Prostat xərçənginə qarşı yeni ümid: Təsirli anticisim hazırlandı
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ alimləri aqressiv prostat xərçənginə qarşı perspektivli nəticələr göstərən yeni tam insan mənşəli anticisim hazırlayıblar.
Lent.az-ın məlumatına görə tədqiqat zamanı müəyyən edilib ki, bu anticisim xərçəng hüceyrələrinin böyüməsini ləngidir, onların digər orqanlara yayılmasının qarşısını alır və şişin inkişafında mühüm rol oynayan bioloji mexanizmləri bloklayır.
Mütəxəssislərin sözlərinə görə, yeni preparat laboratoriya və heyvanlar üzərində aparılan sınaqlarda ümidverici nəticələr göstərib. Alimlər hesab edirlər ki, anticisim gələcəkdə aqressiv prostat xərçənginin müalicəsində istifadə olunan mövcud üsulları daha effektiv edə və xəstələrin sağ qalma göstəricilərini artırmağa kömək edə bilər.
Hazırda preparatın insanlar üzərində klinik sınaqlarına hazırlıq görülür. Tədqiqatçılar bildirirlər ki, sınaqlar uğurlu olarsa, yeni anticisim prostat xərçənginin müalicəsində mühüm yeniliklərdən birinə çevrilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 22 İyul 2026 05:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















