Icma.az
close
up
RU
Psixoloq: “Uşaqlar 7 yaşından tez məktəbə getməsinlər”

Psixoloq: “Uşaqlar 7 yaşından tez məktəbə getməsinlər”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Son dövrlər məktəb psixoloqları məsələsi yenidən gündəmdədir. Bəziləri düşünürlər ki, onların sayı çox olmalıdır”. 

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bəzən məktəb psixoloqlarının birinci sinif şagirdləiylə mütəmadi məşğul olmadıqları deyilir: 

“Bir növ hər şeyi məktəb psixoloqunun üzərinə atırlar. Lakin nəzərə almaq lazımdır ki, məktəb psixoloqu bir nəfərdir. O, təbii ki, bütün uşaqlarla fərdi şəkildə məşğul ola bilməz. Əslində, səhvi əvvəldən valideynlər edirlər. Adətən 2-3 yaşlarından başlayaraq uşaqların oyunları hərflər və rəqəmlərlə olur. 

Valideynlər o yaşlardan etibarən uşaqlarının hərfləri və rəqəmlərini öyrənməsini istəyirlər. Valideynlərin hara tələsdiyini bilmirəm. Çünki belə oyunlar bir müddət sonra uşaqları sıxacaq və onlar birinci sinifə gedəndə hər şeyi bildikləri üçün yorulacaqlar”. 

Ekspert valideynlərə səslənib: 

“Övladlarınızın uşaqlığını əlindən almayın. Yaxşı olar ki, uşaqlar 7 yaşından əvvəl məktəbə getməsinlər. Çünki bu, həm psixoloji, həm də fiziki inkişafı üçün çox vacibdir. Həmçinin, uşaqlar oyun dönəmlərini yaxşı keçirməlidirlər. Onlar məktəbəqədər dövrlərdə öyrədici deyil, fərqli oyunlar oynamalıdırlar. 

Öyrədici oyunlara artıq birinci sinifdə başlamaq lazımdır. Belə olan halda uşaqlar məktəbdən yorulmaz və bezməzlər. Məktəbə qədər bütün rəqəmləri və hərfləri bilən uşaq üçün birinci sinif maraqsız olur. Bu səbəbdən də valideynlər günahı başqalarında axtarmasınlar”. 

Mütəxəssisin sözlərinə görə, bir çox hallarda məktəbə başlayan uşaqlara oyun oynamaq qadağan edilir: 

“Lakin bu da çox yanlışdır. Onları sadəcə dərsə fokuslandırıb, oyundan məhrum etmək olmaz. Birinci sinif şagirdləri üçün oyun oynamağa da mütləq şəkildə zaman ayrılmalıdır. Nəzərə almaq lazımdır ki, uşaqlar məhz oyun prosesində inkişaf edirlər. Uşaqlara sadəcə akademik biliklər öyrədəndə psixoloji, emosional və fiziki tərəfdən yarımçıq qalacaqlar”. İlhamə Mustafayeva bəzi müəllimləri də tənqid edib: 

“Burada müəllimlərin də payı var. Çünki bəzi müəllimlər birinci sinifə başlayan uşaqdan oxuma və yazma bacarığı tələb edirlər. Onda birinci sinif nə üçündür? Əslində, bütün bunlar elə birinci sinifdə öyrədilməlidir. Bütün hərfləri bilən uşaqların birinci sinifdə eyni şeyləri yenidən təkrarlaması bezdirici olacaq. Bütün bunlara fikir verməliyik. Lakin valideynlər öz günahlarını məktəb psixoloqunda axtarırlar”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: məktəb psixoloq uşaq

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri