PUA hücumu: Moskvada iki hava limanı fəaliyyətini dayandırıb, Kiyevə ciddi ziyan dəyib
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün səhər saatlarında hava hücumundan müdafiə bölmələri Rusiya paytaxtının ətrafındakı dörd nöqtədə Ukrayna dronlarının hücumunu dəf edib.
Reyting.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin bildirib.
Xüsusilə, paytaxtın cənub-şərqindəki Kolomna və Ramenskoye bölgələrindəki hava hücumundan müdafiə bölmələri Ukrayna dronlarına qarşı hərəkətə keçib.
Rusiya Müdafiə Nazirliyi son bir sutka ərzində 121 pilotsuz uçuş aparatının (PUA) Rusiya ərazisinə hücuma cəhd göstərdiyini bəyan edib. Moskvanın Vnukovo və Domodedovo hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Altı təyyarə reysi başqa hava limanlarına yönləndirilib.
Bu arada Ukrayna tərəfi Rusiyanın Kiyevə gecə saatlarında endirdiyi zərbələr nəticəsində 3 mülki şəxsin həlak olduğunu, yaşayış və ticarət binalarına ziyan dəydiyini bildirib. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum zamanı çoxmərtəbəli yaşayış binasına, səkkiz fərdi evə, ticarət binalarına və bir neçə şəxsi avtomobilə ziyan dəyib.
Qeyd edək ki, ABŞ lideri Donald Trampın müharibəni bitirmək istəyi kontekstində son günlər həm Kiyev, həm də Moskva qarşılıqlı hücum həyata keçirir. Analitiklərin fikrincə, tərəflər danışıq masasında əlini gücləndirmək üçün hərbi üstünlüyə cəhd edilər ki, bu da yaxın həftələrin kritik olacağından xəbər verir.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Vilnüs Hava Limanı PUA səbəbilə fəaliyyətini dayandırıb
26 Oktyabr 2025 01:34
Kiyevə hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib
01 Avqust 2025 15:09
Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib
28 Avqust 2025 18:15
Kiyevə hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib FOTO
01 Avqust 2025 11:44
Kiyevə PUA hücumu 5 saatlıq xəbərdarlıq
26 Noyabr 2024 11:21
Baxış sayı:110
Bu xəbər 26 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















