Pul qoyuluşu qalmaqalında menecerlər və baş məşqçilər də saxlanıldı
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Türkiyədə pul qoyuluşları ilə bağlı uzun müddətdi davam edən araşdırmada yenə saxlanılanlar var.
"Football-plus.az" xəbər verir ki, daha öncə hakimlər, futbolçular və klub rəsmiləri məsuliyyətə cəlb edilmişdisə, budəfəki dalğada menecerlər və baş məşqçilər diqqət mərkəzinə düşüb.
Türkiyə Futbol Federasiyası yeni bir bəyanat yaydı. Həmin bəyanatda son 5 ildə pul qoyuluşu etdiyi müəyyənləşdirilən 104 menecer və 108 baş məşqçinin saxlanıldığı qeyd olundu. Onlar hamısı ifadələri alınmaq üçün ədliyyəyə gətirilib.
Qeyd edək ki, saxlanılan menecerlər arasında Cenk Ərgün, Necdet Ergezen və Gökmən Özdəmir kimi tanınmış isimlər də var. Cenk Ərgün fərqli dönəmlərdə “Qalatasaray”da müxtəlif vəzifələri icra edib. Saxlanılan baş məşqçilər arasında isə Gökhan Ünal, Hakan Keleş, Mehmet Altıparmak, Cüneyt Dumlupınar, Tuna Üzümcü, Tanər Gülləri kimi tanınmışlar var.
Qeyd edək ki, dekabrın sonlarında çirkli pulların yuyulması olayında “Qalatasaray”ın sabiq vitse-prezidenti Ərdən Timur saxlanılmış və sonra da həbs edilmişdi. O indiyə qədər də həbsdədi. Bundan başqa, pul qoyuluşu qalmaqalında həbsdə olan və məhkəmələrini gözləyən “Fənərbaxça”nın kapitanı Mərt Hakan Yandaş və “Qalatasaray”lı Metehan Baltacı ilə bağlı yeni qərar var. Onların ev dustaqlığına buraxlması ilə bağlı etiraz rədd olunub. 2-ci Sülh Cəza Məhkəməsi hər iki şəxsin həbsinin davam etməsinə qərar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 15 Yanvar 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















