Icma.az
close
up
RU
Proseslər Ukraynanın xeyrinə dəyişir

Proseslər Ukraynanın xeyrinə dəyişir

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Hesab edirəm ki, Tramp ilə Putinin telefon müzakirəsindən əvvəl Rusiya ciddi səhvə yol verdi. Trampın Ukrayna prezidenti Zelenskiyə hücumu, zahirən Kiyevi təslimçi mövqeyə gətirməsi ilə bağlı görüntülər rusların “iştahını” artırdı. Ona görə də, Moskvada elə düşünürlər ki, daha çox divident əldə etmək üçün bir qədər özlərini naza qoymalıdırlar. Açığı, bununla bağlı prezident Putinin də çıxışı var. Deyir ki, Rusiya atəşkəsin əleyhinə deyil, amma bəzi nüanslar var və onlar aydınlaşdırılmalıdır”.

Bunu “Reytinq” qəzetinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu gözlənilən Putin-Tramp müzakirələrini şərh edərkən söyləyib.
S. Cəlaloğlu deyib ki, “Putinin dediyi amillər” elə məsələləri nəzərdə tutur ki, ona nə ABŞ, nə Avropa, nə də Ukrayna razı ola bilər:
“Hazırda bu proseslər fonunda Ukraynaya güclü dəstək verilir. Kiyev öz hərbi sənaye kompleksini milli müstəviyə çıxarıb. Bu günlərdə min kilometr məsafədə hədəfi dəqiq vuran raketlər sınaqdan keçirilib. Eyni zamanda üç min kilometr qət edəcək yeni dronlar haqqında danışılır. Bu onu deməyə əsas verir ki, ABŞ-nın dəstəyi olmadan Ukrayna Rusiyanın dərinliklərinə hücum edə biləcək”.
ADP sədrinin sözlərinə görə, Fransa Ukrayna da daxil olmaqla Avropanı nüvə çətiri altına almağa dair təkliflər irəli sürüb. S. Cəlaloğlu qeyd edib ki, Avropanın 30-a yaxın ölkəsinin yüksək çinli hərbçisi toplaşaraq qitənin mümkün müdafiəsi, eləcə də Ukraynaya dəstəklə bağlı məsələləri müzakirə ediblər. Müsahibimizin fikrincə, indi bütün məsələlər Ukraynanın xeyrinə, Rusiyanın əleyhinədir: “Hesab edirəm ki, Tramp-Putin telefon danışıqları zamanı Rusiya tərəfi daha çox təzyiqlərə məruz qalacaq. O cümlədən prezident Tramp daha ciddi şərtlərlə Rusiya rəhbəri ilə danışacaq. Düşünürəm ki, bu baxımdan Tramp ilə Putin arasında gözlənilən telefon danışığı maraqlı olacaq”, - deyə Cəlaloğlu əlavə edib.
Y. QACAR
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Mart 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see275

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see267

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see247

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see238

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see224

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see221

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see220

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see218

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see216

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see216

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see208

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see206

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see200

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see200

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see198

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see193

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see190

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see187

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see185

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri