Icma.az
close
up
RU
PSJ ikinci oyunda da “Arsenal”a şans vermədi

PSJ ikinci oyunda da “Arsenal”a şans vermədi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

yarımfinal, cavab oyunu
PSJ – Arsenal 2:1 (1:0)

PSJ (Fransa): Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş (Ramuş, 88), Ruis, Neveş, Vitinya, Due (L.Ernandes, 74), Kvaratsxeliya, Barkola (Dembele, 70).
Arsenal (London, İngiltərə): Raya, Timber (Uayt, 83), Saliba, Kivior, Lüis-Skelli (Kalafyori, 68), Parti, Rays, Edeqor, Saka, Martinelli (Trossar, 69), Merino.
Qollar: Ruis, 27 (1:0). Hakimi, 72 (2:0). Saka, 76 (2:1).
Vitinya 69-cu dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Mendeş, 18. Rays, 26. Lüis-Skelli, 56. Kvaratsxeliya, 86. Kalafyori, 86. Saka, 86 – sarı.
Hakim: Feliks Svayer (Almaniya).
7 may. Paris. 47511 tamaşaçı.
İlk oyun – 1:0.
“Arsenal” cavab matçının ilk dəqiqələrindən irəli atılsa da, Donnarumma həmin gün karyerasının ən yaxşı oyunlarından birini keçirdi. İtaliyalı qapıçı ilk 8 dəqiqədə komandasını üç dəfə real qoldan xilas etdi!
Erkən qol vura bilməyən “Arsenal”ın təzyiqi yavaş-yavaş azalmağa başladı. Parislilərin ilk təhlükəli hücumu zamanı Kvaratsxeliyanın zərbəsindən sonra top tirə tuş gəldisə, ikinci təhlükəli hücum Ruisin baxımlı qolu ilə nəticələndi. İkinci hissədə “topçular” əsasən standart zərbələr hesabına təhlükə yaradırdı.
Maraqlıdı ki, fasilədən sonra da hücum edən “Arsenal”, qol vuran isə PSJ oldu. Dembele meydana çıxan kimi hesabına məhsuldar ötürmə yazdı və Hakimi fərqi iki topa yüksəltdi. Özü də nəzərə alaq ki, bu epzioddan cəmi 3 dəqiqə öncə Vitinya penaltini boşa verdi. Rayya onun zərbəsini dəf etməyi bacardı. “Arsenal”ın meydanı qolsuz tərk etməsi haqsızlıq olardı. Saka qollardan birinin əvəzini çıxdı. İngiltərəli vinger bu qoldan bir neçə dəqiqə sonra topu “çərçivə”nin üstündən yox, boş qapıya vursaydı, sonluq daha maraqlı və gərgin alınardı. Amma London nəhənginin bundan artığına gücü çatmadı. Artetanın komandası bütün turnirləri nəzərə almaqla ardıcıl 4-cü turnirdə mübarizəni yarımfinalda dayandırdı! PSJ isə son 5 ildə ikinci dəfə ÇL-in finalına yüksəldi.
Bombardirlər: Girassi (Borussiya D), Rafinya (Barselona) – 13, Levandovski (Barselona), Keyn (Bavariya) – 11.
Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“İnanılmaz emosiyalar yaşayıram. “Arsenal” xüsusilə ilk yarıda bizə yetərincə çətin anlar yaşatdı. Ancaq eyni zamanda əks-hücumlarda bizim də gözəl fürsətlərimiz oldu. İlk yarının böyük hissəsində oyunumuzu tapmağa çalışırdıq. Yaxşı ki, ilk qolu vuran tərəf biz olduq. Bu qol komandanın özünəinamını artırdı. Artetanın “Arsenal” qələbəyə daha çox layiq idi” fikri ilə razı deyiləm. Biz tam layiqli şəkildə finala yüksəldik. Donnarumma əla oynasa da, o, əvvəlki mərhələlərdə də bizi dəfələrlə xilas etmişdi. “Liverpul”la dueli xatırlamaq kifayətdi. PSJ uzun illərdi ÇL-də qələbə gözləyir və inanıram ki, bu il bu həsrətə son qoyulacaq. Klubun yaranış tarixi ilə mənim doğum tarixim üst-üstə düşür. Ümid edirəm ki, bu mistik əlaqə öz sözünü deyəcək”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Xarakter göstərdik. Cəsur və ağıllı futbol sərgilədik. Bu mövsüm ÇL-də bizdən daha yaxşı komanda olduğunu düşünmürəm. Hətta parislilər də bunu mənə söylədi. Amma reallıq bizə sevinməyə imkan vermir. Çox üzgünük. PSJ-ni finala yüksəlməsi münasibətilə təbrik edirəm. Amma biz hər iki oyunda onları üstələdik. Çünki hər iki qarşılaşmanın ən yaxşı oyunçusu onların qapıçısı oldu. Bu cütdə fərq yaradan futbolçu Donnarumma oldu. Çox yaxşı mübarizə apardıq. Oyunçularımla qürur duyuram. Sadəcə, bu gün bəxtimiz gətirmədi. “Arsenal” bu mövsüm müəyyən səviyyəyə malik olduğunu göstərdi. Ancaq bəzi məqamların üzərində işləməliyik. Vaxtilə PSJ-də oynadığımı nəzərə alsaq, finalda, təbii ki, parislilərə azarkeşlik edəcəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 May 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri