Icma.az
close
up
RU
Prostat vəzinin xərçəngi

Prostat vəzinin xərçəngi

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prostat vəzinin xərçəngi – bədxassəli şişdir. Dünyada prostat vəzinin xərçəngi ilə xəstələnmə halları xüsusən yaşlı kişilər arasında ilbəil artmaqda davam edir.

Hazırkı dövrə qədər, xəstəliyin əmələgəlmə səbəbləri, hələ də dəqiq şəkildə müəyyən edilməmişdir.

Həkimlər xəstəliyin əmələ gəlməsində bir sıra əsas risk (təhlükə) faktorlarının olduğunu qeyd edirlər:

- yaş faktoru; ən əsas faktor hesab edilir; kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər də artmış olur;

- kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri;

- piylənmə;

- irsiyyət;

- zərərli istehsal sahələrində işləmək;

- zərərli adətlərin olması (siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s.)

Digər, əksər xərçəng şişləri kimi, prostat vəzinin xərçəngi də xəstəliyin ilkin dövrlərində özünü heç bir əlamətlə büruzə vermir. Müəyyən müddətdən sonra şiş ölçülərinin getdikcə artması səbəbindən sidik kanalının sıxılması baş verir. Bu isə öz növbəsində sidik ifrazının çətinləşməsinə, sidiyin sidik kisəsində ləngiməsinə, sidikdə qan qarışığının olmasına səbəb olur. Bəzi hallarda sidiyi saxlaya bilməmək kimi əlamət də yarana bilir. Bu zaman gün ərzində olan sidik ifrazı 15-20 dəfəyə çatır (normada gün ərzində 4-5 dəfə və gecə 1 dəfə), onlar güclü sidiyə çağırış hissiyyatı və ağrı ilə müşayiət olunurlar. Şiş toxum kisəciklərinə sirayət etmiş (yayılmış) olarsa, potensiya qabiliyyətində müəyyən problemlər də baş verə bilər. Şiş daha böyük ölçülərə çatmış olduqda, xəstələrdə qəbizlik, defekasiyanın (nəcis ifrazı) ağrılı olması, nəcisdə qan olması kimi əlamətlər də yarana bilər. Prostat vəzinin xərçəngi sonrakı dövrlərində limfatik düyünlərə, sümüklərə, ağ ciyərlərə, qara ciyərə də metastaz verə bilər.

Müayinə zamanı həkim uroloq-androloq prostat vəzinin bərkliyini aşkar etmək üçün düz bağırsaqdan olmaqla barmaqla onun müayinəsini aparır. Bu zaman bərklik müəyyən edilmiş olarsa, xüsusi rektal ultrasəs müayinəsi (USM) və qanda prostat-spesifik antigenin (PSA) müəyyən edilməsi təyin edilir. PSA yalnız prostat vəzi xərçənginin spesifik göstəricisi deyil. Belə ki, qanda onun səviyyəsinin artması prostat vəzinin müxtəlif iltihabi proseslərində, prostat vəzinin adenoması zamanı, cinsi əlaqədən sonra və orqanizmə olan müxtəlif müdaxilələr zamanı da artmış ola bilər. Ancaq əksər hallarda qanda PSA-nin səviyyəsinin yüksəlməsi, prostat vəzidə xərçəng xəstəliyinin olmasına şübhə yaradan yeganə əlamət olur.

Bundan sonra prostat vəzinin biopsiyası aparılır. Bu isə prostat vəzi xərçəngi diaqnozunu təstiq etmək üçün əsas üsul hesab edilir. Prostat vəzinin biopsiyası əksər hallarda USM nəzarəti altında aparılır. Bu zaman xüsusi alətin köməkliyi ilə düz bağırsaqdan olmaqla, hüceyrə quruluşunun müayinəsi üçün prostat vəzinin müxtəlif sahələrindən bir neçə mikroskopik (çox kiçik) tikə vəzi toxuması götürülür.

Xərçəng diaqnozu təsdiq edildiyi halda çanaq üzvlərinin KT (kompüter tomoqrafiyası), MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsi və həmçinin sümüklərdə metastazların olmasını istisna etmək üçün xüsusi müayinə keçirilir.

Prostat vəzi xərçənginin müalicə üsulunu seçərkən həkim xəstəliyin inkişaf mərhələsini, kişinin yaşını, fəsadların baş vermə təhlükəsini və s. bu kimi xüsusiyyətləri nəzərə alır.

Prostat vəzi xərçənginin əsas müalicə üsulları aşağıdakılardır:

1. Gözləmə taktikası. Bu üsul ağır yanaşı xəstəlikləri olan yaşlı kişilərdə tətbiq edilir. Bu zaman xəstəyə heç bir müalicə yazılmır. O ancaq daimi həkim nəzarətində olur. Mütəmadi olaraq qanda prostat spesifik antigenin (PSA) səviyyəsi təyin edilir və prostat vəzinin USM-i aparılır;

2. Cərrahi müalicə - prostat vəzinin xaric edilməsi – prostat vəzi xərçənginin əsas müalicə üsuludur. Hazırkı dövrdə kişinin həm cinsi funksiyasını və həm də sidiyi normal saxlamaq xüsusiyyətini qoruyan cərrahi əməliyyatın texniki cəhətdən icra edilməsi üsulu işlənilib hazırlanmışdır;

3. Şüa ilə müalicə - radiasiyadan istifadə etməklə bədxassəli şişin dağıdılması. Bu zaman şüalanmaya məruz qalan hüceyrələrin DNK quruluşu pozulduğu üçün onlar çoxalma xüsusiyyətlərini itirmiş olur, qocalaraq məhv olurlar;

4. Krioterapiya – bədxassəli şiş toxuması hüceyrələrinin aşağı temperaturun təsiri ilə məhv edilməsi;

5. Hormonal terapiya – bu zaman kişi cinsi hormonlarının təsirini təcrid edən dərman preparatlarından istifadə edilir. Hormonal terapiyadan, digər üsullardan heç birinin tətbiq edilməsi mümkün olmadıqda istifadə edilir.

Prostat vəzi hüceyrələrinin xərçəng hüceyrələrinə keçməsinə səbəb olan faktorlar xeyli çox olduğundan, praktiki olaraq heç bir kişini risk (təhlükə) qrupundan kənarda qoymağa imkan vermir! Ona görə də, hər bir kişi ildə 2 dəfədən az olmayaraq uroloq-androloq tərəfindən profilaktik müayinədən keçməlidir!

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Noyabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri