Icma.az
close
up
RU
Psixoloqlarla “Koqnitiv Davranış Terapiyası” mövzusunda təlim keçirilib AZƏRTAC

Psixoloqlarla “Koqnitiv Davranış Terapiyası” mövzusunda təlim keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycan Ordusunda fəaliyyət göstərən psixoloqların peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin lektoriya zalında “Koqnitiv Davranış Terapiyası” (KDT) mövzusunda təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Türkiyə Respublikasından dəvət edilmiş klinik psixoloq Berkan Eskiili koqnitiv nəzəriyyə və koqnitiv modelə giriş, KDT-nin əsas anlayışlarını və texnikalarını, müxtəlif psixoloji pozuntular (depressiya, təşviş pozuntusu, fobiya və digər) zamanı bu müalicə üsulunun tətbiqi ilə bağlı məlumatları dinləyicilərə çatdırıb. Həmçinin KDT seansları zamanı psixoloqların diqqət yetirməli olduğu məqamlara aydınlıq gətirib. Təlim zamanı dinləyicilərin iştirakı ilə praktik çalışmalar yerinə yetirilərək əldə olunan biliklər daha da möhkəmləndirilib.

Təlim zamanı dinləyicilər disfunksional fikirlər, davranış və emosiyalara bağlı olan problemlərin həllinə yönələn psixoterapevtik müalicə üsulunun baza biliklərinə yiyələniblər.

Psixologiya sahəsində daim baş verən yenilikləri nəzərə alaraq bu cür təlimlərin keçirilməsi orduda xidmət edən psixoloqların peşəkarlıq səviyyəsinin artırılmasında müstəsna əhəmiyyətə malikdir.

İnteraktiv formada keçirilən təlim zamanı terapiyanın hərb sahəsində tətbiqi ilə bağlı dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see351

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see191

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see133

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see131

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see130

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see129

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see128

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri