Icma.az
close
up
RU
Rusiyadan pul göndərmək çətinləşəcək

Rusiyadan pul göndərmək çətinləşəcək

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Mərkəzi Bankı beynəlxalq ödənişlər üzərində nəzarəti genişləndirərək banklara xarici şirkət və şəxslərin valyuta əməliyyatları ilə yanaşı, qiymətli metallar, veksellər və rəqəmsal maliyyə aktivləri vasitəsilə həyata keçirilən ödənişləri də izləməyi məcburi etməyi planlaşdırır. 

"Cebheinfo.az" xəbər verir ki, mövcud qaydalar əsasən Rusiya rezidentlərinin əməliyyatları ilə məhdudlaşırdı. Lakin bazar iştirakçılarının getdikcə daha çox alternativ ödəniş mexanizmlərinə yönəlməsi səbəbilə yeni tənzimləməyə ehtiyac duyulduğu bildirilir. 

Mətbuata sızan məlumatlara görə, bu tənzimləmə çərçivəsində banklar xarici müştərilərin valyuta əməliyyatlarını qeydiyyata almaq üçün yeni təsnifat sistemi yaratmalı olacaqlar. Xüsusilə veksellər, qiymətli metallar və rəqəmsal aktivlərlə bağlı əməliyyatlar şəffaf olmayan ödənişlərdə istifadə olunma potensialına görə ayrıca kodlaşdırılacaq. 

Rəsmilər bu addımın bazar iştirakçıları üçün əlavə məhdudiyyət yaratmadığını, xarici tərəflərin əlavə sənəd təqdim etməsinə ehtiyac olmadığını və bütün məlumatların banklar tərəfindən avtomatik şəkildə qeydə alınacağını vurğulayıblar. Mütəxəssislər hesab edirlər ki, bu tənzimləmənin əsas məqsədi ölkənin bank sistemindəki valyuta hərəkətləri barədə daha əhatəli məlumat əldə etmək və mövcud nəzarət sistemindəki boşluqları aradan qaldırmaqdır. 

“Finam” İnvestisiya Şirkətinin Strateji Direktoru Yaroslav Kabakov bildirir ki, görülən tədbirlər mövcud məhdudiyyətlərin aşılması ehtimalını azaldacaq və kapital axını risklərini minimuma endirəcək. Digər tərəfdən, kredit təşkilatlarının yeni qaydalara uyğunlaşmaq üçün informasiya texnologiyaları sistemlərini modernləşdirməsi və maliyyə nəzarəti üzrə mütəxəssislərin sayını artırması lazım olacaq.  Mütəxəssislər bu vəziyyətin bankların xərclərini artıracağını və bu əlavə xərclərin korporativ müştərilər üçün valyuta əməliyyat haqlarına əks oluna biləcəyini proqnozlaşdırırlar. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1050

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see299

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see239

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see221

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub

31 May 2026 20:20see192

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see191

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see190

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see188

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see187

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see184

Suzhou şəhərində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

31 May 2026 17:41see178

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see174

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see173

Qocalmanı nələr sürətləndirir?

31 May 2026 20:40see172

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see171

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see167

Qordonun yerinə Liqa 1 dən namizəd

01 İyun 2026 03:17see163

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see160

Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var FOTO

01 İyun 2026 04:42see154

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri