Pul kütləsinin həcmi, bank kreditləri və maliyyə resurslarının real sektora yönəldilməsi mühüm rol oynayır
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda ÜDM-in formalaşmasında monetar amillər – xüsusilə pul kütləsinin həcmi, bank kreditləri və maliyyə resurslarının real sektora yönəldilməsi mühüm rol oynayır.
Newscenter.az xəbər verir ki, bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Azim Abasov müəllifi olduğu və "Audit" jurnalında dərc edilən elmi tədqiqatda bildirib.
Onun fikrincə, pul kütləsinin artımı hər zaman iqtisadi artımı təmin etmir və düzgün tənzimlənmədikdə inflyasiya risklərini artıra bilər: "Pul təklifi real sektorun istehsal imkanları ilə uzlaşdırılmadıqda, maliyyə resursları əsasən istehlak və idxala yönəlir ki, bu da qiymət artımını sürətləndirir, əhalinin real gəlirlərini azaldır və iqtisadi artım tempini zəiflədir".
Məqalədə bank sektorunun iqtisadiyyatda artan rolu da təhlil edilib. Qeyd olunub ki, kredit resurslarının istehsal və investisiya yönümlü sahələrə istiqamətləndirilməsi ÜDM-in artımını stimullaşdırır, istehlak yönümlü kreditləşmənin genişlənməsi isə makroiqtisadi sabitlik üçün risk yarada bilər.
Müəllifin fikrincə, monetar siyasətin fiskal siyasətlə uzlaşdırılması, pul kütləsinin optimal səviyyədə saxlanılması və kredit mexanizmlərinin real sektorun ehtiyaclarına uyğun qurulması davamlı iqtisadi artım üçün əsas şərtlərdir.
Araşdırmanın nəticələrinə əsasən, balanslaşdırılmış monetar siyasət inflyasiyanın cilovlanmasına, maliyyə sabitliyinin qorunmasına və uzunmüddətli iqtisadi artımın təmin olunmasına töhfə verə bilər.(report)
Bu mövzuda digər xəbərlər:Manatla pul kütləsinin həcmi AÇIQLANIB
01 Fevral 2025 14:30
Manatla geniş pul kütləsinin həcmi artıb
28 İyun 2025 10:45
Dövriyyədə olan pul kütləsinin həcmi çoxalır
04 Avqust 2025 10:30
Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi artır Faydası və riskləri nələrdir?
27 İyul 2025 23:22
BVF: Azərbaycanın Mərkəzi Bankı maliyyə sabitliyinin qorunmasında mühüm rol oynayır
22 May 2025 13:12
Baxış sayı:36
Bu xəbər 10 Yanvar 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















