Icma.az
close
up
RU
PSJ yenidən vahid lider oldu

PSJ yenidən vahid lider oldu

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

19-cu turun nəticələrindən sonra PSJ turnir cədvəlində vahid liderliyi özünə qaytardı. Luis Enrikenin komandası autsayder “Oser”in müqavimətini Barkolyanın sayəsində qırmaqla xalını 45-ə çatdırdı. Buna qədər turnir cədvəlinə başçılıq edən “Lans”ın isə 43 xalı var. Ona görə ki, “qan-qızılılar” turun mərkəzi oyununda “Marsel”ə uduzdu. 3-cü pillədə məhz cənublular qərarlaşıb. Səfərdə “Mets”i Endrikin het-triki ilə darmadağın edən “Lion” 36 xalla 4-cü pillədədi. Xatırladaq ki, “şirlər” istedadlı braziliyalını “Real”dan icarəyə götürüb. Evdə “Strasbur” önündə darmadağın olan “Lill” 5-ci pillədə qaldı. “Monako” səfərdə “Havr”la qolsuz heç-heçəyə razılaşdı. “Knyazlar”ın çempionatdakı qələbəsiz seriyası 5 oyuna çatdı. “Loryan” səfərdə “Renn”ə, “Tuluza” “Brest”ə eyni hesabla (2:0) qalib gəldi, “Nitsa” “Nant”ı darmadağın etdi, “Paris” – “Anje” oyununda isə qapılara qol vurulmadı.
19-cu tur
Oser – PSJ 0:1
Barkolya, 79. (17254)
PSJ: Şevalye, Zair-Emeri, Zabarnı, Beraldo, L.Ernandes, Mbaye (Due, 61), Vitinya, Mayulu, Kvaratsxeliya, Ramuş (Dembele, 62), Barkolya.
Marsel – Lans 3:1
Quiri, 3; 75. Nvaneri, 13 – Fofana, 85. (52673)
Marsel: Rulyi, Balerdi, Agerd (Pavar, 74), Medina, Vea, Höybyerq, Timber (O’Rayli, 74), Payşao, Nvaneri (Qrinvud, 58), Traore (Bakola, 74), Quiri (Obameyanq, 80).
Havr – Monako 0:0
(19033)
Monako: Kön, Uattara (Vanderson, 57), Kerer, Fas (Dayer, 29/Teze, 71), Enrike, Kamara, Akliuş, Zakariya, Qolovin, İlenihena (Fati, 57).
Mets – Lion 2:5
Kuao, 34. Diallo, 64 – Endrik, 11; 45+1; 87-p. Klyuvert, 16. Morton, 32. (28244)
Lill – Strasbur 1:4
Fernandes-Pardo, 90+3 – Paniçelli, 25. Enkiso, 26. Qodo, 58; 72. (38551)
Renn – Loryan 0:2
Makenqo, 3. Paji, 77. (28659)
Brest – Tuluza 0:2
Diop, 27. Qboo, 43. (13823)
Nant – Nitsa 1:4
Məhəmməd, 45+2 – Şo, 16; 29. Diop, 40. Luşe, 90+3. (23112)
Paris – Anje 0:0
(15003)
1. PSJ 19 14 3 2 41-15 45
2. Lans 19 14 1 4 33-16 43
3. Marsel 19 12 2 5 44-20 38
4. Lion 19 11 3 5 32-20 36
5. Lill 19 10 2 7 34-29 32
6. Renn 19 8 7 4 30-27 31
7. Strasbur 19 9 3 7 32-23 30
8. Tuluza 19 8 5 6 31-23 29
9. Loryan 19 6 7 6 25-30 25
10. Monako 19 7 3 9 28-33 24
11. Anje 19 6 5 8 20-25 23
12. Brest 19 6 4 9 24-31 22
13. Nitsa 19 6 3 10 25-36 21
14. Paris 19 5 5 9 24-32 20
15. Havr 19 4 8 7 16-24 20
16. Nant 19 3 5 11 18-34 14
17. Oser 19 3 3 13 14-29 12
18. Mets 19 3 3 13 21-45 12
Bombardirlər: Qrinvud (Marsel) – 12, Paniçelli (Strasbur) - 11, Lepol (Renn) – 9.
Növbəti turun oyunları yanvarın 30-u – fevralın 1-i aralığında keçiriləcək: Lans – Havr, Paris – Marsel, Loryan – Nant, Monako – Renn, Lion – Lill, Anje – Mets, Nitsa – Brest, Tuluza – Oser, Strasbur – PSJ.
Turun rəqəmi
8 – “Lans”ın qələbə seriyası 8-də dayandı. Və bu məğlubiyyət “qan-qızılılar”a liderliyi itirmək bahasına başa gəldi. Onlar buna qədər sonuncu dəfə ötən ilin oktyabrında uduzmuşdular (“Mets” – 0:2).
Turun ulduzu
Endrik (Lion) – “Real”da yetərincə şans qazanmayan hücumçu Fransada “at oynadır”. 19 yaşlı braziliyalı “Mets”lə oyunda het-trik etdi. Bu ay icarəyə götürülən forvard yeni komandasında keçirdiyi üç oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Turun sitatı
Roberto De Zerbi, “Marsel”in baş məşqçisi:

“Media artıq hansısa nəticəyə gəlməlidi. Bəzən deyirsiz ki, pis oynayırıq, bəzən də deyirsiz yaxşı oynayırıq. Bəlkə mən Fransa pasportu almalıyam ki, siz də başqa nəsə deyəsiz. Yaxşı, yoxsa pis oynamağımızla bağlı qərar verin. Mənim öz fikrim var, necə oynadığımızı bilirik. “Marsel” 1970-71-ci illərdən bəri bu mövsümdəki qədər çox qol vurmayıb. “Marsel”in 19 oyundan sonra bu qədər çox qol vurmasının üzərindən 56 il ötüb. Sizi nəyəsə inandırmaq mənə lazım deyil. Nə istəyirsizsə, onu da yazın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Fevral 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see343

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see250

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see248

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see241

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see241

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see236

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see230

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see228

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see221

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see214

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see210

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see209

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see208

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see206

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see204

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see200

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see191

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri