Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

“Psixotrop maddə” yalanı ifşa olunur

“Psixotrop maddə” yalanı ifşa olunur

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Məğlub Ermənistanın hazırkı rəhbərliyində təmsil olunanlar müharibə cinayətlərinə görə məsuliyyətlərini ört-basdır etmək üçün müxtəlif manipulyasiyalara əl atır və cəfəng iddialar səsləndirməklə iz azdırmağa çalışırlar. Belə iddialardan birini N.Paşinyan bu günlərdə ölkəsinin ictimai televiziyasına verdiyi müsahibəsində dilə gətirib. O, Bakıda saxlanılan separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunduğunu bildirib. Təbii ki, baş nazir bu absurd iddianı ictimai müzakirəyə təqdim edərkən hansısa bir dəlil-sübut göstərməyib.

Arayik Harutyunyan və Davit Babayandan gecikməyən təkzib

Azərbaycan hüquqi dövlətdir və qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərinin məsuliyyətini yaxşı başa düşür. O cümlədən 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra saxlanılaraq Bakıya gətirilən və artıq məhkəmələri başlayan separatçı rejimin nümayəndələrinə münasibətdə müvafiq qurumlarımız  tərəfindən beynəlxalq hüquq normaları çərçivəsində və milli qanunvericiliyimizə uyğun qaydada davranışlar sərgilənir. Onların layiq olduğu cəza isə məhkəmədə müəyyənləşəcək. Burada hansısa bir digər, qanundankənar yanaşma istisna olunur. Qeyd edək ki, N.Paşinyanın məlum açıqlamasına cavab özünü çox gözlətmədi. N.Paşinyanın absurd iddiaları təqsirləndirilən şəxslər tərəfindən də təkzib olunub. Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb. O, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin cinayəti işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında deyib. “Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının baş naziri (Paşinyan-red.) bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var. Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon zəngi imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni qaydada təmin olunur və bizimlə qanuni davranırlar. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə  hər zaman qanun çərçivəsində davranıblar”, - deyə Arayik Harutyunyan vurğulayıb.

Erməniəsilli şəxslərin cinayət işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında həmçinin Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Ermənistan vətəndaşı Davit Babayan da oxşar məzmunlu fikirlər ifadə edib. Təqsirləndirilən şəxs çıxış edərək saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə heç bir təzyiq göstərilmədiyini deyib. Sitat: “Bizə hər dəfə hörmətlə davranırlar və yerimizdə başqası olsa nə edərdi onu özlərinə sual versinlər. Bizim həqiqəti demək cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdır”.

Əlavə şərhə ehtiyac yoxdur. N.Paşinyanın yalanları Bakıda növbəti dəfə ifşa olundu. Bu dəfə artıq N.Paşinyanın çək-çevir etməyə bəhanəsi yoxdur - onun dediklərinə təkzib zamanında dəstək verdiyi separatçı rejimin təmsilçilərindən gəlib.

Paşinyanın uydurmaları nəyə hesablanıb?

Məntiqi sual yaranır: Bəs N.Paşinyanın uydurmaları nəyə hesablanıb? Bəhs olunan şəxslərin həbsindən xeyli müddət keçib. N.Paşinyan isə onların barəsində az danışmağa və yaxud heç danışmamağa üstünlük verirdi. Baş nazirin sükutunu pozan isə Arayik Harutyunyanın 44 günlük müharibə günlərində Gəncənin raket atəşinə tutulması barədə bəyanat səsləndirməsi oldu. O bildirdi ki, zamanında Gəncənin raketlə vurulması əmrini verməyib və belə bir səlahiyyəti olmayıb.

Bəli, N.Paşinyanın dilinin qıfılı da məhz A.Harutyunyanın bu bəyanatından sonra açıldı. Bunun səbəblərini isə Ermənistanın indiki rəhbərliyinin keçmişində axtarmaq lazımdır. Bu gün özünü dünyaya demokrat, sülh tərəfdarı kimi təqdim edən N.Paşinyanın İkinci Qarabağ müharibəsinədək olan dönəmdə sərgilədiyi əməllər unudulmayıb və unudulmayacaq. Bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” deyən bu şəxsdir. Baş nazirin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma “müstəqillik” münasibətilə təbrik etdiyini heç kim unutmayıb. Bəli, Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı müharibə cinayətləri törədilib, Gəncə və digər şəhərlərimiz qadağan olunmuş silahlarla vurulub. Bütün bu cinayətlərin əmrinin Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən verildiyi istisna olunmur. Məhkəmədə çox faktlar üzə çıxacaq.  Artıq A. Harutunyan Gəncənin raket atəşinə tutulması ilə bağlı ipucu verib. N.Paşinyanın və onun komandasında yer alan digərlərinin də təlaşı məhz bu sarıdandır. Arayik Harutyunyanın son açıqlamasına istinadən, Gəncəyə raket atılması əmrinin Ermənistan rəhbərliyindən gəldiyi qənaətini ifadə edə bilərik. Görünür, Bakıda keçirilən məhkəmə fonunda İrəvanın  siyasi elitasında çaxnaşma yaranması da elə bununla bağlıdır. Ermənistan rəhbərliyi məhkəmədə konkret adların çəkiləcəyindən bərk narahatdır və buna görə də “psixotrop maddə” versiyasını gündəmə gətirib. Çünki adlar çəkiləcəyi təqdirdə, əmri verən şəxsin məsuliyyəti yaranacaq. N.Paşinyan və onun komandasının üzvlərinin “psixotrop maddə” manipulyasiyalarıyla məsuliyyətdən kənara çəkilmələri isə əsla mümkün olmayacaq.  

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Fevral 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see450

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see323

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see314

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see299

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see298

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see291

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see269

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see253

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see249

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see229

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see226

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see217

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see216

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see213

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see204

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see202

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see199

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see198

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see190

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri