Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Prostat xərçənginə həsr olunmuş elmi simpozium

Prostat xərçənginə həsr olunmuş elmi simpozium

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsinin (HTBİ) Elmi Təcrübə Mərkəzində “Prostat Xərçənginin Diaqnostikasında MR-Fusion Prostat Biopsiyası” texnologiyasının tətbiqinin müasir aspektlərinə həsr olunmuş elmi simpozium keçirilib.

Mərasim Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Hərbi Tibb Baş İdarəsi ilə Azərbaycan Tibb Universiteti arasında imzalanmış memorandum əsasında təşkil olunub.

Simpoziuma DTX HTBİ Elmi Təcrübə Mərkəzinin rəisi, Azərbaycan Respublikası Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan və Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, “Radiologiya” kafedrasının müdiri, professor, tibb elmləri doktoru Məlahət Sultan həmsədrlik ediblər.

Simpoziumda ölkəmizdə ilk dəfə məhz DTX HTBİ-də tətbiq olunan MR-Fusion texnologiyasının prostat xəstəliklərinin diaqnostikasındakı rolundan bəhs olunub. Çıxışlarda metodun klinik təcrübəyə gətirdiyi üstünlüklər, ilk nəticələr və gələcək inkişaf istiqamətləri müzakirə edilib.

Mərasimdə tibb elməri doktoru Rəşad Şolanın, professor Səbinə Şadlinskayanın, dosent Mətanət Pənahovanın, tibb üzrə fəlsəfə doktorları İldırım Babayev və Mahmud Bağırzadənin, eləcə də Dr. Seymur Kərimovun məruzələri böyük maraqla qarşılanıb.

Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri professor Rauf Nağıyev, professorlar İlham Əhmədov, Akif Bağırov, dosent Elçin Əfəndiyev və Milli Onkologiya Mərkəzinin direktor müavini, tibb elmləri doktoru Fuad Quliyev məruzələr ətrafında maraqlı diskussiyalar aparıblar.

MR-Fusion biopsiyası nə üçün önəmlidir?

Prostat xərçəngi dünyada kişilər arasında ən geniş yayılmış onkoloji xəstəliklərdən biridir. Xəstəliyin erkən və dəqiq aşkarlanması müalicə taktikasına və yekun nəticəyə birbaşa təsir göstərir.

Ənənəvi sistemli biopsiya zamanı toxuma nümunələri prostatın müxtəlif nahiyələrindən təxmini qaydada götürülür. Bu yanaşma klinik əhəmiyyətli şişlərin bir hissəsini nəzərdən qaçıra, eyni zamanda təhlükə daşımayan ocaqların artıq aşkarlanmasına səbəb ola bilir.

MR-Fusion biopsiyası multiparametrik maqnit-rezonans tomoqrafiya (mpMRT) təsvirlərini real vaxt rejimində aparılan ultrasəs təsviri ilə birləşdirir. Şübhəli ocaqlar əvvəlcədən MRT vasitəsilə müəyyən edilir, PI-RADS şkalası üzrə qiymətləndirilir və biopsiya zamanı dəqiq hədəflənərək nümunə götürülür.

Bu metod klinik əhəmiyyətli prostat xərçənginin aşkarlanma dərəcəsini artırır, müalicə tələb etməyən az təhlükəli şişlərin lazımsız aşkarlanmasını azaldır, daha az sayda nümunə ilə daha dəqiq nəticə əldə etməyə imkan verir və aktiv müşahidəyə uyğun xəstələrin seçilməsini asanlaşdırır. Beləliklə, xəstə üçün həm diaqnostik dəqiqlik artır, həm də əlavə müdaxilə riski azalır.

Simpozium ölkəmizdə prostat xərçənginin diaqnostikasında müasir texnologiyaların tətbiqi və mütəxəssislər arasında təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyıb. Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi ilə Azərbaycan Tibb Universiteti arasındakı elmi əməkdaşlığın bu istiqamətdə davam etdirilməsi nəzərdə tutulur.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri