Icma.az
close
up
RU
Proseslər dövlətimizin diqqət mərkəzindədir

Proseslər dövlətimizin diqqət mərkəzindədir

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan tərəfləri təmkinli olmağa və danışıqlar masasına qayıtmağa çağırıb

Yaxın Şərq regionunda, xüsusilə İranda baş verən hadisələr Azərbaycanın diqqət mərkəzindədir. Regional hərbi eskalasiya ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, bölgədə və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur.  “Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”, - deyə bəyanatda vurğulanıb.

Azərbaycan vətəndaşları təxliyə olunur

Qeyd edək ki, yaranmış gərginlik fonunda XİN fevralın 28-də İsraildə və İranda olan  Azərbaycan vətəndaşlarına müraciət etmişdi. Belə ki, İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşları İsrailə səfərdən çəkinməyə çağırılıb. Bildirilib ki, hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunub.

Eləcə də, İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırılıb. Vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur. Həmin gündən etibarən İrandan vətəndaşlarımızın təxliyəsinə başlanılıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov regionda vəziyyətlə bağlı bir sıra ölkələrin XİN rəhbərləri ilə telefonla danışıb. C.Bayramovun İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon söhbətində İranda hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub. İranın xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib. C.Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığını çatdırıb.

Ceyhun Bayramov həmkarları ilə danışıb

Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub. Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında da telefon danışığı aparılıb. Söhbət zamanı Yaxın Şərqdə son günlər müşahidə olunan hərbi toqquşmalar və təhlükəsizlik mühitindəki gərginlik əsas müzakirə mövzusu olub. Tərəflər yaranmış vəziyyət ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. Mövcud hərbi eskalasiyanın regional sabitlik üçün yaratdığı risklər xüsusi qeyd edilərək, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin, münaqişənin dialoq və siyasi vasitələrlə həllinin zəruri olduğu vurğulanıb. Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin prioritet məsələ olduğu bildirilib.

Azərbaycanın XİN başçısı ilə İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynin telefon danışığı zamanı da  Yaxın Şərqdə müşahidə olunan hərbi eskalasiya və gərgin təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb. Bütün tərəflərin təmkin nümayiş etdirməsinin, gərginliyi artıracaq addımlardan çəkinilməsinin və mövcud mübahisələrin həlli üçün diplomatik kanallara üstünlük verilməsinin zəruri olduğu vurğulanıb. Nazirlər beynəlxalq ictimaiyyətin koordinasiyalı səylərinin önəmini qeyd edib, mülki əhalinin və infrastrukturun qorunmasının prioritet məsələ olduğunu vurğulayıblar.

C.Bayramovun, həmçinin Oman Sultanlığının xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi ilə də telefon söhbəti olub. Telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb. Nazirlər bölgədəki son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar. Deskalasiyanın zəruri olduğu və danışıqlar prosesinin bərpa edilməsi istiqamətində diplomatik səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycanın XİN başçısının ispaniyalı, özbəkistanlı və qazaxıstanlı həmkarları ilə telefon danışığında da regiondakı vəziyyət müzakirə olunub.

Kanada və Rusiya Azərbaycana təşəkkür edib

Ceyhun Bayramovla Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığında isə bölgəmizdə müşahidə olunan hərbi eskalasiya və artan təhlükəsizlik riskləri ilə bağlı dərin narahatlıq ifadə olunub. Mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.

Nazir Anita Anand keçən ilin iyun ayında hərbi eskalasiya zamanı İranda olan Kanada vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Həmin dövrdə göstərilmiş operativ və humanitar dəstəyin yüksək qiymətləndirildiyi bildirilib. Mövcud təhlükəsizlik şəraiti nəzərə alınaraq, zərurət yarandığı təqdirdə Kanada vətəndaşlarının İrandan təxliyəsi məqsədilə Azərbaycan sərhədindən istifadəsi ilə bağlı mümkün perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiyanın Bakıdakı səfirliyi də İrandan Rusiya vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkürünü bildirib. Bu barədə diplomatik missiyanın “Telegram” kanalı məlumat yayıb. “Rusiya səfirliyi Astara keçid məntəqəsindən İranı tərk edən Rusiya vətəndaşlarına kömək göstərir. Sərhəd keçid icazələrinin tez bir zamanda işlənməsi də daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istərdik”, - deyə məlumatda vurğulanıb. Diplomatik missiya, həmçinin qeyd edib ki, hazırda Azərbaycandan gedənlərin siyahısında təxminən 500 rusiyalı var. Bununla yanaşı, mülki əhalinin və infrastrukturun mühafizəsinin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, ötən gün də Astara keçid məntəqəsi vasitəsilə İrandan Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edib. Onların arasında Çin, Fransa, Taciksitan və s. ölkənin vətəndaşları var.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Mart 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri