Icma.az
close
up
RU
Psixoloq sirləri açdı: “Sosial şəbəkədə tanış olub evlənənlər ata analarına deyir ki...” MÜSAHİBƏ

Psixoloq sirləri açdı: “Sosial şəbəkədə tanış olub evlənənlər ata analarına deyir ki...” MÜSAHİBƏ

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Münasibətlər üzrə mütəxəssis Elnarə Kərimovanın “Yeni Sabah”a Milli Sevgililər Günü – 30 iyunla bağlı verdiyi müsahibəni təqdim edirik:

-  Elnarə xanım, sizcə niyə bu gün 14 fevral kimi təmtəraqlı qeyd olunmur?

-  30 iyunun 14 fevral kimi geniş çevrədə qeyd olunmamasının səbəbləri var. Birinci səbəb odur ki, 14 fevralla bağlı təbliğat 30 iyuna nisbətən daha çox gedib və insan düşüncəsini dəyişdirmək o qədər asan deyil. İkinci səbəb odur ki, 30 iyun tarixi həm də şəhidlərimiz İlham və Fərizənin toy günüdür, yəni həm də şəhidliklə simvolizə olunur. Bəlkə də insanlar şəhidlərin adını uca tutaraq həmin günü hətta onların toy günü olsa belə, xüsusi gün kimi qeyd etmək istəmirlər, ürəklərindən gəlmir. pizza

- Hazırkı sevgilər əsasən sosial şəbəkə üzərindən tanışlıqla başlayır, bəzən evliliyə qədər gedir. Buna münasibətiniz?

-   Bir neçə il əvvəl sosial şəbəkələrdə tanış olub daha sonra ailə quranlar bu barədə ailələrdə danışmağa çəkinirdilər. Dəfələrlə şahidi olmuşam ki, “Facebok”-da tanış olub sonra evlənən cütlüklər ata-analarına küçədə, iş yerində, universitetlərdə tanış olduqlarını deyiblər. İndi “Facebook”-un yerini “TikTok” tutub, indi orda tanış olub evlənənlər eyni sözləri deyirlər. Yəni “Facebook”-a olan münasibət yerini “TikTok”-a verib. Lap əvvəl isə küçədə təsadüfən tanış olub evlənmək normal qarşılanmırdı. Yəni zaman-zaman vəziyyət dəyişdiyi kimi, baxışlar da dəyişir.

- İnsanlar sosial şəbəkələrdə gördükləri “mükəmməl cütlüklər”ə baxaraq öz münasibətlərini qiymətləndirərkən nələri itirirlər?

-  Uğurlu və uğursuz münasibət bütün platformalarda mümkündür. Amma Azərbaycanda hələ ictimai rəy elədir ki, hətta evlənən tərəflərin özləri belə sosial şəbəkədən başlayan münasibətə həyatlarının hansısa dönəmində ciddi yanaşmaya bilərlər. Yəni bu gün xoş görünən vəziyyət  sabah tərəflərdən birinin digərini ittiham etməsinə də səbəb ola bilər. Müqayisə yanlış ola bilər. Amma, məsələn, sevgili, nişanlı dönəmində nikah müqaviləsini özünə yaxın buraxmayan cütlüklər münasibət alınmayıb boşandıqları zaman bir cüt sırğa və ya paltaryuyan üçün məhkəmələrə ayaq döyürlər. Məşhur  filmdə deyildiyi kimi, nə qədər ki, adaxlıdılar yaxşıdırlar, elə ki, evləndilər, üzlərini görmə.

- Cütlüklərə nə tövsiyə edirsiniz?

-  Həyatımız bütünlüklə sosial şəbəkəyə daşınıb, bu reallığı qəbul etməliyik. Müsbət tərəfləri var, informasiya əlçatanlığı, məlumatı tez əldəetmə baxımından yaxşıdır. Amma eyni zamanda bütün həyatı sosial şəbəkədə yaşamaq olmaz. Bəzən deyirlər ki, xoşbəxt adamlar axşamlar sosial şəbəkədə olmur, onlar öz xoşbəxt həyatlarını real yaşayırlar. Təbii ki, işi gərəyi ilə buna məcbur qalanlar, məsələn, jurnalistlər istisna olmaqla. Amma təəssüf ki, bir çox hallarda sosial şəbəkələr insanları təhrikedici məkana çevrilir, özünütəsdiq bacarığı olmayan, özgüvən əskikliyi yaşayanlar sosial şəbəkədə tanımadığı, bilmədiyi şəxslərin paylaşımlarını mütləq həqiqət kimi qəbul edərək öz həyatları ilə müqayisə edir və yanlışlığa yol verirlər. Heç nə göründüyü kimi deyil, sosial şəbəkədə gənc qızın qucağında poz verdiyi qızılgül dəstəsi məzarın üstündən də götürülmüş ola bilər. Bunu unutmasınlar.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 İyun 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri