Icma.az
close
up
RU
Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi artır Faydası və riskləri nələrdir?

Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi artır Faydası və riskləri nələrdir?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi ilə bağlı rəqəmlər diqqət çəkir. Ötən il dövriyyədə olan kağız və metal pullar 130 milyon 896 min manat artıb. Son vaxtlar dövriyyədəki pul kütləsinin davamlı artmasını müşahidə edirik. Bu, el dilində yanaşıldıqda nə deməkdir? Dövriyyədə olan pul kütləsinin artımı vətəndaşlar və banklara nəsə vəd edirmi?

Qaynarinfo xəbər verir ki,  bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Nağd pula tələbat yaranır...

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, bazarda pul kütləsinin artmasını şərtləndirən müxtəlif faktorlar var. Bunlardan biri zaman keçdikcə pulun dəyərsizləşməsidir: "Eyni dövriyyənin həyata keçirilməsi üçün daha böyük məbləğdə vəsaitə ehtiyac duyulur. Bu da pul kütləsinin artmasını zəruri edir. Məsələn, ötən il bir kiloqram yağa 17 manat xərcləyirdinizsə, bu il 24 manat ödəyirsiniz. Bu zaman dövriyyəyə daha çox vəsaitin buraxılmasına ehtiyac yaranır".

R.Həsənov bildirib ki, pul dövriyyəsini artıran digər məqam hazırkı dövrdə nağdsız dövriyyənin populyarlaşmasıdır: "Bəzən bu, nağdsız dövriyyənin miqyasının dəyişməsi ilə bağlı olur. Nağdsız dövriyyə azalır, nağd pula tələbat artır. Buna qeyri-qanuni fəaliyyətlər, infrastruktur çatışmazlıqları səbəb ola bilər. Bu zaman dövriyyədə olan pul artırılır, yeni pulların çap olunmasına zərurət yaranır".

Müsahibimizin sözlərinə görə, pul kütləsi həm də dövlət xərcləmələri çoxaldığı zaman artır: "Bu, Mərkəzi Bank yumşaq monetar siyasət həyata keçirdikdə ortaya çıxır. Bu zaman hökumətlər və mərkəzi banklar pul kütləsini inflyasiya, iqtisadi böyümə hədəflərinə uyğunlaşdırırlar. Bəzi hallarda durğun iqtisadi dövrlərdə hökumətlər pul kütləsini artırmaqla iqtisadi aktivliyi dəstəkləməyə çalışırlar. Bu da iqtisadiyyatda geniş istifadə olunan metodlardandır".

Hesablarımızdakı vəsaitlərə təsiri yoxdur

İqtisadçı bu artımın vətəndaşlara təsirinə də toxunub: "Pul kütləsinin artmasının insanların hesablarında olan vəsaitlərə birbaşa təsiri yoxdur. Yalnız bu prosesdən iqtisadi mənfəət əldə edən subyektlərə münasibətdə onların daha çox gəlir əldə etməsi halı ortaya çıxır. Pul kütləsinin artması o demək deyil ki, vətəndaşların vəsaiti artıb. Əgər pul kütləsi artırsa, bunun səbəblərindən asılı olaraq, müəyyən nəticələr ortaya çıxa bilər. Məsələn, pul kütləsi dövlət xərcləri hesabına artırsa, onun bir qismi sosial xərcləmələrə yönəldilir. Məsələn, müavinətlər, təqaüdlər, əməkhaqları şəklində. Belə olanda, vətəndaşlar büdcədən faydalanmaq imkanı qazanırlar".

R.Həsənovun fikrincə, pul dövriyyəsinin artımı heç də həmişə yaxşı nəticələnmir: "Bu artım investisiya layihələrinin həyata keçirilməsinə yönəldilə bilər. Bu zaman biznes subyektləri üçün faydalı olacaq. Əgər monetar ekspansiyadan söhbət gedirsə, Mərkəzi Bank tərəfindən bazarda pul kütləsinin artırılması siyasətidirsə, bu halda vətəndaşların daha çox borclanması üçün şərait formalaşır. Bu vəsaitlər bazarda vətəndaşların daha rahat borclanması mühitini formalaşdırmaqla onların borc yükünün artmasına gətirib çıxaracaq bir vəziyyətlə nəticələnir. Amma həmin borclar iqtisadiyyatda xərclənir. Bu da iqtisadiyyatı hərəkətə gətirir, aktivliyi artırır. Bundan biznes, əmək bazarı iştirakçıları faydalanırlar. Pul kütləsinin bazarda artması sabit şəraitdə, digər iqtisadi faktorlar dəyişmədiyi halda baş verirsə, bu, inflyasiyanın artımı ilə nəticələnə bilər. İnflyasiya istiqamətində təzyiqlər formalaşır".

"Banklar vasitəsilə dövriyyəyə daha çox pul buraxıldı"

İqtisadçı Elçin Rəşidov isə düşünür ki, pul dövriyyəsinin artmasına səbəb Neft Fondundan gələn transferlərdir: "2025-ci ildə büdcə kəsirlə təsdiqləndi. Bu, o deməkdir ki, büdcə gəlirləri və Neft Fondundan transferlər iqtisadiyyata axdı. Bu, büdcəyə əlavə pul daxil olmasına gətirib çıxardı. Bu da dövriyyədə olan pulun artması deməkdir. Həmçinin Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması ilə ölkədə kredit aktivliyi artır. Son dövrlərdə istehlak kreditlərində artım müşahidə olunur. Bu da banklar vasitəsilə dövriyyəyə daha çox pulun buraxılması deməkdir".

E.Rəşidov bu artımın banklara təsirindən də danışdı: "Banklarda pulun çox olması likvidliyi artırır. Bu, banklar üçün müsbətdir. Dövriyyədə pul artdığı zaman bankların kredit vermək imkanları genişlənir. Onların gəlirləri artır. Amma paralel olaraq kredit portfelində problemli kreditlər də arta bilər".


"İnflyasiya riski biznes üçün də təhlükəlidir"

İqtisadçı, həmçinin bildirib ki, inflyasiya riski yaranarsa, gəlirlər nəzərə alınmayacaq: "Pulun dövriyyədə artmasını, az da olsa xidmət sektorunda görə bilirik. Bu il üçün xərclər artmaqla, iqtisadiyyatı canlandırmaqla birlikdə növbəti il üçün inflyasiya hazırlayır. Pul kütləsinin artması alıcılıq qabiliyyətini və xərcləmələri artırdığı təqdirdə, inflyasiyanın da artması ilə əhalinin real gəlirlərinin azalmasına səbəb olur. İnflyasiya riski bizneslər üçün də təhlükəlidir. Onlar gələcəkdə zərər edə bilərlər. Dövriyyədə pul artanda vətəndaşların maaşları da artırılır. Amma nəzərə alaq ki, maaş artsa da, inflyasiya olsa, nəzərə çarpmır. Hətta daha da inkişaf edərsə, alıcılıq qabiliyyətini azaldır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 İyul 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri