Icma.az
close
up
RU
PSJ və “Marsel” qazandı, “Monako” yenə büdrədi

PSJ və “Marsel” qazandı, “Monako” yenə büdrədi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lider PSJ “Sent-Etyen”i qəbul etdi. Ekspertlər Luis Enrikenin komandasından asan qələbə gözləsə də, belə olmadı.

"Football-plus.az" xəbər verir ki, qonaqlar paytaxt klubunun əsəbləri ilə oynadı. Fəaliyyətdə olan çempion növbəti qələbə sayəsində xalını 43-ə çatdırdı. 2-ci pillədə isə səfərdə “Renn” üzrində əzmkar qələbə qazanan “Marsel” qərarlaşıb. Cənubluların 36 xalı var. “Monako” isə get-gedə liderlərdən aralı düşür. “Knyazlar” “Nant”la səfər oyununda 0:2-ni 2:2-yə çevirsə də, bundan artığına gücü çatmadı. Onların son üç oyunda qələbə qazanmadığını da xatırladaq.
Hesabat turunda “Nitsa” 4-cü pilləyə yüksəldi. Bu komanda “Reyms” üzərindəki qələbədən sonra xalını 30-a çatdırdı. “Lill” ilə “Lion” büdrədi. “Şimallı itlər” “Oser”lə oyunda qolsuz heç-heçəyə razılaşdı. Özü də “Oser” 56-cı dəqiqədə azlıqda qaldı. Meydandan qovulan Jolinin səbəbkar olduğu penaltini liqanın bombardirlərindən Devid qola çevirə bilmədi. “Şirlər” səfərdə “Brest”ə 1:2 hesabıyla uduzdu.
Turun qalan oyunlarına gəlincə, “Lans” səfərdə “Havr”ı məğlub etdi. Mövsümdə 13-cü dəfə uduzan havrlılar 12 xalla 17-ci pillədə qərarlaşıb. Yalnız “Monpelye” daha pis nəticə göstərib. Jan-Lui Qassenin komandası evdə “Anje”yə 1:3 hesabıyla uduzdu. “Monpelye”nin oyunçularından Kuyate 84-cü, Ferri 85-ci dəqiqədə qovuldu. Daha bir oyunda “Strasbur” “Tuluza”nı məğlub etdi – 2:1. Qonaqların heyətində niderlandlı hücumçu Emeqha dublla yadda qaldı.
17-ci tur
PSJ – Sent-Etyen 2:1
Dembele, 13; 23-p. – Davitaşvili, 64. (47580)
PSJ: Donnarumma, Hakimi, Beraldo, L.Ernandes (Due, 63), Mendeş, Li Kan İn, Mayulu (Vitinya, 71), Ruis, Dembele, Ramuş (Paço, 63), Barkola (Zair-Emeri, 79).
Renn – Marsel 1:2
Kalimuendo, 43 – Qrinvud, 45. Rabyo, 49. (26837)
Marsel: Rulyi, Murilyo, Balerdi, Kornelius, Enrike, Ronjye, Heybyerq, Merlen (U.Qarsiya, 70), Qrinvud (Nadir, 89), Rabyo, Mope (Rou, 70).
Nant Monako 2:2
Ablin, 12. Amyan, 47 Embolo, 52. Salisu, 60. (25380)
Monako: Kön, Sinqo, Kerer, Salisu, Vanderson, Zakariya, Kamara, Uattara (Enrike, 61), Ben Seqir, Buabre (Mişal, 62), Embolo.
Oser – Lill 0:0
(15599)
Brest – Lion 2:1
Kamara, 8. Ajork, 25 – Veretu, 45+2. (14735)
Reyms – Nitsa 2:4
İto, 34. Dyakon, 71 – Gessand, 28. Lyabord, 44-p.; 64. Abdi, 86. (12270)
Havr – Lans 1:2
Ayyu, 8 – Koyyaylipu, 28. Maçado, 77. (19617)
Monpelye – Anje 1:3
Savanye, 61-p. – Lepol, 30; 69. Fərhat, 90+9. (10000)
Tuluza – Strasbur 1:2
Dukure, 35-öz qapısına – Emeqha, 14; 26. (22042)
1. PSJ 17 13 4 0 46-15 43
2. Marsel 17 11 3 3 39-20 36
3. Monako 17 9 4 4 28-18 31
4. Nitsa 17 8 6 3 35-23 30
5. Lill 17 7 8 2 26-16 29
6. Lion 17 8 4 5 29-22 28
7. Lans 17 7 6 4 21-16 27
8. Tuluza 17 7 3 7 19-19 24
9. Strasbur 17 6 5 6 30-29 23
10. Oser 17 6 4 7 24-26 22
11. Brest 17 7 1 9 26-30 22
12. Reyms 17 5 5 7 23-25 20
13. Anje 17 5 4 8 19-27 19
14. Renn 17 5 2 10 23-25 17
15. Nant 17 3 7 7 20-27 16
16. Sent-Etyen 17 5 1 11 16-38 16
17. Havr 17 4 0 13 13-36 12
18. Monpelye 17 2 3 12 16-42 9
Bombardirlər: Qrinvud (Marsel), Devid (Lill) – 11, Barkola, Dembele (hər ikisi PSJ) – 10.
Turun rəqəmi
3 – “Renn” ilə oyunun 32-ci dəqiqəsində Kalimuendonun zərbəsini dəf edən “Marsel”in qapıçısı Rulyi ardıcıl 3-cü dəfə bunu bacardı. Fransa çempionatında ardıcıl üç penaltinin qola çevrilməsinə imkan verməyən sonuncu qapıçı Predraq Raykoviç (“Reyms”, 2019-20-ci illərdə) olmuşdu.
Turun ulduzu
Qaetan Lyabord (Nitsa) komandasının iki pillə irəliləməsində önəmli pay sahibidi. “Reyms”lə oyunda həlledici qolları vurdu. Komandalar fasiləyə yollanmağa hazırlaşarkən penaltini qola çevirdi, 2-ci hissənin ortalarında isə fərqi artırdı. Təcrübəli hücumçu cari mövsümdə qol sayını 6-ya çatdırdı.
Turun sitatı
Adi Hütter, “Monako”nun baş məşqçisi:

“Nəticədən narazıyam, ona görə ki, bu gecə qalib gəlmək istəyirdik. İlk yarıda hədsiz ləng oynadıq, rəqibin əl-qol açmasına şərait yaratdıq. Yalnız 2-ci qolu buraxandan sonra hər oyunda görmək istədiyim mübarizə əzmini gördüm. Amma yenə də heç-heçə məni məmnun etmədi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Yanvar 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri