lazım deyil. Xanıma yetərincə tibbi yardım göstərilib. O, həkimdən 15-25 min tələb etmişdi. Canlı yayımda isə 1500-ə düşdü. Pasiyentin ödəniş xərcləri Gülsüm Əliyeva tərəfindən qarşılanıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yekun qərar çıxanda, təqdim edəcəyik".

Məlumat üçün bildirək ki, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova özünün və uşaqlarının həyatına ciddi təhlükə yarandığını bildirib. Jurnalistin sözlərinə görə, o, diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən "VMR Estetik" klinikasının kosmetoloqu Gülsüm Əliyevanın qanunsuz fəaliyyəti, Gəncədə Gülbəniz Bayramova adlı gənc bir qıza cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olması məsələsini gündəmə gətirib. Q.Ataşova bildirib ki, bundan sonra Gülsüm Əliyevanın həyat yoldaşı Vüsal Həsənov onu təhqir edib, atası Eldəniz həm özünü, həm də övladlarını ölümlə hədələyib.

Qeyd edək ki, jurnalist məsələ ilə bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 Aprel 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see180

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see123

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see123

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see119

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see116

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see114

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see112

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see112

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see112

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see112

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see111

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var VİDEO

07 İyun 2025 00:41see111

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see111

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see110

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri