Icma.az
close
up
RU
“PROSESLƏR SON “DÖYÜŞ” MƏRHƏLƏSİNƏ YAXINLAŞIR...” “Cənubi Qafqazda yeni parametrlər formalaşır”

“PROSESLƏR SON “DÖYÜŞ” MƏRHƏLƏSİNƏ YAXINLAŞIR...” “Cənubi Qafqazda yeni parametrlər formalaşır”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Politoloq Fərhad Məmmədov Cənubi Qafqaz regionunda baş verən son geosiyasi prosesləri şərh edərək bildirib ki, artıq bölgədə 30 il sabit qalmış bir çox “konstant” dəyişməkdədir.

Onun sözlərinə görə, 44 günlük müharibə nəticəsində əldə olunmuş dörd əsas nəticədən biri – Azərbaycanın ərazi bütövlüyünün bərpası tam şəkildə həyata keçirilib, digərlərinin isə reallaşma prosesi davam edir.

“Müharibədən sonrakı üç il ərzində bəzi dövlətlər bu nəticəni dəyişməyə çalışdılar. Lakin 2023-cü ildən sonra adaptasiya mərhələsi başlayıb. ATƏT-in Minsk Qrupunun buraxılması və bu qərarın Rusiya, ABŞ, Fransa da daxil olmaqla bütün üzvlər tərəfindən dəstəklənməsi göstərdi ki, bu məsələ onlar üçün bağlanıb,” – deyə F. Məmmədov vurğulayıb.

Politoloq əlavə edib ki, İran Prezidenti də Qarabağa səfər etməklə bu məsələyə nöqtə qoydu. Onun fikrincə, bu mövzunu gündəmdə saxlamağa çalışan qruplar olsa da, onlar marjinal xarakter daşıyır.

“Rusiyanın özü artıq Qarabağdan köçmüş erməniləri Azərbaycana qarşı deyil, Ukrayna müharibəsində iştirak üçün cəlb edir. Yəni, ən fəal erməni kontingenti indi faktiki olaraq ölümə göndərilir,” – deyə F. Məmmədov qeyd edib.

Ekspert bildirib ki, Bakı və İrəvan arasında sülh prosesi konkret mərhələyə daxil olub və beynəlxalq aktorlar bu məsələdə həmfikirdirlər: “ABŞ və Aİ bu sülhə dəstək verməyə, hətta investisiya qoymağa hazırdır. Türkiyə və Gürcüstan da prosesi səmimi şəkildə dəstəkləyir. Rusiya və İran isə resurs çatışmazlığı səbəbindən təzyiqlərlə təsir göstərməyə çalışırlar. Məsələn, Lavrovun Vaşinqton razılaşmalarının necə icra olunacağına dair açıqlamaları buna nümunədir”. 

Onun sözlərinə görə, Rusiya hələ də daxili siyasət, diaspor və iqtisadi alətlərlə təzyiq göstərməyə çalışır, İran isə artıq Ermənistanla hərbi ittifaq ideyasından imtina edərək Paşinyan hökuməti ilə strateji tərəfdaşlıq qurmaq istəyir.

F. Məmmədov qeyd edib ki, Ankara ilə İrəvan arasında normallaşma prosesi tam şəkildə Bakı ilə koordinasiya olunur və bu məsələ də yetişmək üzrədir: “ABŞ və Aİ uzun müddətdir bu prosesi dəstəkləyir. Rusiya və İran isə bu normallaşmadan narahatdır, çünki Türkiyənin Ermənistanda iştirakı onların bölgədəki təsirini azalda bilər. Onlar bu prosesə müqavimət göstərməyə çalışsalar da, getdikcə daha az nəticə əldə edirlər”. 

Politoloq bildirib ki, Zəngəzur dəhlizi ətrafında proseslər son “döyüş” mərhələsinə yaxınlaşır. Azərbaycan və Ermənistanın bu məsələyə hazır olduğu, Aİ-nin maliyyə, ABŞ-ın isə yerində iştirak baxımından maraqlı olduğu qeyd olunub.

“Avropa İttifaqının xüsusi nümayəndəsi Qrano artıq Bakı, Naxçıvan və Ermənistana səfərlər edib. Ermənistan isə bu layihəni İran, Fransa və Rusiya ilə koordinasiya etməyə çalışır,” – deyə Məmmədov bildirib.

Sonda o vurğulayıb ki, bölgə ölkələri artıq müharibənin nəticələrini reallaşdırmağa başlayıblar və bu, yeni regional parametrlərin formalaşmasına xidmət edir.

“Yalnız Azərbaycan və Ermənistanın qərar verməsi ilə xarici aktorları fakt qarşısında qoymaq və yeni reallığa uyğunlaşmanı sürətləndirmək mümkündür. Proses zamanı çətinliklər olacaq, lakin bu, artıq qarşısıalınmaz bir istiqamətdir,” – deyə politoloq qeyd edib.

Rasim Əliyev
“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Sentyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri