Icma.az
close
up
RU
Psixoloji baxımdan uşaqların neçə yaşında məktəbə getməsi daha düzgündür

Psixoloji baxımdan uşaqların neçə yaşında məktəbə getməsi daha düzgündür

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu suala qəti, birmənalı şəkildə cavab vermək olmaz. Çünki bu, uşağın sağlamlıq vəziyyətindən, psixi inkişaf səviyyəsindən, ünsiyyət vərdişlərindən asılıdır. Fiziki cəhətdən zəif, müxtəlif somatik problemləri olan, tez-tez xəstələnən, yorulan uşaqların 7 yaşından tez məktəbə getməsi məqsədəuyğun deyildir. Əlavə əldə edilən bir ildə valideynlər bütün diqqətini uşağın sağlamlığının möhkəmləndirilməsinə, ehtiyac olarsa, loqopedə, psixoloqa müraciət etməklə nitqinin inkişafına, onun psixoloji cəhətdən məktəbə hazırlığına yönəltməlidirlər”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Günəş Əfəndiyeva bildirib.

Onun sözlərinə görə, hazırda respublikada məktəbə hazırlıq üzrə ixtisaslaşmış müxtəlif dərnəklər, klublar fəaliyyət göstərir ki, həftədə bir neçə dəfə uşaqların burada iştirakı gələcəkdə onların məktəbə adaptasiyasında çox faydalı ola bilər. Bəzən belə fikirlərə rast gəlinir ki, uşaqların məktəbəqədər hazırlığının aparılmasına, ona həftənin, rəqəmlərin və s. öyrədilməsinə ehtiyac yoxdur. Onsuz da, uşaq bütün bunları məktəbdə öyrənəcək və onun erkən belə şeylərə öyrədilməsi gələcəkdə dəsrə marağının zəifləməsinə, “uşaqlığının əlindən alınmasına” gətirib çıxaracaq. Lakin qeyd etməliyəm ki, hazırda mövcud ibtidai təhsil proqramı uşaqların minimum səviyyədə də olsa müəyyən biliklərə malik olmasını tələb edir. Hətta bəzi məktəb-liseylərdə tədris proqramlarının xüsusiyyətlərini nəzərə alaraq, uşaqları xüsusi testlərdən keçirərək qəbul edirlər. “Buna görə də, istənilən halda, uşaqların məktəbə hazırlığı məsələləsinə diqqət yetirilməsi zəruridir. Lakin uşağa hansısa biliklər aşılanarkən onun yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Belə ki, məktəbəqədər yaşlı uşaqlara istənilən biliklərin aşılanması əsasən oyun formasında həyata keçirilməli və hər dəfə 10-15 dəqiqədən artıq davam etməməlidir. 6 yaşından məktəbə gedən uşaqların məktəbəqədər hazırlıq proqramlarını keçməsi zəruridir. Yəni burada söhbət yalnız təlim proqramlarından deyil, eyni zamanda sosial-psixoloji hazırlıq məsələlərindən də gedir”, - deyə psixoloq sözlərinə əlavə edib. Psixoloqun həmçinin bildirdiyinə görə, uşaqların uşaq bağçaları, məktəbəqədər təhsil müəssisələrinə getməsi çox əhəmiyyətlidir. Burada uşaq həm kollektivdə fəaliyyət göstərməyi öyrənir, həm də sosial rolların, cəmiyyətdə mövcud qayda-qanunların mənimsənilməsi baxımından da ilkin biliklərini, vərdişlərini mənimsəyir. “Müşahidələr göstərir ki, uşaq bağçalarından məktəbə gələn uşaqlar, evdə ana, nənə, dayə tərbiyəsindən məktəbə qədəm qoyan uşaqlara nisbətən məktəb mühitinə, qayda-qanunlarına və kollektivə daha yaxşı adaptasiya olunurlar. Valideynlərə tövsiyə olunur ki, uşağın hansı yaşdan məktəbə getməsi ilə bağlı psixoloqla uşağın hazırlıq səviyyəsini müəyyənləşdirdikdən və onun məsləhətini aldıqdan sonra müvafiq qərar qəbul etsinlər. Lakin ümumiyyətlə, valideynlər əgər uşaqlarında erkən yaşlarından oxumağa, yazmağa, xarici dillərə və s. marağı müşahidə edirlərsə, öz övladını fiziki və psixoloji cəhətdən məktəbə hazırlıqlı hesab edirlərsə, onların 6 yaşından məktəbə getməsi məsləhətdir”, - deyə psixoloq Günəş Əfəndiyeva bildirib bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri