Icma.az
close
up
RU
Psixoloq: Bullinq törədənlər şüuraltı zəifləri seçir

Psixoloq: Bullinq törədənlər şüuraltı zəifləri seçir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Masallı rayonu Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında mübahisə yaranıb.

Bu barədə APA-nın cənub bürosuna Lənkəran-Astara egional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, mübahisə zamanı şagirdlərdən biri xəsarət alıb. Zərərçəkmiş məktəbli xəstəxanaya aparılıb, ona müvafiq tibbi yardım göstərilib.

"Stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər həyata keçirilir. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional təhsil idarəsi tərəfindən izlənilir. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla maarifləndirici görüş keçirilib.

Qeyd edirik ki, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti qurumlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", - məlumatda qeyd olunub.

Psixoloq Samirə Bağırova Sherg.az-a bildirib ki, məktəb həm də rəqabətin başladığı duyğuların ilk sınaq məkanıdır:


“Ən çox bullinqə məruz qalan qurbanlar asosial, özünü müdafiə etməyi bacarmayan, ətrafa uyğunlaşa bilməyən, özünə qapanan, qorxaq şagirdlər olsa da, bəzi hadisələr göstərir ki, bəzən bullinq tətbiq edən özü, sonra qurbana çevrilə bilir. Bullinq törədənlər şüuraltı zəifləri seçir. Amma zəif bildiyi qurbanın da, səbri tükənə və zorakılıq tətbiq etmək məcburiyyətində qala bilir. Əsas fiqur bullinqi törədən, yaxud qurbana çevrilən şagird deyil, onların arxasında dayanan valideynlərdədir. Bir şagird özünü müdafiə etməyi bacarmırsa, yaxud bullinqə meyillidirsə, demək ki, ailə daxilində problemlər yaşanılır. Zorakılıq tətbiq edən, ailədən gələn daxili gizli aqresiyasını qurban üzərində tətbiq edir, qurban isə susmaqla, acizlik nümayiş etdirməklə daha çox bullinqə məruz qalmasına şans yaradır. Bu da o deməkdir ki, ya çox danlanan, qüsurları daha çox üzünə vurulan, tez- tez qorxudulan avtoritar, ya da aşırı nəzarətçi ailə modelində böyüyür. Hər bir halda bullinq törədən şəxs yaşına uyğun şəkildə cəzalanmalıdır. Çünki adətən bullinq törədən çox zaman peşmanlıq hissi keçirmir, cəzalanmadığı təqdirdə, əksinə uzun müddət məmnunluğunu ətrafa nümayiş etdirir və digər qurbanların “ gözünün odunu almış “ olur.  Hüquq- mühafizə orqanları belə məsələlərdə bullinq törədənlərin valideynlərini cəzalandırmalı, zorakılıq tətbiq edən isə məktəbdən uzaqlaşdırılaraq təhsil məkanı dəyişdirilməlidir. Etdiyi davranışın bədəlini ödətdirmək, insan yetişdirməkdir. Xəstəxanalıq olan vəziyyət isə artıq cinayətdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri