Icma.az
close
up
RU
PSJ çempion oldu, “Marsel” “Monako”nu arxada qoydu

PSJ çempion oldu, “Marsel” “Monako”nu arxada qoydu

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Sona 6 tur qalmış PSJ növbəti çempionluğu bayram etdi.

Paytaxt klubu buna evdə “Anje”ni 1:0 hesabıyla məğlub etməklə nail oldu. 2-ci yer uğrunda mübarizəyə gəlincə, “Tuluza”ya qalib gələn “Marsel” həmin pilləyə qayıtdı. Səfərdə “Brest”ə uduzan “Monako” isə 3-cü pilləyə düşdü. Səfərdə “Reyms”dən üstün olan “Strasbur” da “knyazlar”a yaxınlaşdı. Ardıcıl 5-ci qələbəsini qazanan “Lion” 5-ci pillədə qərarlaşıb.
Bu arada Liqa 1-in intizam komitəsi 26-cı turun martın 16-da keçirilən və 63-cü dəqiqədə, hesab 0:2 olarkən dayandırılan “Monpelye” – “Sent-Etyen” oyununda qalan vaxtın oynanılmasını lazım bilməyib, yəni bu hesab yekun nəticə kimi qəbul olunub.
28-ci tur
PSJ – Anje 1:0

Due, 55. (47000)
PSJ: Donnarumma, Hakimi, Markinyos, Paço (Mendeş, 63), L.Ernandes, Zair-Emeri (Mayulu, 89), Vitinya, Ruis (Barkola, 63), Due (Neveş, 67), Ramuş (Dembele, 63), Kvaratsxeliya.
Brest – Monako 2:1
Kön, 42-öz qapısına. Kamara, 90+4 – Zakariya, 63-p. (14713)
Monako: Kön, Sinqo, Kerer (Vanderson, 46), Mavissa, Enrike, Akliuş (Qolovin, 81), Zakariya, Kamara (Əl-Musrati, 72), Minamino (Ben-Seqir, 46), Biret, Embolo (Baloqan, 86).
Marsel – Tuluza 3:2
Suaso, 21-öz qapısına. Qrinvud, 57. Rabyo, 64 – Maqri, 29. Syerro, 76 (64320)
Marsel: Rulyi, Murilyo, Kornelius (Lirola, 56), Kondoqbia, Bennaser (Nadir, 90+1), Enrike, Ronjye, Merlein (U.Qarsiya, 76), Qrinvud (Dediç, 90+1), Rabyo, Mope (Rou, 56).
Nitsa – Nant 1:2
Abdi, 14 – Auqusto, 11. Ablin, 38. (20585)
Lion – Lill 2:1
Lakazett, 38-p. Şerki, 70 – Dyakite, 1. (53771)
Lans – Sent-Etyen 1:0
Koyalipu, 75. (38223)
Monpelye – Havr 0:2
Keşta, 3. Ture, 33. (10146)
Reyms – Strasbur 0:1
Dukure, 4. (16254)
Renn – Oser 0:1
Jubal, 89. (28268)
1. PSJ 28 23 5 0 80-26 74
2. Marsel 28 16 4 8 57-38 52
3. Monako 28 15 5 8 54-35 50
4. Strasbur 28 14 7 7 46-35 49
5. Lion 28 14 6 8 54-38 48
6. Nitsa 28 13 8 7 52-35 47
7. Lill 28 13 8 7 42-30 47
8. Brest 28 13 4 11 44-43 43
9. Lans 28 12 6 10 32-30 42
10. Oser 28 10 8 10 39-39 38
11. Tuluza 28 9 7 12 37-36 34
12. Renn 28 10 2 16 38-38 32
13. Nant 28 7 9 12 33-47 30
14. Anje 28 7 6 15 26-46 27
15. Havr 28 8 3 17 31-57 27
16. Reyms 28 6 8 14 29-42 26
17. Sent-Etyen 28 6 5 17 28-64 23
18. Monpelye 28 4 3 21 21-64 15
Bombardirlər: Dembele (PSJ) – 21, Qrinvud (Marsel) – 16, Devid (Lill) – 14, Barkola (PSJ), Kalimuendo (Renn) – 13.
Növbəti turun oyunları aprelin 11-13-ü aralığında keçiriləcək: Lans – Reyms, Monako – Marsel, Tuluza – Lill, Strasbur – Nitsa, Sent-Etyen – Brest, Havr – Renn, Anje – Monpelye, Oser – Lion. “Nant” – PSJ oyunu aprelin 22-də keçiriləcək.
Turun rəqəmi
13 – PSJ ardıcıl 4-cü, tarixində 13-cü dəfə ölkə çempionu oldu. Çempionluq sayına görə 2-ci pillədə “Sent-Etyen” (10) qərarlaşıb. PSJ 2015/16 mövsümündən bəri ən erkən çempionluğunu rəsmiləşdirdi. Onda komanda sona 8 tur qalmış çempion olmuşdu.
Turun ulduzu
Meyson Qrinvud (Marsel) – “Xetafe”də ümidləri doğrultmayan ingiltərəli hücumçu Fransada “at oynadır”. O, “Marsel”in qələbə qolunu vurdu, rəqibə çətin anlar yaşatdı. Bombardirlər yarışında yalnız Dembeledən geri qalması təsadüf deyil.
Turun sitatı
Nasser Əl-Xelayfi, PSJ-nin prezidenti:

“Avropanın ən güclü çempionatlarından sayılan Liqa 1-in qalibi olduğumuza görə hədsiz qürur duyuruq. Heç uduzmadan titul qazanmaq daha xoşdu. Bütün oyunçuları, baş məşqçi Luis Enrikeni, idman müşavirimiz Luis Kampuşu, bütün personalımızı təbrik etmək istəyirəm”.


Faktlar
* Yanvarda Fransa Superkubokunu qazanan PSJ bu il 2-ci titula yiyələndi. Parislilərin daha üç kubok şansı var. Onlar ÇL-in 1/4 finalında “Aston Villa”, mayda ölkə kubokunun finalında “Reyms” ilə qarşılaşacaq, yayda isə klub dünya çempionatın qatılacaq.
* Luis Enrike baş məşqçi kimi 14-cü titula sevindi. O, Fransada iki dəfə çempion olub, iki dəfə Superkuboku, bir dəfə ölkə kubokunu qazanıb. Daha 9 titulu isə “Barselona”nın adı ilə bağlıdı.
Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Düşünürəm ki, bu oyun bütün mövsümün illüstrasiyası oldu – zaman-zaman çətinlik çəkdik. Azarkeşlərimizə böyük sevinc bəxş edə bildik. Dəstəyə görə sağ olsunlar. Ötən mövsümdən başlayaraq “Park-de-Prens”ə toplaşan publika nə etdiyimizi anlayır. Komanda kimi çalışırıq, bunu görmək çətin deyil. Yüksək səviyyəli, işinə sadiq olan oyunçularımız var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Aprel 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri