Icma.az
close
up
RU
Pul futbol oynamır...

Pul futbol oynamır...

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

... Pul futbol oynasa idi Joze Mourinyonu istefaya göndərən "Fənərbaxça" bu mövsüm Çempionlar Liqasınına vəsiqə qazanardı. 

"Qarabağ" kimi. "Kayrat" kimi.

Bəli, pul futbol oynamır. Əgər pul futbol oynasa idi supertransferlər üçün ayrılan astronomik məbləğ komandalara saysız-hesabsız kuboklar qazandırardı. Baxın "Əl-Nəsr"ə. Təkcə Ronaldoya yüz milyonlar xərcləyib. Amma nə olsun?! Onun gəlişindən sonrakı 2 ildə bu komanda Asiya nədir, heç Ərəbistan çempionu da ola bilməyib.  pizza hut

Yəni futbolda uzunmüddətli uğurun təməlində çat verməyəcək futbol sistemini qurub-qura bilməməyin dayanır. Bunu da hər məşqçi bacarmır. Amma ortada yaxşı nümənələr də var: Klopp ("Liverpul"), Qvardiola ("Barselona", "Mançester Siti"), Luis Enrike (PSJ)...

Və bir də özümüzün Qurban Qurbanovumuz var. Təkrar biliyin anasıdır deyiblər. Avropa üçün məhdud sayılan maddi imkanlarla dalbadal 12 ildir komandasını avrokubokların əsas mərhələsinə çıxarıb. Onlardan ikisi lap böyük komandaların yarışdığı Çempionlar Liqasıdır. Yeri gəlmişkən, Avropada təsnifatdan başlayaraq belə uğurlu məsafə qət edən ikinci komanda yoxdur. Bircə komanda var. O da bizim "Qarabağ"dır.

Bu qeydləri niyə edirəm? 

Ölkəmizdə yaxşı futbol nümunələri də var. Və bu nümunələr sosial şəbəkərlərdəki "futbol müəllimləri"nin kütləvi məsləhətləri ilə yaranmır. 

Uğurlar, qələbələr göydən zənbillə düşmür. Çempionlar Liqasının Liqa mərhələsini də xonçada gətirib bizə pay vermirlər. 

Qurban Qurbanovu Bakıda nə vaxt axtarsan ya "Qarabağ"ın bazasındakı iş otağında tapacaqsan, ya da özünün idman zalında. Yəni həyatını tamamilə futbola həsr edib. Həm də peşəkarlıqla, vicdanla, məsuliyyətlə. Və vətənpərvərliklə. Uğuru da ona görə qazanır ki, o da Klopp, Qvardiola, Luis Enrike kimi öz sistemini qurub. Bunun adı "Qarabağ" futbol sistemidir. 

Uğuru ona görə qazanır ki, saatlarla, günlərlə rəqibi ən incəliyinə qədər təhlil edir. Stadionlarda, TV qarşısında, notbukun monitoru önündə... 

Gətirdiyi futbolçular isə ona görə uğurlu olur ki, onları Yutubdakı aldadıcı videoların təsirinə düşərək seçmir. Peşəkar seleksiya komandasının, yardımçılarının, nəhayət, özünün iti futbol zehninə arxalanaraq transfer edir. 

Yəni yuxarıda qeyd edildiyi kimi, yaxşı futbol adamlarımız, məşqçilərimiz, futbolçularımız, klubumuz da var.

"Qarabağ" adlı bir futbol sistemiz var.

Ona görə də bu gün Mourinyonu istefaya göndərən, transferlərə tırlarla dollar xərcləyən Türkiyənin futbolu belə bizim "Qarabağ"dan, Qurban Qurbanovdan yüksək hörmətlə danışır, onu özlərinə örnək göstərir.

Çünki...

... Pul futbol oynamır.

Aydın Bağırov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri