Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

PSJ yenidən vahid lider oldu

PSJ yenidən vahid lider oldu

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Fransada 7-ci turdan sonra PSJ vahid lider oldu. Baxmayaraq ki, ciddi kadr problemləri ilə üzləşən ÇL-in qalibi “Lill” ilə səfər oyununda xal itirdi.

"Football-plus.az" xəbər verir ki, parisliləri Kilian Mbappenin (yeri gəlmişkən, o da stadionda idi) qardaşı Etan cəzalandırdı. Hesabat turu ərəfəsində 15 xalı olan “Lion” gözlənilmədən evdə uduzdu. “Şirlər”in büdrəməsindən “Marsel”lə “Strasbur” yararlandı. Bu komandalar, uyğun olaraq, “Mets” ilə “Anje”ni darmadağın etdi. İndi lider PSJ-ni hərəyə 15 xalı olan üç komanda izləyir.
PSJ “Lill” ilə oyunda Dembele, Due, Kvaratsxeliya, Markinyos, Neveş və Ruisin xidmətindən məhrum idi. Bu üzdən start heyətində Mbay, Mayulu və 18 yaşlı Ncantu yer almışdı. Qonaqlar topa total nəzarət sayəsində “şimallı itlər”i önə çıxmağa məcbur etməyə çalışsalar da, rəqib bu tələyə aldanmadı, oyun planına sadiq qaldı. Hesab 66-cı dəqiqədə açıldı. Cərimə zərbəsi qazanan parislilər bunu necə yerinə yetirmək üzərində düşünərkən Mendeş topu “9-luğ”a göndərdi. Amma qələbə hesabını qorumaq mümkün olmadı. 81-ci dəqiqədə PSJ-nin sabiq oyunçusu Etan Mbappe meydana çıxdı. Hesabı da məhz o bərabərləşdirdi – cərimə meydançasının xətti üzərindən dəqiq zərbə vurmaqla. Çempion mövsümdə ilk heç-heçəsini etdi.
“Mets”in qonağı olan “Marsel” 2-ci hissədə vurduğu qollarla rəqibi darmadağın etdi. “Strasbur”un “Anje”ni qəbul etdiyi oyunda mübarizədən əsər-əlamət olmadı. Liam Rosenyorun çalışdırdığı komanda “qara-ağlar”ın qapısından 5 cavabsız top keçirdi. Paniçelli və Qodo dubl etdi, Uattara da fərqləndi. “Tuluza”nı qəbul edən “Lion”un uduzacağını gözləmək çətin idi. 24-cü dəqiqədə hesabı açan “şirlər” sonda hədsiz zəif oynadı. Nəticədə 71-ci dəqiqədə meydana çıxan Emersonn dubl etməyə imkan tapdı.
“Monako” ilə “Nitsa” arasındakı 131-ci derbi heç-heçə etdi. Özü də hər komandadan bir futbolçu fərqləndi. Diop “Nitsa”nı 2:0 önə çıxarandan sonra “knyazlar”ın heyətində Fati özünü göstərdi. O, penaltidən iki qol vurmaqla “status-kvo”nu bərpa etdi.
Turun digər oyunlarına gəlincə, “Paris” evdə “Loryan”a, “Lans” səfərdə “Oser”ə qalib gəldi. “Havr” ilə “Renn” meydandan “sülh”lə ayrıldı – 2:2. “Brest”lə “Renn” isə bir-birinin qapısına yol tapa bilmədi.
7-ci tur
Lill – PSJ 1:1

Mbappe, 85 – Mendeş, 66. (47355)
PSJ: Şevalye, Zair-Emeri, Beraldo, Paço, L.Ernandes (Zabarnı, 68), Li Kan İn, Mayulu (Vitinya, 59), Ncantu, Mbay (Hakimi, 59), Ramuş, Barkolya (Mendeş, 59).
Monako – Nitsa 2:2
Fati, 45+5-p.; 56-p. – Diop, 29; 42-p. (8306)
Monako: Kön, Teze, Dayer, Salisu, Dyatta, Minamino (İdumbo, 70), Kulibali (Baloqan, 46), Uattara (Enrike, 70), Akliuş, Fati, Biret (İlenihena, 69).
Mets – Marsel 0:3
Payşao, 51. O’Rayli, 69. Quiri, 76. (28300)
Marsel: Rulyi, Vea (Murilyo, 79), Pavar, Agerd, Emerson, Qomes (Balerdi, 64), Höybyerq, Qrinvud, O’Rayli (Vermeren, 85), Payşao (Nadir, 80), Vaj (Quiri, 64).
Strasbur – Anje 5:0
Paniçelli, 36; 51. Uattara, 61. Qodo, 66; 70. (26109)
Lion – Tuluza 1:2
Fofana, 24 – Emersonn, 89; 90+6. (51414)
Paris – Loryan 2:0
Kebbal, 25. Krasso, 30. (18084)
Oser – Lans 1:2
Syerralta, 61 – Eduar, 14. Sima, 90+6. (17243)
Havr – Renn 2:2
Sumare, 45+1-p. Ndiay, 79 – Embolo, 10. Lepol, 29. (17802)
Brest – Nant 0:0
(14941)
1. PSJ 7 5 1 1 12-4 16
2. Marsel 7 5 0 2 15-5 15
3. Strasbur 7 5 0 2 14-7 15
4. Lion 7 5 0 2 9-5 15
5. Monako 7 4 1 2 16-12 13
6. Lans 7 4 1 2 10-6 13
7. Lill 7 3 2 2 13-9 11
8. Paris 7 3 1 3 12-13 10
9. Tuluza 7 3 1 3 11-12 10
10. Renn 7 2 4 1 9-10 10
11. Brest 7 2 2 3 11-11 8
12. Nitsa 7 2 2 3 9-12 8
13. Loryan 7 2 1 4 9-16 7
14. Havr 7 1 3 3 8-10 6
15. Nant 7 1 3 3 5-7 6
16. Oser 7 2 0 5 5-10 6
17. Anje 7 1 2 4 3-11 5
18. Mets 7 0 2 5 5-16 2
Bombardirlər: Paniçelli (Strasbur), Fati (Monako) – 5, Kebbal (Paris), Lepol (Renn) – 4.
Növbəti turun oyunları oktyabrın 17-19-u aralığında keçiriləcək: PSJ – Strasbur, Nitsa – Lion, Anje – Monako, Marsel – Havr, Lans – Paris, Loryan – Brest, Renn – Oser, Tuluza – Mets, Nant – Lill.
Turun rəqəmi
29:50 – PSJ “Lill”in qapısına ilk zərbəni vuranda 30-cu dəqiqə başa çatırdı. Bu, parislilərin 2018-ci il dekabrın 2-dən bəri çempionat oyununda rəqib qapısına ən gec ilk zərbəsi idi (həmin vaxt “Bordo” ilə oyunda 30:00-da vurmuşdular).
Turun ulduzu
Xoakin Paniçelli (Strasbur) – bu komanda cari mövsümdə uğurlu çıxışına, liderlər qrupunda qərarlaşdığına görə ilk növbədə argentinalı hücumçuya minnətdar olmalıdı. O, dubl etməklə həm də bombardirlər yarışında Fati ilə birgə şərikli liderdi.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Düşünürəm ki, ilk dəqiqələrdə çox yaxşı oynadıq, ilk yarıda oyunun axarına nəzarət etdik. Barselonadakı ağır oyundan sonra bir qədər yorğunluq var idi, bu üzdən futbolçuların sağlamlığını qorumalıydıq. Ancaq yenə də yaxşı oynadıq. Mendeşin möhtəşəm qolundan sonra da iki-üç imkanımız oldu. İki il əvvəl olduğu kimi, “Lill” yenə sonda məğlubiyyətdən qurtuldu”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:455
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Oktyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri