ADAUda “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirilib AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncə, 20 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, FHN-in əməkdaşları ali təhsil müəssisəsinin müəllim və tələbələrinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Dövlət Yanğın Nəzarət İdarəsinin Böyük inspektoru Ramil Kərimov, baş məsləhətçi Emil Aslanov, baş məsləhətçi Leyli Abbasova və Ərazi orqanları ilə iş şöbəsinin zabiti Səkinə Məmmədova iştirak ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 20 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















