Icma.az
close
up
RU
“Flamenqo” yenidən vahid lider oldu

“Flamenqo” yenidən vahid lider oldu

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Braziliya çempionatında 11-ci turun oyunlarından sonra turnir cədvəlinin ən yüksək pillələrində böyük dəyişikliklər baş verdi.

"Football-plus.az" xəbər verir ki, “Palmeyras”ın növbəti uğursuzluğundan yararlanan “Flamenqo” vahid liderliyi yenidən ələ aldı.
Hesabat turu ərəfəsində lider ilə əsas izləyicisi arasındadakı xal fərqi minimuma bərabər idi. Xatırladaq ki, 10-cu turun mərkəzi oyunu məhz bu komandalar arasında keçirilmiş, “Flamenqo” 2:0 hesablı qələbə ilə “Palmeyras”la xal fərqini birə endirmişdi. San paululular ardıcıl ikinci oyunda da hesabına xal yaza bilmədilər. “Kruzeyro” ilə səfər matçının onlar üçün çətin keçəcəyi gözlənilirdi. Leonardo Jardimin komandası tura liderdən 2 xal geri qalmaqla 3-cü yerdə başlamışdı. Belu orizontelilər ilk dəqiqələri fırtına kimi keçirdilər.
Mövsümə məhsuldar başlayan Kayo Jorje ilk 4 dəqiqədə dubl etdi! Belə başlanğıcdan sonra bir müddət özünə gələ bilməyən qonaqlar tədricən təşəbbüsü ələ aldılar. Topa daha çox nəzarət edən Abel Ferreyranın komandası qapıya 5 dəqiq zərbə endirdi. Onlardan dördünü qapıçı Kassio dəf etdi. Fantastik startdan sonra hesabı qorumağa çalışan, bu məqsədlə müdafiə və əks-hücum haqda düşünən meydan sahiblərinin arxa xətti yalnız son dəqiqələrdə səhvə yol verdi. Amma Allanın qolu “Palmeyras” üçün kiçik təsəlli oldu. Ardıcıl ikinci məğlubiyyət vitse-çempionu liderlikdən 4-cü yerə saldı. “Kruzeyro” isə 2-ci pilləyə yüksəldi.
“Palmeyras”ın növbəti məğlubiyyəti “Flamenqo”nun işinə yaradı. Filipe Luisin çalışdırdığı komanda evdə “Fortaleza”nın qapısından 5 cavabsız top keçirdi. Hesabı ilk hissədə De Arraskaeta açdı. Uruqvaylı yarımmüdafiəçi bu mövsüm A seriyasındakı qollarının sayını 9-a çatdırmaqla bombardirlərin siyahısında liderliyini qorudu. Qalan 4 qol fasilədən sonra vuruldu və “Flamenqo” liderliyi yenidən ələ aldı.
“Palmeyras”ın büdrəməsindən “Braqantino” da maksimum yararlandı. Tura “Kruzeyro” kimi 20 xal toplamaqla 3-4-cü yerləri bölüşməklə başlayan komanda səfərdə “Vasku da Qama”nı iki cavabsız qolla məğlub etdi. “Braqantino” indi topların fərqinə əsasən 3-cü yerdədi.
11-ci tur
Kruzeyro - Palmeyras 2:1

Kayo Jorje, 2; 4 – Allan, 87.
Flamenqo - Fortaleza 5:0
De Arraskaeta, 30. Evertton Arauxo, 48. Luiz Arauxo, 56; 74. Mikael, 71.
Vasku da Qama - Braqantino 0:2
Gilyerme, 2. Pitta, 34.
İnternasyonal - Fluminense 0:2
Serna, 11. Paulo Baya, 83.
Seara - Atletiko Mineyro 0:1
Roni, 78.
Bayya - San Paulu 2:1
Villian Joze, 53; 73-p. – Lusiano, 85-p.
Korintians - Vitoriya 0:0

Mirassol - Sport Resife 1:0
Reynaldo, 34-p.
Santos - Botafoqo RJ 0:1
Artur, 86.
Juventude - Qremio 0:2
Breytveyt, 13-p. Olivera, 38.
10-cu turdan təxirə salınan oyun
Botafoqo RJ - Seara 3:2

Mastriani, 45. Telles, 72-p. Freytas, 75 – Pedro Raul, 57; 87.
1. Flamenqo 11 7 3 1 24-4 24
2. Kruzeyro 11 7 2 2 17-8 23
3. Braqantino 11 7 2 2 14-8 23
4. Palmeyras 11 7 1 3 12-8 22
5. Fluminense 11 6 2 3 15-12 20
6. Botafoqo RJ 11 5 3 3 14-7 18
7. Bayya 11 5 3 3 11-11 18
8. Mirassol 11 4 5 2 17-12 17
9. Atletiko Mineyro 11 4 5 2 11-10 17
10. Seara 11 4 3 4 13-11 15
11. Korintians 11 4 3 4 12-14 15
12. Qremio 11 4 3 4 11-14 15
13. San Paulu 11 2 6 3 9-11 12
14. İnternasyonal 11 2 5 4 12-16 11
15. Vasku da Qama 11 3 1 7 11-15 10
16. Vitoriya 11 2 4 5 10-14 10
17. Fortaleza 11 2 4 5 10-15 10
18. Santos 11 2 2 7 8-12 8
19. Juventude 11 2 2 7 8-24 8
20. Sport Resife 11 0 3 8 5-18 3
Bombardirlər: De Arraskaeta (Flamenqo) - 9, Kayo Jorje (Kruzeyro) - 8, Veqetti (Vasku da Qama) - 7, Reynaldo (Mirassol), Pedro Raul (Seara) - 6, Yuri Alberto (Korintians) - 5.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyun 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri