Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

“Arsenal” 2 ci yeri “Nyukasl”a vermədi

“Arsenal” 2 ci yeri “Nyukasl”a vermədi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Premyer-liqada sonuncudan əvvəlki tur ölkə kubokunun finalına görə yarımçıq oldu.

Bununla belə, yenə maraqlı nəticələr və məqamlar var Turun əsas özəlliyi “Arsenal”ın 2-ci yer uğrunda mübarizədə “Nyukasl”ı sıradan çıxarmasıdı. Çempionlar Liqasına qalan vəsiqələr uğrunda isə amansız mübarizə davam edir. 3-5-ci yerləri bölüşən “Nyukasl”, “Çelsi” və “Aston Villa”nın hərəyə 66, 6-7-ci yerlərdəki “Mançester Siti” ilə “Nottingem Forest”in 65 xalı var.
2-ci yer uğrunda prinsipial oyun “Arsenal”ın qələbəsi ilə bitdi. “Topçular”ı arxada qoymaq baxımından gözəl imkanı əldən verən “Nyukasl” indi hətta ilk “5-liy”ə düşməyi də təhlükə altına atdı. İlk yarıda “sağsağanlar” meydan sahibləri ilə müqayisədə maraqlı oyun göstərdi. “Nyukasl” daha kəskin hücumlar qurdu, daha çox zərbə vurdu və irəlidə inamlı göründü, sadəcə, qol vəziyyətlərini boşa verdi, eləcə də Rayya qapıda möhtəşəm təsir bağışladı.
“Arsenal” 2-ci hissədə oyunu yenidən qurdu, topa daha yaxşı nəzarət etməklə rəqibi sıxdı. Belədə Raysın 55-ci dəqiqədə vurduğu qol təəccüb doğurmadı. “Nyukasl” bundan sonra fəallaşmağa, oyunun axarını dəyişməyə çalışsa da, alınmadı.
ÇL-ə can atan “Aston Villa” heç bir turnir hədəfi qalmayan “Tottenhem”i qəbul etdi. Meydan sahibləri daha çox hücum edir və qapıya zərbə vururdular. Uotkinsin zərbəsinin öhdəsindən Kinski gəldi, Makqinn topu qapının üstündən vurdu. “Mahmızlar” bundan sonra silkələndi və Son Hın Minlə Odoberin sayəsində yaxşı imkanlar əldə etdi.
Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarıda hesab açılmadı. 2-ci hissədə daha fəal başlayan birmingemlilər tezliklə fərqləndi. 59-cu dəqiqədə Makqinn – Uotkins – Konsa kombinasiyasını sonuncu qolla bitirdi. Əsəbi sonluğun olmaması üçün “Aston Villa”ya 2-ci qol da lazım idi. Onu isə 73-cü dəqiqədə Kamara vurdu. Taleyi ilə barışan “Tottenhem”in gücünü avrokubokun finalı üçün qoruduğu açıq-aşkar görünürdü.
Bir qədər əvvəl başa çatan oyunda “Aston Villa”nın “Tottenhem”i məğlub etməsindən xəbərdar olan “Çelsi”nin birmingemlilərdən öndə qərarlaşmaq üçün MY-yə qalib gəlməkdən başqa yolu yox idi. “Zadəganlar” bunu bacardılar. MY ilə oyun çətin alındı, hərçənd qonaqlara heç nə lazım deyildi. Çoxdan aydındı ki, mankunianlar yalnız Avropa Liqasını qazanmaqla mövsümü xilas edə bilər.
Debütdə Madueke mankunianları cəzalandırmağa yaxın oldu. MY buna Maquayrın ofsayd üzündən sayılmayan qolu ilə cavab verdi. Hissənin ortalarında Ceyms “dirəyin möhkəmliyini yoxladı”, fasilə ərəfəsində isə Onana Palmerin təhlükəli zərbəsini dəf etdi. 2-ci hissədə oyunun axarı dəyişmədi. Daha çox və kəskin hücumlar quran “Çelsi” sona 20 dəqiqə qalmış hesabı açdı. Ceymsin qapıçı meydançasına göndərdiyi ötürməni Kukurelya başla tamamladı. Madueke daha bir qol şansını boşa verdi. “Çelsi” bu oyunu qələbə ilə bitirsə də, hələ ÇL-ə vəsiqəni təmin etməyib.
Turun qalan oyunlarına gəlincə, “Everton” mövsümün ən zəifi “Sauthempton” üzərində asan qələbə qazandı, “Vest Hem”i məğlub edən “Nottingem Forest” hələ də ÇL-ə vəsiqəyə iddialılar sırasındadı. “Brentford” evdə “Fulhem”ə uduzdu, “Lester” isə Vardinin vida oyununda “İpsviç”ə qalib gəldi. Turun dünən axşam keçirilən son oyununda “Liverpul” səfərdə “Brayton”a uduzdu.
37-ci tur
Arsenal – Nyukasl 1:0

Rays, 55. (60160)
Arsenal: Rayya, Uayt, Saliba (Kalafyori, 46), Kivyor, Lüis-Skelli, Edeqor (Jorjinyo, 90+3), Parti, Rays, Saka (Haverts, 76), Trossar (Tirni, 88), Martinelli.
Çelsi – Mançester Yunayted 1:0
Kukurelya, 71. (39849)
Çelsi: Sançes, Ceyms, Adariboyo, Koluill, Kukurelya, Fernandes, Kaysedo, Neto (Hüsto, 90+1), Palmer, Madueke, Corc (Lavia, 81).
MY: Onana, Lindelöf, Maquayr, Şou (Heven, 81), Mazraui, Kazemiro (Uqarte, 70), Fernandeş (Maynu, 81), Dorqu, Dyallo, Maunt (Qarnaço, 70), Heylunn.
Aston Villa – Tottenhem 2:0
Konsa, 59. Kamara, 73. (42239)
Tottenhem: Kinski, Spens, Danso, Devis, Regilon (Bentankur, 74), Qrey, Sarr (Bissuma, 53), Odober (Rişarlison, 87), Son Hın Min (Solanke, 74), Mur (Conson, 87), Tel.
Brayton – Liverpul 2:3
Ayari, 32. Mitoma, 70. Hinşelvud, 87 – Elliott, 9. Soboslai, 45+1.
Everton – Sauthempton 2:0
Ndiay, 6; 45+2. (39201)
Vest Hem – Nottingem Forest 1:2
Bouen, 86 – Gibbs-Uayt, 11. Milenkoviç, 61.
Brentford – Fulhem 2:3
Mbemo, 22. Vissa, 43 – Ximenes, 16. Kerni, 68. Uilson, 70. (17136)
Lester – İpsviç 2:0
Vardi, 28. Maketir, 69.
1. Liverpul 37 25 8 4 85-38 83
2. Arsenal 37 19 14 4 67-33 71
3. Nyukasl 37 20 6 11 68-46 66
4. Çelsi 37 19 9 9 63-43 66
5. Aston Villa 37 19 9 9 58-49 66
6. Mançester S. 36 19 8 9 67-43 65
7. Nottingem F. 37 19 8 10 58-45 65
8. Brayton 37 15 13 9 62-58 58
9. Brentford 37 16 7 14 65-56 55
10. Fulhem 37 15 9 13 54-52 54
11. Bornmut 36 14 11 11 55-43 53
12. Kristal Pelas 36 12 13 11 46-48 49
13. Everton 37 10 15 12 41-44 45
14. Vulverhempton 36 12 5 19 51-64 41
15. Vest Hem 37 10 10 17 43-61 40
16. Mançester Y. 37 10 9 18 42-54 39
17. Tottenhem 37 11 5 21 63-61 38
18. Lester 37 6 7 24 33-78 25
19. İpsviç 37 4 10 23 35-79 22
20. Sauthempton 37 2 6 29 25-84 12
Bombardirlər: Salah (Liverpul) - 28, İsak (Nyukasl) – 23, Holann (MS) – 21, Vud (Nottingem Forest) – 20, Mbemo (Brentford) – 19.
Faktlar
* Vardi “Lester”dəki vida oyununda 200 qol həddinə çatdı. Özü də bu komandanın heyətindəki 500-cu oyunda. 2012-ci ildən “Lester”in şərəfini qoruyan təcrübəli hücumçu mövsüm bitəndən sonra ayrılacaq.
* “Arsenal” ilk “3-lük”də yerini təmin etdi. 71 xala malik “topçular”a yalnız hazırda 65 xalı və ehtiyatda bir oyunu olan MS çata bilər. Yəni istənilən halda “Arsenal” 3-cü pillədən aşağı düşməyəcək. London klubu ardıcıl 3-cü mövsümdə ilk “3-lük”də olacaq. Buna qədər isə “topçular” 6 mövsüm ərzində mükafatçılar sırasına düşə bilməmidi: iki dəfə 8-ci, iki dəfə 6-cı, üç dəfə 5-ci yer.
Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Əlbəttə, çox məyusuq. Ona görə ki, premyer-liqanı və ya Çempionlar Liqasını qazanmaq istəyirdik, ancaq alınmadı. Arzuların arxasınca qaçmaq həmişə yüksəliş və enişlər ilə müşayiət olunur. Bütün çətinliklər, zədələr fonunda komandamın mövsüm boyunca səviyyəsini qorumağa çalışması qeyri-adi cəsurluqdu. Bu uşaqların əməyini dəyərləndirmək lazımdı”.


Ruben Amorim, MY-nin baş məşqçisi:

“Düşünürəm ki, oyuna yaxşı başladıq. Ancaq meydanın rəqibə aid hissəsində daha aqressiv olmaq lazım idi. Bu gün bir qədər bəxtimiz gətirmədi. Məğlubiyyət heç kimin xoşuna gəlmir. Hər turnirə hazırlaşmalıyıq. Avropa Liqasının finalına hazırlaşmaq üçün beş günümüz var. İki gün bərpa olunmalı, son iki gündə yalnız oyuna hazırlaşmalıyıq. Bütün oyunçuların potensialına bələdəm, onlar qaydasındadı”.


Entsi Mareska, “Çelsi”nin baş məşqçisi:

“Yunayted”ə qarşı oynamaq çətindi, yetərincə yaxşı oynadıq. Qələbəmizə əmin idim. MY-nin heç vaxt bizlə belə aqressiv oynadığını görməmişdim. Topsuz oyun baxımından çox yaxşı göründük. Qələbəni haqq etdiyimizi düşünürəm. Kukurelya çox ağıllı və düşüncəli oyunçudu”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see637

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see565

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see443

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see311

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see307

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see306

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see293

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see283

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see250

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see243

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see230

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see229

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see217

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see215

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see213

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see213

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see195

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see188

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see185

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri