Icma.az
close
up
RU
PSJ həm uduzdu, həm də Vitinyanı itirdi

PSJ həm uduzdu, həm də Vitinyanı itirdi

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa çempionatında 30-cu tur çox maraqlı alındı.

"Football-plus.az" xəbər verir ki, “Lion”u qəbul edən PSJ 1:2 hesabıyla uduzdu. Artıq 6-cı dəqiqədə “şirlər” hesabı açdı. Hakimi ilə sərt mübarizədə qalib gələn Moreyra incə ötürmə ilə Endriki zərbə mövqeyinə çıxardı. Paçonu biranlıq qabaqlayan braziliyalı forvard Safonova heç bir şans vermədi. 18-ci dəqiqədə ilk qolu təşkil edənlərin rolu dəyişdi: bu dəfə Endrik ötürdü, Moreyra vurdu. 33-cü dəqiqədə qonaqların qapısına təyin olunan penalti dönüş anı ola bilərdi. Ancaq Ramuş qapıçı Qreyflə mübarizədən məğlub ayrıldı. 39-cu dəqiqədə çempion daha bir zərbə aldı: komandanın ən vacib oyunçularından biri Vitinya zədələnərək yerini Zair-Emeriyə verdi. 59-cu dəqiqədə üçlü dəyişikliyə əl atan Luis Enrikenin bu gedişi müəyyən mənada nəticə verdi. Oyuna sonradan qoşulanlardan Kvaratsxeliya uzatma dəqiqələrində qollardan birinin əvəzini çıxdı. Qoldan dərhal sonra final fiti səsləndi. Cari mövsümdə 5-ci dəfə uduzan PSJ artıq kürəyində “Lans”ın isti nəfəsini hiss edir.
“Lans” da çətinliklə qələbə qazandı. “Tuluza”nı qəbul edən “qan-qızılılar” artıq 13-cü dəqiqədə 0:2 uduzurdu. Ancaq 17-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Qboo onların “qanının arasına girdi”. Bununla belə, “Lans” sayca üstünlük fonunda belə ilk yarı boyunca inert göründü, heç nə ilə yadda qalmadı. Ancaq fasilədən sonra oyunun xarakteri kəskin şəkildə dəyişdi. Meydan sahiblərinin total təzyiqi 61-ci dəqiqədə ilk qolu gətirdi. 6 dəqiqə sonra Tomasson dəqiq zərbə ilə hesabı bərabələşdirdi və tribunalar dayanmadan meydan sahiblərini irəli səslədi. Nəhayət, 90+1-ci dəqiqədə müdafiəçi Qanyu qələbə topunu vurdu. PSJ-dən bir xal az toplayan “Lans”ın bir oyun artıq keçirdiyini də unutmayaq.
Turun başqa maraqlı hadisələrinə gəlincə, səfərdə gözlənilmədən “Loryan”a uduzan “Marsel” 4-cü pilləni “Lion”a təhvil verməli oldu. “Şirlər”i “Renn” də qarabaqara izləyir. İş ondadı ki, Konfrans Liqasının 1/4 finalında “Maynts-05” üzərində parlaq qələbə qazanan “Strasbur” hesabat turunda evdə məhz “Renn” önündə darmadağın oldu.
Avrokuboklara vəsiqəyə iddialı “Monako” da evdə xal itirdi. “Oser”lə oyunda ilk yarıdan sonra 0:2 uduzan “knyazlar” 2-ci hissədə yalnız hesabı bərabərləşdirə bildi. “Anje” – “Havr”, “Nant” – “Brest” oyunlarında məhsuldar, “Lill” – “Nitsa” oyununda isə qolsuz heç-heçə qeydə alındı. “Paris” isə səfərdə aşkar autsayder “Mets”in öhdəsindən gəldi.
30-cu tur
PSJ – Lion 1:2

Kvaratsxeliya, 90+4 – Endrik, 6. Moryra, 18. (47926)
PSJ: Safonov, Hakimi, Zabarnı, Paço, Ernandes, Vitinya (Zair-Emeri, 39), Beraldo, Mayulu (Li Kan İn, 59), Barkolya (Ruis, 72), Ramuş (Dembele, 59), Due (Kvaratsxeliya, 59).
Loryan – Marsel 2:0
Katseris, 28. Dyenq, 58. (16585)
Marsel: Rulyi, Pavar, Balerdi, Emerson, Traore, Höybyerq (Vermeren, 76), Abdelli (Nadir, 59), Payşao (Vea, 46), Qrinvud, Quiri (Nvaneri, 59), Obameyanq (Əl-Kadmiri, 76).
Monako – Oser 2:2
Fati, 56. Baloqan, 59-p. – Danua, 11. Sinayoko, 33. (8473)
Monako: Qradetski, Kerer, Mavissa, Fas, Teze (Kulibali, 77), Zakariya, Bamba (Adinqra, 46), Dyatta, Akliuş, Fati (Qolovin, 78), Baloqan (Biret, 88).
Lans – Tuluza 3:2
Əbdülhəmid, 61. Tomasson, 67. Qanyu, 90+1 – Kasseres, 6. Kumbassa, 13. (38000)
Strasbur – Renn 0:3
Lepol, 20. Embolo, 50. Əl-Tamari, 52. (29000)
Anje – Havr 1:1
Piter, 28 – Bufal, 13. (12762)
Nant – Brest 1:1
Məhəmməd, 9 – Şardonne, 90+6. (24899)
Lill – Nitsa 0:0
(40159)
Mets – Paris 1:3
Kvilitaya, 31 – Qori, 21. Otavio, 69. Kebbal, 89. (19409)
1. PSJ 28 20 3 5 62-25 63
2. Lans 29 20 2 7 57-29 62
3. Lill 30 16 6 8 49-34 54
4. Lion 30 16 6 8 45-30 54
5. Renn 30 15 8 7 52-41 53
6. Marsel 30 16 4 10 58-40 52
7. Monako 30 15 5 10 52-45 50
8. Strasbur 29 12 7 10 46-37 43
9. Loryan 30 10 11 9 40-44 41
10. Paris 30 9 11 10 40-46 38
11. Tuluza 30 10 7 13 41-42 37
12. Brest 29 10 7 12 38-44 37
13. Anje 30 9 7 14 26-40 34
14. Havr 30 6 12 12 25-38 30
15. Nitsa 30 7 8 15 34-56 29
16. Oser 30 5 10 15 25-39 25
17. Nant 29 4 8 17 25-46 20
18. Mets 30 3 6 21 27-66 15
Bombardirlər: Lepol (Renn) - 17, Paniçelli (Strasbur) - 16, Qrinvud (Marsel) - 15.
Növbəti turun oyunları aprelin 24-26-sı aralığında keçiriləcək: Brest – Lans, Lion – Oser, Anje – PSJ, Tuluza – Monako, Loryan – Strasbur, Havr – Mets, Renn – Nant, Paris – Lill, Marsel – Nitsa.
Turun rəqəmi
42 – “Lans” “Tuluza” ilə oyunda rəqib qapısına 42 zərbə vurdu ki, bu da “Opta”nın uyğun statistikanı aparmağa başladığı 2006/07 mövsümündən bəri Liqa 1 üçün rekorddu. “Qan-qızılılar” həmçinin oyun vaxtının 77 faizində topa nəzarət etdi və 14 künc zərbəsi yerinə yetirdi.
Turun ulduzu
Endrik (Lion) – “Real”a məxsus olan braziliyalının oyunu alındısa, “şirlər” qarşısıalınmaz olur. PSJ ilə oyunun taleyini də gənc hücumçu həll etdi: əvvəl qol vurdu, sonra da məhsuldar ötürmə verdi.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Qol vəziyyətləri yaratmağa çalışdıq, 23 zərbə vurduq, penaltini boşa verdik. “Lion” əla oyun keçirdi. Bu nəticəni qəbul etməli, qarşıdakı oyunlara hazırlaşmalıyıq. Hər 3 gündən bir oyun keçirəcəyik. Bütün turnirlərdə qələbə qazanmaq istəyirik”.


Fakt
PSJ cari mövsümdə xeyrinə təyin olunan penaltilərdən yarısını boşa verib. Paytaxt klubu 12 penaltidən 6-nı qola çevirib. “Lion”la oyunda Ramuş da bəxtsizlər siyahısına qoşuldu.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri