Icma.az
close
up
RU
Bu uşaqların psixoloji inkişafında vulqar təsir yaradır

Bu uşaqların psixoloji inkişafında vulqar təsir yaradır

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azyaşlı uşaqların böyüklər kimi bəzədilməsi və bu görüntülərin sosial şəbəkələrdə paylaşılması geniş müzakirə olunan mövzulardan birinə çevrilib. Bu tendensiya cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bir tərəf bunu estetik və fərdi seçim kimi qiymətləndirsə də, digər tərəf uşaqların psixoloji inkişafına və sosial davranışlarına mümkün təsirləri ilə bağlı narahatlıq ifadə edir. Əsas sual isə ondan ibarətdir ki, bu cür yanaşma uşaqların özünüqavrayışına, rol modellərinə və ictimai normalara necə təsir göstərir. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, istər oğlanlar, istərsə də xüsusən qız uşaqları müxtəlif mərasimlərdə, ad günlərində, toy və digər tədbirlərdə bərbər və vizajistlərə aparılır, üzləri bəzədilir və yaşlarına uyğun olmayan geyimlər geyindirilir. 
"Bu isə uşaqların psixoloji inkişafında olduqca mənfi və vulqar təsir yaradır. Belə uşaqlar böyüdükcə öz həmyaşıdlarına uyğun mədəni və etik davranış formalarından uzaqlaşır, onlarla ayaqlaşmaqda çətinlik çəkirlər. Nəticədə birtərəfli sosiallaşma, sosiallaşma çatışmazlığı və vulqarlaşma kimi meyllər yaranır. Bu da onların həmyaşıdlarından uzaqlaşmasına, eyni zamanda böyüklərlə də uyğunlaşa bilməməsinə gətirib çıxarır".
Sosioloq bildirib ki, bu uşaqlarda tez-tez özünəqapanma halları müşahidə olunur və mənfi psixoloji stereotiplər formalaşır. 
"Bir çox hallarda onlar gələcəkdə peşə, sənət və karyera seçimi zamanı da çətinliklərlə üzləşirlər. Valideynlər isə bu addımlarla guya uşaqların yaradıcılıq və intellektual inkişafını sürətləndirdiklərini düşünürlər. Əslində isə bu “sürətlənmə” qeyri-təbii və qeyri-səlis olur. Nəticədə uşaqlar öz yaş mərhələlərinə uyğun formalaşmalı olan yaradıcılıq və intellektual inkişaf potensialını itirirlər".
Onun sözlərinə görə, bu proses uşaqlarda vulqar sosiallaşma meyllərinin formalaşmasına səbəb olur. 
"Onların eqosu artır və bu, gələcəkdə ailə qurmaq, ailədaxili kişi-qadın rollarına münasibət, dostluq əlaqələri və müəllim-şagird münasibətlərində mənfi davranışların yaranmasına gətirib çıxarır. Təbii ki, bu vəziyyətin əsas səbəbkarı valideynlərdir. Valideynlərin daxili eqosu bu prosesdə mühüm rol oynayır və nəticədə bu eqonun təsirini gələcəkdə həmin uşaqlar yaşamalı olurlar".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri