PSJnin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa Futbol Federasiyası (FFF) PSJ klubunun keçmiş oyunçusu Kilian Mbappeyə olan borcun ödənilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətini rədd edib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, federasiyanın Paris klubunun futbolçuya 55 milyon avro ödəməsi ilə bağlı qərarı qüvvədə saxlanılıb.
Mbappe köhnə müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən PSJ-dən FFF və UEFA-ya şikayət edib. Günahı sübut olunarsa, kluba transfer qadağası qoyula və hətta UEFA lisenziyası ləğv edilə bilər. Bu da komandanın UEFA Çempionlar Liqasından kənarlaşdırılması anlamına gələcək.
Qeyd edək ki, K.Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib və klub tarixində ən çox qol vuran futbolçudur. 25 yaşlı hücumçu 2024-cü ilin yayında azad agent kimi İspaniya təmsilçisi "Real"la müqavilə imzalayıb.
O, PSJ-nin heyətində 5 dəfə Fransa çempionu, 3 dəfə ölkə kuboku və superkubokun qalibi olub. Həmçinin 2 dəfə Liqa Kubokunu qazanıb. K.Mbappe 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 Noyabr 2024 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















